Məhkəmə qərarları › İş №e-2(060)-5460/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5460/2024

03.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5460/2024 03.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirak ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı əqdin bağlanması və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinin Cavabdeh qanunsuz sahibliyindən götürülərək iddiaçıya qaytarılması, mülkiyyətçisi olduğu qeyri-yaşayış obyektinin cavabdeh tərəfindən boşaldılaraq mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması və dövlət rüsumu olaraq məhkəməyə ödənilmiş 110 manat pul vəsaitinin, eləcə də vəkil xidmətindən istifadə ilə əlaqədar ödənilmiş 320 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı dəqiqləşmə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinin Cavabdeh qanunsuz sahibliyindən götürülərək iddiaçıya qaytarılması, mülkiyyətçisi olduğu qeyri-yaşayış obyektinin cavabdeh tərəfindən boşaldılaraq mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması, mülkiyyətçisi olduğu qeyri yaşayış obyekyti cavabdeh tərəfindən saxlandığı müddət üçün (boşaldılan tarixədək) 01 avqust 2024-cü il tarixindən hesablamaqla Cavabdeh kompensasiya olaraq aylıq 300 manat kirayə haqqının və dövlət rüsumu olaraq məhkəməyə ödənilən 110 manatın, eləcə də vəkil xidmətindən istifadə ilə əlaqədar ödənilmiş 320 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyekti iddiaçının xüsusi mülkiyyətindədir. 2022-ci ilin mart ayında onunla cavabdeh arasında əldə edilmiş şifahi razılaşma əsasında mülkiyyətində olan qeyri-yaşayış obyektini sonuncunun icarəsinə vermişdim. Cavabdeh də həmin obyektdən bərbərxana şəklində istifadə etmişdir. İddiaçı qeyd edir ki, sözügedən qeyriyaşayış obyekti tam təmirli və səliqəli şəkildə cavabdehin istifadəsinə verilmişdir. Bir müddət əvvəl cavabdeh iddiaçıya müraciət edərək xəstəliyi ilə əlaqədar cari ilin avqust ayının 1- dən icarə münasibətlərini sonlandırmaq və obyekti geri qaytarmaq istədiyini bildirmişdir. Ancaq bu zaman cavabdeh əsassız olaraq iddiaçıdan 4000 manat pul tələb etmiş və bunu guya sözügedən qeyri-yaşayış obyektinin təmirinə şəxsi vəsaitindən pul xərcləməsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, iddiaçı mülkiyyətində olan qeyriyaşayış obyektini tam təmirli və səliqəli şəkildə cavabdehin istifadəsinə vermişdir. Cavabdeh sonradan onunla razılaşdırmadan obyektin daxilində olan qapını çıxartdırmışdır ki, bu işlərin də qiyməti ən çoxu 200-250 manat təşkil edə bilərdi. Cavabdeh əsassız şəkildə iddiaçının hesabına varlanmaq məqsədi güddüyündən, iddiaçı onun 4000 manat pul tələbini rədd edərək obyekti boşaltmasını tələb etmişdir. Lakin cavabdeh iddiaçının tələbini rədd edərək obyektdən qanunsuz şəkildə istifadəni davam etdirir və bu azmış kimi, onu da müxtəlif üsullarla təhdid etməyə davam edir. Cavabdehə edilmiş müraciətlər nəinki bir nəticə verməmiş, hətta iddiaçının özü cavabdeh tərəfindən əsassız şəkildə ittihamlara məruz qalmışdır. Obyektin guya istifadəyə yararsız olduğunu bildirərək özünün qanunsuz əməllərinə haqq qazandırmağa çalışan cavabdeh nədənsə unutmuşdur ki, 6 il müddətində istifadəsində olduğu müddətdə həmin obyektlə bağlı hər hansı etiraz və narazılığını bildirməmişdir. Cavabdehə dəfələrlə olunan müraciətlərə baxmayaraq, sonuncu mülkiyyətində olan obyektdən çıxmaqdan və mübahisənin həlli ilə bağlı hər hansı addım atmaqdan imtina edir. Bu səbəbdən yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh tərfindən törədilən qanunsuzluqların aradan qaldırılması və mülkiyyət hüququnun müdafiəsi məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyektinə şifahi müqavilə əsasında ödənilmiş 3920 manatın geri qaytarılması və dövlət rüsumu olaraq ödənilmiş 59,20 manatın, eləcə də vəkil xidmətindən istifadə ilə əlaqədar ödənilmiş 500 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ilkin iddia ərizəsinin rədd edilməsi, ünvan 1 ünvanında yerləşən, sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyektinin yaxşılaşdırılması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən çəkilmiş 1750 manat vəsaitin, ödənilmiş 59,20 manat dövlət rüsumu məbləğinin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və ünvan 1 ünvanında yerləşən, sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyektinə dair qarşılıqlı iddia üzrə iddiaçı və cavabdeh arasında 2022-ci ilin mart ayından şifahi icarə müqaviləsinin bağlanmış hesab edilməsi, həmin şifahi icarə müqaviləsinin müddətsiz bağlandığının, həmin şifahi icarə müqaviləsi üzrə icarə ödənişinin aylıq 300 manat təşkil etdiyinin, qarşılıqlı iddia üzrə iddiaçının razılığı olmadan qarşılıqlı iddia üzrə cavabdehin icarə predmetinə daxil olmasının ona qadağan olunması və qarşılıqlı iddia üzrə cavabdehin həmin şifahi icarə müqaviləsi üzrə öhdəliklərini icra etməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunlar əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyektini 2022-ci ilin mart ayından cavabdehlə aralarında əldə edilmiş şifahi razılaşma əsasıda qeyri-yaşayış obyektini icarəyə götürmüşdür. Həmin qeyri-yaşayış obyektindən bərbərxana kimi istifadə etmişdir. Cavabdeh qeyd ki, sözügedən qeyri-yaşayış obyekti icarəyə götürəndə obyekt təmirsiz və səliqəsiz olmuşdur. Aralarıda olan şifahi razılaşmaya əsasən obyektin təmir-tikinti xərcləri aylıq icarə haqqından çıxılacaqdır. Cavabdeh əldə olunmuş şifahi razılaşmaya görə ünvan 2 ünvanında yerləşən, sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyektin təmir tikinti işlərinə (Kondinsioner 200 manat, Reklam 200 manat, Qazon 250 manat, bar-stulu 200 manat, Prestij iki mərtəbəli şüşəli mebel 500 manat, lambirin 150 manat, işıqlandırma 100 manat, divar saatı 40 manat, dəsmal prestij polka mebel 50 manat, bərbər kreslo yeni 800 manat, oboy rəssam 120 manat, usta zəhmət haqqı 500 manat, güzgü prestij polkalı mebel 750 manat, dəsmal qurudan 60 manat) ümumilikdə 3920 manat xərc çəkmişdir. Cavabdeh avqust ayında Cavabdeh icarə haqqının yüksək məbləğdə qaldırılması ilə bağlı xəbərdarlıq etmiş və razılaşmadığı təqdirdə obyekti boşaltmağı tapşırmışdır. Belə olan halda o, İddiaçı Ələkbər oğlundan obyektin təmir-tikintisinə sərf olunan vəsaiti müqqəddəratı ilə bağlı soruşduqda, ona yalnız 500 manat geri vere biləcəyini bildirmişdir. Bu səbəbdən yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh İddiaçı Ələkbər oğlu tərəfindən törədilən qanunsuzluqların aradan qaldırılması və hüquqlarının müdafiəsi məqsədi ilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə İddiaçı iddia etirazla müaciət edərək, Cavabdeh qeyd olunan qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinin Cavabdeh qanunsuz sahibliyindən götürülərək ona qaytarılması, mülkiyyətçi olduğum qeyri-yaşayış obyektinin cavabdeh tərəfindən boşaldılaraq mülkiyyət hüququmun pozulmasının aradan qaldırılması, mülkiyyətçi olduğu qeyri-yaşayış obyekti cavabdeh tərəfindən saxlandığı müddət üçün (boşaldılan tarixədək) 01 avqust 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh kompensasiya olaraq aylıq 300 manat kirayə haqqının və dövlət rüsumu olaraq məhkəməyə ödədiyi 110 manat pul vəsaitinin, eləcə də vəkil xidmətindən istifadə ilə əlaqədar ödənilmiş 320 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Buna qarşı Cavabdeh da iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3920 manat pul vəsaitinin, eləcə də qarşılıqlı iddia ərizəsi ilə əlaqədar məhkəməyə ödənilmiş dövlət rüsumunun və vəkil xidmətindən istifadə etməsi ilə əlaqədar ödədiyi 500 manat pulun İddiaçıdan tutularaq Cavabdeh ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh bu tələbini Sumqayıt şəhəri, 14-cü məhəllə, ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyekti ilə bağlı guya mənimlə onun arasında bağlanılmış şifahi müqavilə əsasında çəkdiyi xərclərin geri qaytarılması istəyi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, onunla Cavabdeh arasında kirayəyə verilmiş obyektin hər hansı şəkildə yaxşılaşdırılması və ya obyektdə təmir-tikinti işlərinin aparılması ilə bağlı nə yazılı, nə də şifahi qaydada heç bir razılaşma olmamışdır. Sözügedən obyekt 17 ilə yaxındır ki, bərbərxana şəklində istifadə olunur. Cavabdeh həmin obyektdə bir müddət Xəyal adlı şəxslə birlikdə işləmiş, sonuncu başqa yerdə işləməyə getdikdən sonra isə obyekti təkbaşına olaraq icarəyə götürmüşdür. Həmin obyektdə Cavabdeh tərəfindən yenidənqurma və ya hər hansı təmir işləri aparılmışdırsa, həmin işlər İddiaçı xəbərdar etmədən aparılmışdır ki, buna görə o, İddiaçı hər hansı pul vəsaitini tələb edə bilməz. Cavabdeh tərəfindən icarəyə verilən obyektdə görüldüyü iddia edilən işlərin onun xəbəri və məlumatı olmadan həyata keçirildiyini o fakt da təsdiq edir ki, Cavabdeh nümayəndəsi məhkəmə hazırlıq iclasında həmin işlərin 1 il bundan əvvəl yerinə yetirildiyini bildirmişdir. Belə olan halda Cavabdeh gördüyünü iddia etdiyi təmir işlərinə xərclədiyi pul vəsaitini İddiaçı tələb etməli, yaxud da 1 il ərzində ona ödədiyi aylıq icarə haqqından bu pulu çıxmalı idi. Lakin o, son aylaradək icarə haqqını mütəmadi olaraq ödəmişdir ki, bu da onun icarəyə götürdüyü qeyri-yaşayış obyektinin guya təmir-tikinti işlərinə pul xərclədiyini və bunu onunla bağlanılmış razılaşma əsasında etdiyini təkzib edir. Eyni zamanda o, məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində uğradığı ziyan şəklində qeyd etdiyi pul məbləğinə obyektdə görüldüyü iddia olunan işlərin deyil, əsasən bərbərxanada olan ləvazimatların dəyərini daxil etmişdir. Halbuki, Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərdiyi əmlakların bir qismi həqiqətən də ona məxsusdur və İddiaçı bu əmlakların obyektindən götürülməsinə hər hansı məhdudiyyət qoymamışdır. Sadəcə olaraq Cavabdeh özünə məxsus əmlaklarla yanaşı, qeyri-yaşayış obyektini onun icarəsinə verərkən orada olan və İddiaçı məxsus olan bəzi əmlakları da “özününküləşdirərək” onların dəyərini tələb etdiyi əmlakların siyahısına daxil etmişdir. Belə ki, Cavabdeh tərtib etdiyi siyahıda özünün əmlakı kimi qeyd etdiyi kondisioner, lambirin, divar saatı və iki ədəd bərbər kreslosu İddiaçı məxsus olmaqla obyekt icarəyə verilərkən artıq orada idi və həmin əmlakların Cavabdeh hər hansı aiddiyəti yoxdur. Həmçinin, Cavabdeh obyektin təmir-tikinti işlərinə ümumilikdə 3920 manat pul vəsaiti xərclədiyini iddia etsə də, bu təmir-tikinti işlərinin nədən ibarət olduğu əsaslandıra bilməmiş və qarşılıqlı iddia ərizəsində zərər şəklində qeyd etdiyi pul məbləğini 500 manat usta pulu istisna olmaqla, yalnız əmlakların dəyəri ilə hesablamışdır ki, bu da onun tərəfindən obyektdə hər hansı əsaslı təmir-tikinti işlərinin aparılmadığı sübuta yetirir. Eyni zamanda məhkəmənin nəzərinə onu da çatdırır ki, qanunvericilik kirayəyə verənin xərclərinin əvəzini ödəmək vəzifəsinin özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun həll edilməsini müəyyənləşdirir. Məhkəmə iclasında iştirak edən iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi müdafiə edərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbini qəbul etməyərək rədd edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbi müdafiə edərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbini qəbul etməyərək rədd edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia tələbi müdafiə edərək qarşılıqlı iddia tələbinin təmin, ilkin iddia tələbini qəbul etməyərək rədd edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, o, İddiaçı oğludur. Sahillə təxminən bir il yarım işləmışdır. Hər şey də qaydasında olmuş, hətta təzə gələn vaxt 1 ay ondan icarə haqqı almamışdırlar. Bəzən 5-10 gün icarə haqqını ödəməkdə gecikmələri oluduğunu onu da nəzərə aldıqlarını bildirdi. O, tapşırıqla hər hansı təmir işi görülmədiyini, nəsə xərc çəkildiyi vaxtlarda, həmin ay icarə haqqını az alındığını qeyd etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir, qarşlılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 4-cü polis bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-13-58-4/2F-10141/24 saylı məktubdan görünür ki, İddiaçı Cavabdeh obyektdən çıxarılması barədə ərizəsi yoxlanılmış və göstərilən xüsusatlar mülki xarakter daşıdığı üçün ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR Publik hüquqi şəxsinin xx.xx.2017-ci il tarixli ********** nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı tam mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Həmin Məcəllənin 680.1-ci maddəsinə əsasən- Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: Həmin Məcəllənin 680.1.1-ci maddəsinə əsasən- binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; Həmin Məcəllənin 680.2-ci maddəsinə əsasən- Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 700.1-700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 1087.1-ci maddəsinə əsasən Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Həmin Məcəllənin 1087.2-ci maddəsinə əsasən- İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Həmin Məcəllənin 1090.1-ci maddəsinə əsasən- Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2-ci maddəsinə əsasən- İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1090.3-ci maddəsinə əsasən- İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə əsasən, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı- ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsasən, icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə hesab edir ki, tərəflər arasında icarə münasibətləri mövcud olmuş, lakin münasibətlərin müddəti müəyyən edilmədiyindən, icarəyə götürən hər ayın əvvəli ödəniş etməklə tərəflər icarə müddətini bir ay müəyyən etmişlər. İcarəyə götürən 2024-cü ilin avqust ayından icarə haqqı ödəməyi dayandırdığından həmin tarixdən tərəflər arasında olan şifahi icarə münasibətləri xitam edilmiş hesab edilməlidir. İcarəyə götürən obyektə yaxşılaşdırmaları mülkiyyətçinin tapşırığı əsasında deyil, məhz özünün orada normal fəaliyyət göstərməsi üçün yaranmış zərurətlə əlaqədar etmişdir. Qeyri-yaşayış sahəsinin boşaldıldığı tarixədək qeyr-qanuni istifadə etdiyinə görə hər ay üçün 300 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hissədə iddia təmin edilə bilməz belə ki, tərəflər arasında artıq şifahi icarə münasibətlərinə xitam verilmişdir. Qarşlıqlı iddiaya münasibətdə Məhkəmə qeyd edir ki, müqavilənin bağlanmış hesab edilməsinə dair qanunvericilik norması mövcud deyil, çəkilmiş xərclərə münasibətdədə yuxarıda qeyd edildiyi ki, qarşlıqlı iddiaçının məhz özünün orada normal fəaliyyət göstərməsi üçün yaranmış zərurətlə əlaqədar olduğu üçün təmin edilə bilməz. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hisssini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən edilmişdir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi yardımın əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı hissəsində hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyekti Cavabdeh qanunsuz sahibliyindən götürülərək, boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsinin rədd edilməsi, ünvan 1 ünvanında yerləşən, sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyektinin yaxşılaşdırılması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən çəkilmiş 1750 manat vəsaitin, ödənilmiş 59,20 manat dövlət rüsumu məbləğinin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və ünvan 1 ünvanında yerləşən, sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyektinə dair qarşılıqlı iddia üzrə iddiaçı və cavabdeh arasında 2022ci ilin mart ayından şifahi icarə müqaviləsinin bağlanmış hesab edilməsi, həmin şifahi icarə müqaviləsinin müddətsiz bağlandığının, həmin şifahi icarə müqaviləsi üzrə icarə ödənişinin aylıq 300 manat təşkil etdiyinin, qarşılıqlı iddia üzrə iddiaçının razılığı olmadan qarşılıqlı iddia üzrə cavabdehin icarə predmetinə daxil olmasının ona qadağan olunması və qarşılıqlı iddia üzrə cavabdehin həmin şifahi icarə müqaviləsi üzrə öhdəliklərini icra etməsi barədə barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar