Məhkəmə qərarları › İş №e-2(060)-5560/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5560/2023

16.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5560/2023 16.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 16 oktyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il tarixdə Qubadlı rayonunun Qayalı kəndində doğulmuş bacısı X6 25 mart 1975-ci il tarixində ölməsı faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Mərhum X5, prostat vəzinin bədxassəli yenitörəməsi xəstəliyindən 12 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Ailə üzvlərindən anası X3, qardaşı X16, X17 və bacısı X18 hazırda həyatdadırlar. Lakin, ailə üzvlərindən bacısı X9 xx.xx.1974-cü il tarixdə Qubadlı rayonunun Qayalı kəndində doğulmuş, 25 mart 1975-ci il tarixində, yaşı tamam olmadan, 5 aylıq ikən vəfat etmişdir. Hazırda mərhum X5ndan qalan miras əmlakı vərəsəlik qaydasında qəbul etmək üçün notariat ofisinə müraciət etdikdə, bacısı X6 ölüm şəhadətnaməsinin olmadığı müəyyən olunmuşdur. Belə ki, Maraqlı şəxs tərəfindən verilən arayışlarda bacısı X6 doğum tarixi müəyyən olduğu halda ölümü ilə bağlı məlumat aşkar edilməmişdir. Lakin, bu faktı şahidləri təsdiq edirlər. Bu səbəbdən də xx.xx.1974-cü il tarixdə Qubadlı rayonunda doğulmuş bacısı X6 25 mart 1975-ci il tarixində ölməsı faktının məhkəmə tərəfindən tanınması zərurəti yaranmışdır. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini, ölüm faktının təsdiq edilməsinin ona vərəsəlik məsələləri üçün lazım olduğunu bildirdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X14 ifadəsində bildirdi ki, Anar onun qardaşı oğludur. Səminə 1974-cü ildə rəhmətə gedib. Həmin vaxt o, 5-6 aylıq idi. Onu analarının yanında dəfn etmişdirlər. Onu da qeyd edir ki, bu yaxınlarda Qubadlı rayonunda olmuşdurlar, uşağın və digər qohumlarının qəbirlərini ziyarət etmişdirlər. Şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, ərizəçi bacısı oğludur. Anarın bacısı 1974-cü ildə rəhmətə gedib. Həmin vaxt uşağın bir yaşı tamam olmamışdı. Uşaq Qubadlı rayonu, Qayalı kəndində öz nənəsinin yanında dəfn edilmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs X6 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X1 Asif Nəsir oğlunun ailə üzvüdür. (qızıdır) İşdə olan Vİİİ JQ 393087 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X5, anası X2r. İşdə olan AZ İİ 324837 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X15 xx.xx.2023-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 226 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında akt qeydinə əsasən X15 ilə X4 xx.xx.1971-ci il tarixdə Qubadlı rayon, Qayalı İcra Nümayəndəliyində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 08 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Nəsibova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında akt qeydinə əsasən X9 xx.xx.1974-cü ildə Qubadlı rayon, Qayalı kəndində doğulmuşdur. X5, anası X2r. İşdə olan xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X9 barəsində Maraqlı şəxs arxivində ölüm aşkar olunmadı. Qubadlı rayon, Qayalı İcra Nümayəndəliyi üzrə 1974- 1979-cu illər arxiv kitabları Maraqlı şəxs arxivində saxlanılır. Arxiv məlumatları Maraqlı şəxs 1974-1979-cu illər və 1971-1984-cü illərə dair bərpa akt qeydləri yoxlanılmışdır. ”Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü il ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin bacısı xx.xx.1974-cü il təvəllüdlü X9 xx.xx.1975-ci ildə Qubadlı rayonu, Qayalı kəndində vəfat etmişdir. Bu fakt şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin bacısı xx.xx.1974-cü il təvəllüdlü X6 xx.xx.1975-ci ildə Qubadlı rayonu, Qayalı kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X6 xx.xx.1975-ci ildə Qubadlı rayonu, Qayalı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəmsəsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar