Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-523/2025 04.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə ödənilmiş borc məbləğinin bölünməsi” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “əmlak” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən yeddi adda cəmi dəyəri, 2948 (iki min doqquz yüz qırx səkkiz) manat olan birgə nikah dövründə əldə edilmiş əmlakların – 250 manat qiymətində olan qabaq stolu və 6 ədəd stul, 350 manat qiymətində olan perla markalı tək nəfərlik çarpayı, 500 manat qiymətində olan həyət stolu və skamyaları, 50 manat qiymətində olan su motoru, 670 manat qiymətində olan lg markalı paltaryuyan maşın, 128 manat qiymətində olan samsung markalı tozsoran, 1000 manat qiymətində olan kondisioner və ya onların dəyərinin, qiyməti 3000 manat olan ağ qızıl, brilyant qaşlarla bilərzik, boyunbağı, üzük dəstinin, qiyməti 300 manat olan xiaomi redmi mote 9 pro markalı mobil telefonun və ödənilmiş 84 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən yeddi adda cəmi dəyəri, 2948 (iki min doqquz yüz qırx səkkiz) manat olan birgə nikah dövründə əldə edilmiş əmlakların – 250 manat qiymətində olan qabaq stolu və 6 ədəd stul, 350 manat qiymətində olan perla markalı tək nəfərlik çarpayı, 500 manat qiymətində olan həyət stolu və skamyaları, 50 manat qiymətində olan su motoru, 670 manat qiymətində olan lg markalı paltaryuyan maşın, 128 manat qiymətində olan samsung markalı tozsoran, 1000 manat qiymətində olan kondisioner və ya onların dəyərinin, qiyməti 3000 manat olan ağ qızıl, brilyant qaşlarla bilərzik, boyunbağı, üzük dəstinin, qiyməti 300 manat olan xiaomi redmi mote 9 pro markalı mobil telefonun, ödənilmiş 84 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi və “Toyota Land-Cruiser-Prado” markalı, 50- DO-595 nömrəli dövlət qeydiyyatlı avtomaşın üzərində ½ hissədə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş və rəsmi nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Turan və xx.xx.2022-ci il təvəllüdlü Dəniz adlı uşaqları doğulmuşdur. Hazırda cavabdeh nikahın pozulması və əmlak tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi üçün nəzərdə tutulmuş müddəti keçirdiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməzdən əvvəl onların birgə nikah dövründə aldıqları əmlakları, evlənməkləri münasibəti ilə ona hədiyyə edilən qızıl-zinət əşyalarını və ad günündə ona bağışlanmış mobil telefonu götürərək evdən aparmışdır. O, onların əmlakları evdən apararkən fotoşəkillərini çəkmişdir. Cavabdeh evdən apardığı aşağıda göstərdiyi əmlakları və qızıl-zinət əşyalarını ona qaytarmaqdan imtina edir. Qabaq stolu və 6 ədəd stul-qiyməti 250 manat, tək nəfərlik çarpayı /Perla/-qiyməti 350 manat, həyət stol və skamyaları-qiyməti 500 manat, su matoru-qiyməti 50 manat, paltaryuyan maşın /LG 7 kq-lıq/- qiyməti 670 manat, tozsoran /samsung/- qiyməti 128 manat, kondisioner- qiyməti 1000 manat, qızıl bilərzik, boyunbağı, üzük dəsti /ağ qızıl, brilyant qaşlarla/-qiyməti 3000 manat,telefon Redmi Mote 9 Proqiyməti 300manat. Hesab edir ki, yuxarıda qeyd olunan əmlaklar cavabdehin qanunsuz sahibliyindədir. Onun həmin əmlakları tələb etmək hüququ vardır.
4. Cavabdeh İddiaçı qarşı «kredit müqaviləsi üzrə ödənilmiş borc məbləğinin bölünməsi» tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlə birgə nikah dövründə götürdükləri və Cavabdeh tərəfindən ödəniləcək 2145 manat pulun yarısının 1645 (bir min altı yüz qırx beş) manatın İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddia ərizəsi ilə müraciət edir. Belə ki, X5 tələb etdiyi – qabaq stolu və 2 ədəd stul, həyət stol və skamyaları, kondisioner olmaqla 3 adda əşyaların birgə nikah dövründə əldə olunduğunu qeyd etsə də, bu əşyalar birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməmişdir. Sözü gedən əmlaklar Cavabdeh atası Quliyev Malik oğlu tərəfindən oğluna hədiyyə olunmuşdur. Bu faktı təsdiq edən şahidlər var. Hesab edir ki, X3 Cavabdeh atası tərəfindən hədiyyə olunmuş əşyaları tələb etmək hüququ yoxdur. Birgə nikah dövründə iddia ərizəsində qeyd edilsə də çarpayı, su matoru və tozsoran alınmamışdır. Ümumiyyətlə birgə nikah paltaryuyan, eyni zamanda mətbəxdə mövcud olan dəyəri 600 manat olan qablar, 120 manat dəyərində sokçəkən, 80 manat dəyərində blenderlər, dəyəri 500 manat olan 4 ədəd xalça birgə nikah dövründə əldə edilmişdir. X2 istifadəsindədir. X1 əsassız olaraq tələb etdiyi Redmi Note 9 Pro mobil telefonu 2020-ci ildə Cavabdeh tərəfindən alınmış, İddiaçı istifadəsində olmuşdur. Eləcə də qızıl-zinət əşyaları İddiaçı şəxsən özündə olmuşdur. Ümumiyyətlə mübahisəndirilən evdə hal-hazırda X5 öz anası ilə birlikdə yaşayır. Evin açarını dəyişməklə Cavabdeh öz mülkiyyətində olan evə gəlməsinə imkan vermirlər. Bu səbəbdən də iddia tələbi tamamilə əsassızdır. Hesab edir ki, mübahisənin obyektiv həlli və iş üzrə əhəmiyyətli halların aydınlaşdırılması üçün, həqiqətən də sözü gedən əmlakların mövcud olub-olmaması üçün evdəki əşyalara baxış keçirilməli, qiymətləndirilməsi ilə bağlı mütəxəsis rəyi alınmalıdır. Əlavə olaraq qeyd edir ki, Cavabdeh birgə nikah dövründə ailənin maddi cəhətdən təminatı və dolanışıq xərclərinin ödənilməsində, X3 illik təhsil xərclərinin ödənilməsi, əməliyyat xərclərinin ödənilməsi məqsədilə “İrşad”, “Kontakt Home” dan kreditlər götürmüşdür. Hal-hazırda “İrşad”-a 640 AZN, “Kontakt Home”-505 AZN, Kapital Banka-birkart kredit kartına 1000 AZN məbləğində borcu vardır. Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Tərəflərin izahatları və iddiaya münasibəti:
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək izahatında bildirmişdir ki, kondisioner 2023-cü ilin yay aylarında quraşdırılmışdır. Həmin zaman onların evində qonaqlıq olmuşdur. Orada pul yığılmış və üstünü Cavabdeh düzəldərək atasına vermişdir. 1000 manat dəyərində kondisioner olmuşdur. Atası demişdir ki, o alar. Çünki tanışları vardır. Pulu Novruz vermiş, atası da almışdır. “Samsung” markalı tozsoran 199 manat olmaqla xx.xx.2021-ci il tarixdə, “LG” markalı paltaryuyan maşın 642 manat olmaqla Novruzun adına həmin tarixdə alınmışdır. Telefon 21 avqust 2020-ci il tarixdə alınmışdır. Stol, stul da pərakəndə alınmışdır. Novruzun bacısının evindəki mebellər bahalı mebellərdir. Onlar həmin mebelləri evə salmazdırlar. Coratdakı evə köçdükdən sonra bütün əksik olan əşyalar alınmışdır. Nə onun, nə də qarşı tərəfin valideynləri kömək etməmişdir. Novruz ayda 800 manata yaxın əmək haqqı alır. Onun tələbatları yoxdur. 2019-cu ildə universiteti dövlət vəsaiti hesabına başa vurmuşdur. Ailə qurduqdan sonra da ehtiyacı olmamışdır. Dövlət işində işlədiyi üçün dostlarına kredit götürmüşdür. O, özünə aid olan nə varsa, onu tələb edir. Qayıdıb gələcəkləri üçün əşyaları götürməmişdir. Gələndə qapının açarı dəyişilmişdi. Onlar rayona getdikdən sonra qapının açarı dəyişilmişdir. Mənzilin giriş qapısını dəyişməmişdir. İki açardan biri Novruzda biri də onda olmuşdur.
7. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia tələbini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək izahatında ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini, ilk iddia tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia tələbini müdafiə edərək və ilkin iddiaya etiraz edərək izahatında bildirmişdir ki, qapıda nasazlıq olduğu üçün açar dəyişilmişdir. Xanım bundan öncə izahat verərək qeyd etmişdir ki, açarda problem olmuş, dəyişilmiş, sındırmış və evə girərək hər şeyin yerində olduğunu görmüşdür.
10. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, gəlini kasıb ailədən onların evinə gəlmişdir. Ona görə də evə heç nə gətirməmişdir. Oğlu ailə qurduqdan sonra evi almışdırlar. Stol, stul, kondisioner, nə var idisə, hər şeyi o almışdır. Evdə remont gedərkən ora qızının evindən stollar aparmışdır. 1 il təmir getmiş, sonra başı qarışıq olduğu üçün götürməmişdir. Nə almışdırsa, özü almışdır. Bütün əşyalar ona məxsusdur. Əşyaları iddiaçı tərəf rayona gedərkən özü söküb aparmışdır. Kondisioneri də o almışdır. Sənəd də onun adınadır. Stol, stullarıda özü almışdır. Hər şeyi oğlu üçün almışdır. Lakin xəyanət olduqdan sonra bağışlamamış və demişdir ki, nə almışdırsa özünə məxsusdur. Qızıl əşyaları da almışdır. Qadına nə alınırsa, həmin qızıl əşyalarından almışdır. İddiaçı rayonda olarkən darvazanın açarını dəyişmişlər. Çünki xarab idi. Özlərinə də xəbər vermişdir ki, açarı dəyişiblər. Daha sonra onlar evdə olmayarkən açarı sındıraraq qonşuların iştirakı ilə evə girmişlər. O da polisə yazılı surətdə müraciət etmişdir. Əşyaları anası ilə telefona çəkərək götürmüşlər. Onlar üçün hər şeyi etmişdir ki, mehriban olsunlar. Oğluna avtomobili o almışdır. Oğlu mühafizəçi işləyərək 250 manat əmək haqqı almışdır. Avtomobil 2023-cü ildə satılmışdır. Oğlunun heçnəyi olmamışdır. Tezdən çıxıb axşam evə gəlmişdir. Demək olar ki, mənzildə olan bütün əmlaklar ona məxsusdur. Kondisioner, stol, stul – hər şey onundur. Onların bir və yaxud iki tabletka və qabaq stolu olmuşdur. Paltaryuyan və bir və yaxud iki ədəd xırda əşyaları kreditlə götürmüşdürlər. Onları da özləri bilər. Stol, stul qızının həyətində olmuşdur. Münasibətlər pisləşdikdən sonra özü gedib götürməmişdir ki, onların iştirakı ilə olsun.
11. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirdi ki, 3-4 il olar ki, Malik Sədərək bazarından öz adına kondisioner almışdır. Özü ustadır. Kondisioneri o quraşdırmış, bu yaxınlarda da sökərən özünə təhvil vermişdir. Qiyməti təxminən 1000 manata yaxın olardı. Quraşdırarkən evdə heç kim olmamışdır. O, kondisioneru quraşdırmış, pulunu da alıb getmişdir.
12. 30 iyun 2025-ci il tarixdə məhkəmənin baxış iclasında şahid X10 ifadəsində bildirdi ki, avqust ayının 10-u qonşuluqda ağ rəndə yük maşını və ağ rəngdə “Prado” markalı avtomobil görmüşdür. Görmüşdür ki, qonşu evdən yükləri avtomobilə doldururlar. 2 ildən çoxdur ki, tərəfləri tanıyır. Novruz ats-də işləyir. Bir dəfə ona zəng etmişdir. O da bildirmişdir ki, həmin ünvanda qalmır. Boşanmışdır. Əşyaları apararkən, divan, soyuducu, stol aparılmışdır. Tam şəkildə görməmiş, yüklərin daşındığını görmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
13. 14.10.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 83.60 manat məbləğində dövlət rüsumu ödəmişdir.
14. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-01767 saylı arayışdan göründüyü kimi, tərəflər prossesin davam etdirilməsinə razlıq verməmişdilər. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
15. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş zəmanət talonundan görünür ki, Cavabdeh aldığı “Samsung Galaxy” markalı Tab S5e markalı planşetə 1 il müddətinə zəmanət verilmişdir.
16. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş zəmanət talonundan görünür ki, “Samsung” markalı tozsorana 2 il müddətinə zəmanət verilmişdir.
17. "xxxx" MMC tərəfindən verilmiş 24 avqust 2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı “X20 9 Pro” markalı telefona görə 12 ay müddətinə hər ay 55 manat, sonuncu ay isə 44 manat olmaqla, ümumillikdə 649 manat ödəniş etməlidir.
18. "xxxx" MMC MMC tərəfindən verilmiş 19 fevral 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı Samsung Galaxy” markalı Tab S5e markalı planşetə görə 12 ay müddətinə hər ay 31.60 manat olmaqla, ümumillikdə 630.20 manat ödəniş etməlidir.
19. Azərbaycan Kredit Borcu MMC tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2024cü il tarixli çıxarışdan görünür ki, aktiv kreditlərin cəmi qalıq məbləği, 5989,59 manat, kreditlər üzrə qalıq məbləğ 5113,10 manat, kredit xətləri üzrə qalıq məbləğ 876,49 manat təşkil edir.
20. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X21 İdarəsi tərəfindən Nümayəndə1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba cavabdan görünür ki, Cavabdeh tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur.
21. Həmin məktuba cavab ilə birlikdə göndərilmiş qeydiyyatda olan nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Toyota Land-Cruiser- Prado minik” markalı avtomobilə Cavabdeh adına xx.xx.2019-cu il tarixdə şəhadətnamə verilmiş, onun tərəfindən müxtəlif vaxtlarda müxtəlif şəxslərə nəqliyyat vasitəsindən istifadə hüququ və sərəncam hüququ barədə etibarnamələr verilmişdir.
22. "xxxx" MMC tərəfindən verilmiş əmlakların və qızıl-zinət əşyalarının orta bazar dəyərinin müəyyən edilməsi barədə 445M nömrəli qiymətləndirmə rəyindən görünür ki, 1 dəst qabaq stolu və stol 150 manat, “perla” markalı tək nəfərli çarpayı 100 manat, həyət stolu və skamyalar 250 manat, su matoru 40 manat, “LG” markalı paltaryuyan 7 kq 300 manat, “Samsung” markalı tozsoran 60 manat, kondisioner, 350 manat, “X20 9 pro” markalı mobil telefon 130 manat dəyərində, ümumillikdə 1380 manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirici ekspert tərəfindən qızıl-zinət əşyasına və avadanlıqlara baxış keçirmək mümkün olmadığı üçün Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-523/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına və İddiaçı qiymətləndirməyə təqdim etdiyi bəzi fotoşəkillərə əsasən ev və məişət əşyalarının texniki vəziyyəti aşkar edilmədiyi üçün orta bazar dəyəri müəyyən edilmişdir. Qızıl-zinət əşyaları baxışa təqdim edilmədiyindən qiymət təyin edilməmişdir. Aparılan bazar araşdırmaları zamanı qızılın 1 qr dəyəri 750 əyyar – 160-170-180 manat, 585 əyyar 130-140 manat, 583 əyyar 130-140 manat dəyərində müəyyən edilmişdir.
23. Qiymətləndirmə Xidməti Mərkəzi” MMC tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli, 445M nömrəli hesab-fakturadan görünür ki, qiymətləndirmə üçün 100 manat+18.00 (18% ƏDV) cəmi 118 manat ekspertiza xərci hesablanmışdır.
24. Müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ME- 1406 nömrəli ekspert rəyindən görünür ki, masa və altı ədəd stul dəst 250 manat, çarpayı perla (tək nəfərlik) 290 manat, həyət masası və stullar dəst 260 manat, su mühərriki 45 manat, paltaryuyan lg 7kq tutumlu 430 manat, “Samsung” markalı tozsoran 75 manat, kondisioner 600 manat, qızıl dəsti 125 manat, telefon 120 manat dəyərində, ümumimillikdə 4570 manat dəyərində qiymətləndirilmişdir.
25. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5990/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə Quliyeva (Nəsirova) Məhsəti Mansur qızı arasında 25 avqust 2018-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 2325 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılmaları, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində paylar ½ hissədə iddiaçı Cavabdeh, ½ hissədə cavabdeh İddiaçı olmaqla müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
26. AA seriyalı, 205174 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Quliyev X8 rayonundan məcburi köçkündür. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
27. İlk iddia üzrə iddiaçı, cehiz, qızıl-zinət əşyalarının geri qaytarılması və avtomobil üzərində payların müəyyən edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı isə kredit borcunun yarısının qarşı tərəfdən alınaraq ona ödənilməsini tələb edir.
28. İddiaçı ilə Cavabdeh rəsmi olaraq xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X7 - yetkinlik yaşına çatmayan uşaqları vardır. İddiaçı cavabdeh ilə ailə həyatı qurduqdan birgə nikah dövründə əldə etdikləri mənzildə köçmüş və həmin mənzildə onunla ilə birlikdə yaşamışdır. Tərəflər arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-5990/2024 saylı qətnaməsinə əsasən pozulmuş, tərəflərin mənzil üzərində paylar ½ hissədə olmaqla müəyyən edilmiş, yuxarı instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarla tərəflərin mübahisəli mənzil üzərində payları ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tələbini onunla əsaslandırır ki,birgə nikah dövründə aldıqları əmlakları, evlənməkləri münasibəti ilə ona hədiyyə edilən qızıl-zinət əşyalarını və ad günündə ona bağışlanmış mobil telefonu götürərək evdən aparmışdır. O, onların əmlakları evdən apararkən fotoşəkillərini çəkmişdir. Cavabdeh evdən apardığı aşağıda göstərdiyi əmlakları və qızıl-zinət əşyalarını ona qaytarmaqdan imtina edir. Qabaq stolu və 6 ədəd stul-qiyməti 250 manat, tək nəfərlik çarpayı /Perla/-qiyməti 350 manat, həyət stol və skamyaları-qiyməti 500 manat, su matoru-qiyməti 50 manat, paltaryuyan maşın /LG 7 kq-lıq/- qiyməti 670 manat, tozsoran /samsung/- qiyməti 128 manat, kondisioner- qiyməti 1000 manat, qızıl bilərzik, boyunbağı, üzük dəsti /ağ qızıl, brilyant qaşlarla/-qiyməti 3000 manat,telefon Redmi Mote 9 Pro-qiyməti 300manat. Hesab edir ki, yuxarıda qeyd olunan əmlaklar cavabdehin qanunsuz sahibliyindədir. Onun həmin əmlakları tələb etmək hüququ vardır.
29. Məhkəmə hesab edir ki, qızıl zinət əşyalarının cavabdeh tərəfindən götürülməsi, həmçinin tərəflər arasında münasibətlərin pozulmasına, bundan sonra onun ailə üzvləri ilə birliktə rayona getməsi, ən əsası mənzildən çıxan şəxsin iddiaçı yox cavabdeh olmasına baxmayaraq, qızıl zinət əşyalarının rayona gedərkən öz istifadəsində olmasına baxmayaraq, özü ilə götürməməsi inandırıcı sayılmır. Bundan əlavə birgə nikah dövründə əldə edilmiş avtomobilə münasibətdə işin araşdırılan hallarına əsasən müəyyən edilir ki, baş etibarnamə əsasında (bir illik müddətinə verilməklə) xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən satımış və xx.xx.2024-cü il tarixdə özgəninkiləşdirilmişdir. Yəni işin araşdırılan hallarına əsasən avtomobil birgə nikah dövründə avtomobilin satılması təsdiq olunduğundan tərəflərin paylarının müəyyən edilməsi hissəsində tələb təsdiq olunmadığından, qızıl əşyalarının tələbi və avtomobilə münasibətdə payların müəyyən edilməsində tələb təmin edilməməli, qalan hissədə ilkin iddia tələbi təmin edilərək mənzildə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olaraq iddiaçının isitfadəsində olan əmlaklar 7 (yeddi) əmlaklar cavabdehdən alınıb iddiaçıya verilməli, həmin əmlaklar olmadığı təqdirdə onların dəyərinin (müstəqil qiymətləndiricinin rəyinə əsaslanaraq) yarısı verilməlidir. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, məhkəmə tərəfindən əşyaların dəyərləndirilməsi üçün müstəqil qiymətləndirici təyin edilmiş ilkin iddiaçı həmin halı mübahisələndirdiyindən, onun tərəfindən əmlakların qiymətləndirilməsi həyata keçirilmiş, cavabdeh həmin halı mübahisəndirmədiyindən, məhkəmə sonuncunun təqdim etdiyi qiymətləndirmə aktına qiymət vermişdir.
30. Məhkəmə qarşılıqlı iddia tələbinin əsası işin araşdırılan hallarına əsasən sübut olunmadığından, yəni tələbin əsasını təsdiq edən dəlillər məhkəmə mübahisəsinin predmetini təşkil etmədiyindən təmin edilməməlidir. Tətbiq edilən hüquq
31. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
32. Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
33. Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
34. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
36. Maddə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
37. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
38. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
39. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
40. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
41. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
42. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
43. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir.
44. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
45. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
46. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
47. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
48. Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır.
49. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
50. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.
51. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin mövqeyi
52. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ilkin iddia üzrə işin mübahisəli halları yeddi adda cəmi dəyəri, 2948 (iki min doqquz yüz qırx səkkiz) manat olan birgə nikah dövründə əldə edilmiş əmlakların – 250 manat qiymətində olan qabaq stolu və 6 ədəd stul, 350 manat qiymətində olan perla markalı tək nəfərlik çarpayı, 500 manat qiymətində olan həyət stolu və skamyaları, 50 manat qiymətində olan su motoru, 670 manat qiymətində olan lg markalı paltaryuyan maşın, 128 manat qiymətində olan samsung markalı tozsoran, 1000 manat qiymətində olan kondisioner və ya onların dəyərinin, qiyməti 3000 manat olan ağ qızıl, brilyant qaşlarla bilərzik, boyunbağı, üzük dəstinin, qiyməti 300 manat olan xiaomi redmi mote 9 pro markalı mobil telefonun, ödənilmiş 84 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi və “Toyota Land-Cruiser-Prado” markalı, **-DO-*** nömrəli dövlət qeydiyyatlı avtomaşın üzərində ½ hissədə payların müəyyən edilməsi bağlıdır.
53. Məhkəmə ilk öncə qeyd edir ki, ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 28 noyabr 2024-cü il tarixdə işin hazırlıq iclasında xanımın açarı dəyişdiyini bildirsə də, sonuncu baxış iclasında ilk iddiaçının atası şahid qismində ifadə edərək, açarın xarab olduğu üçün onlar tərəfindən dəyişildiyini bildirmişdir.
54. İş materiallarında ilk iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən kondisionerin çıxarıldığı və stol, stulların aparıldığı müəyyən olunur.
1. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırır ki, birgə nikah dövründə əldə edilmiş əmlaklara münasibətdə onların nikah dövründə birgə vəsait hesabına əldə olunmasını təkzib edən dəlillər təqdim edilməmişdir.
2. Bütün qeyd olunanlar məhkəməninin qarşılıqlı iddia tələbinin təmin edilməməsi qənaətinə gəlməsinə əsas vermişdir.
3. Məhkəmə avtomobil üzərində payların müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
5. İş materiallarından göründüyü kimi «Toyota Land-Cruiser-Prado minik» markalı ** DO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh məxsusdur.
6. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı mübahisənin bir hisssi ilk İddiaçı ilə ilk iddia üzrə Cavabdeh arasında birgə nikah dövründə əldə olunmuş əmlak üzərində payın müəyyən edilməsi tələbi ilə bağlı olduğundan və qeyd olunan nəqliyyat vasitəsi artıq Cavabdeh mülkiyyətində deyildir. Ona görə də birgə nikah dövründə artıq münasibətlərin olduğu vaxtda özgəninkiləşdirildiyindən artıq üçüncü şəxsin (cavabdeh Elsevər İslamzadənin) mülkiyyətində olmaqla, həmin əmlakın vicdanlı əldə edəni olduğundan, onun qanunla qorunan mülkiyyət hüququ məhdudlaşdırıla bilməz.
7. Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti üzrə qəbul etdiyi 08 may 2008-ci il tarixli qərarında «vicdanlı alıcı»nın mövcud olduğu mübahisələr üzrə yalnız ilkin mülkiyyətçilərin hüquqlarının qorunması və onların tələbi ilə «vicdanlı alıcı» ilə bağlanmış əqdin etibarsız hesab olunması əleyhinə gedərək qeyd etmişdir ki, belə yanaşma «vicdanlılıq faktorunun hüquqi təyinatını və əhəmiyyətini heçə endirərək mülkiyyətçiyə bu müdafiə vasitəsindən məhdudiyyətsiz istifadə etməklə nəinki ilk əqdin, habelə sonradan bağlanmış bütün əqdlərin etibarsız hesab olunması və əmlakın naturada qaytarılmasını (o cümlədən vicdanlı sahibdən) tələb etmək imkanını yaradardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı». Məhkəmə öz mövqeyinə İnsan Hüquqlarının Müdafiəsi üzrə Avropa Məhkəməsinin presedentləri baxımından da aydınlıq gətirmək istəyir.
8. Belə ki, həmin məhkəmə tamamilə oxşar bir iş, «Qladışeva Rusiyaya qarşı» iş üzrə qəbul etdiyi 06 dekabr 2011-ci il tarixli qərarında mənzilin özəlləşdirilməsində rol oynamış mühüm dövlət orqanlarının qərarlarının «vicdanlılıq» məsələsinin müəyyən olunmasındakı roluna toxunaraq qeyd etdi ki, xeyli sayda dövlət orqanlarının mənzili özəlləşdirmək hüququnu təsdiq etməsi həmin mənzili onu özəlləşdirən şəxsdən almış şəxsi özəlləşdirmə zamanı yol verilmiş pozuntulara görə mənzilə sahiblik hüququnu itirmək təhlükəsi altında qoymamalıdır. Dövlət hakimiyyət orqanlarının işdə buraxdıqları səhv və çatışmazlıqlar həmin şəxslərin xeyrinə işləməli, bu səhvlər onların hesabına düzəldilməməlidir. Avropa Məhkəməsi bu qərarında belə mübahisələrin vicdanlı alıcının əldə etdiyi əmlakı itirməsi ilə nəticələnməsinin ilkin mülkiyyətçinin mülkiyyət hüquqlarının qorunmasında ifadə olunan «ictimai maraq»la vicdanlı alıcının hüquqlarının qorunmasında ifadə olunan «fərdi maraq» arasındakı ədalətli tarazlığı pozduğunu qeyd etmiş və belə tarazlığın vicdanlı alıcının hüquqlarının müdafiə olunması hesabına təmin olunması zəruriliyini qabartmışdır.
9. Beləliklə, məhkəmə bütün bu göstərilənlərə istinadən belə hesab edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilik bu iş üzrə «vicdanlı alıcı» olan E.İslamzadənin hüquqlarının qorunmasını tələb edir və bu səbəbdən də ilk iddia üzrə iddiaçının həmin hissədə iddiası təmin oluna bilməz.
10. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, ilk iddia tələbi qismən təmin edildiyindən, ilk iddia üzrə iddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin hesabına 84.60 manat dövlət rüsumu ödənildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, ilk iddia üzrə cavabdeh isə dövlət rüsumunu ödəməkdən azad olan şəxs olduğundan, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
11. Məhkəmə müstəqil qiymətləndiricinin xərci ilə bağlı hesab edir ki, ilk iddia tələbi qismən təmin edildiyindən, qarşılıqlı iddia tələbi isə təmin edilmədiyindən, ilk iddia üzrə cavabdeh məhkəmə xərclərini ödəməkdən azad edildiyindən müstəqil qiymətləndirici xərci 118 manat təşkil etdiyindən, ilk iddia üzrə İddiaçı müstəqil qiymətləndiricinin xərci olaraq 118 manat alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Tətbiq edilən prosessual normalar:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
13. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
14. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
15. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair ilk iddiasının qismən təmin edilməli, Cavabdeh 1 dəst qabaq stolu və stol 250 manat, “perla” markalı tək nəfərli çarpayı 290 manat, həyət stolu və skamyalar 260 manat, su matoru 45 manat, “LG” markalı paltaryuyan 7 kq 430 manat, “Samsung” markalı tozsoran 75 manat, kondisioner 600 manat alınıb İddiaçı verilməli, həmin əşyalar olmadığı təqdirdə Cavabdeh əşyaların hazırki bazar dəyərinin yarısı 975 manat İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməli, ilk iddia tələbi qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə ödənilmiş borc məbləğinin bölünməsi” dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir.
16. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Cavabdeh 1 dəst qabaq stolu və stol 250 manat, “perla” markalı tək nəfərli çarpayı 290 manat, həyət stolu və skamyalar 260 manat, su matoru 45 manat, “LG” markalı paltaryuyan 7 kq 430 manat, “Samsung” markalı tozsoran 75 manat, kondisioner 600 manat alınıb İddiaçı verilsin. Həmin əmlaklar olmadığı təqdirdə Cavabdeh əşyaların hazırki bazar dəyərinin yarısı 975 manat İddiaçı xeyrinə tutulsun. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçının özünə aid edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə ödənilmiş borc məbləğinin bölünməsi” dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İddiaçı müstəqil qiymətləndirici tədqiqatının dəyəri qismində 118 (bir yüz on səkkiz) manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ53AİİB400600C**********226, Kapital Bank ASCnin İnşaatçılar filialı, KOD 201360, icraçının VÖENi **********1, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova