Məhkəmə qərarları › İş №e-2(060)-5868/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5868/2022

16.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5868/2022 16.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmaylov Əli Seyran oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil Rufulla qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak tələbinə dair» iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yataq mebel dəsti (taxt və tumbaları ilə kamot, şifoner, 2 qapılı şkaf, 1 qapılı şkaf) - 3000 manat, künc divanı 1100 manat, stol və 6 ədəd stulları- 450 manat, jurnal stolu 200 manat, televizor altı 250 manat, televizor 600 manat, 2 ədəd çilçıraq 200 manat, tozsoran 100 manat, ətçəkən maşın 90 manat, mikser 40 manat, aura qazan dəsti 150 manat, qazan dəsti 50 manat, ütü altı 65 manat, ütü 50 manat, 4 ədəd dolça dəsti 200 manat, 1 ədəd güldan 150 manat, göy güldan və konfet qabı 50 manat, 1 ədəd meyvə qabı və 2 ədəd konfet qabı 30 manat, 2 ədəd büllur qab 40 manat 2 ədəd blender 60 manat kamot üçün dəst qab, 1 güldan, meyvə qabı, 2 konfet qabı 100 manat 12 billur, 12 adi stəkan 70 manat, 12 billur armudu, 12 adi armudu stəkan 50 manat, 6 böyük, 6 balaca billur rumka 80 manat, 2 çömçə dəsti 80 manat, “versaji” servis dəsti 12 ədəd kasa 200 manat, 24 böyük nəlbəki, 12 kiçik nəlbəki 40 manat qaşıq-çəngəl dəsti 50 manat, bıçaq dəsti 10 manat, sini dəsti 60 manat, 2 böyük və 2 balaca sini 15 manat, uşaq çarpayısı 430 manat, uşaq üçün alınmış qızıl sırğa, qızıl adı yazılı qolbaq 450 manat, 1 ədəd çarpayı üzü dəsti 350 manat, 1 tək çarpayı üzü 60 manat, 2 ədəd zebra adyal 60 manat, 3 yorğan 100 manat, 2 ədəd döşək, 4 balış, 4 balaca döşək, 5 ədəd çarpayı dəsti 200 manat, 1 ədəd çamadan (içində dəsmallar)-150 manat, 2 pəncərə pərdəsi və tülü, 1 ədəd qapı pərdəsi 800 manat, 1 ədəd xalça 200 manat, 4 ədəd süfrə 200 manat, 1 ədəd şirniyyat, qoz qab 12 manat, 10 ədəd şirniyyat başlıqları 5 manat, 1 böyük, 2 balaca çaynik 30 manat, 1 ədəd salat doğrama qabı 5 manat, 1 böyük çuqun tas, 1 ədəd aşsüzən 30 manat, 1 ədəd fen 30 manat, mətbəxdə işlənən qablar 300 manat olmaqla ümumilikdə 11042 manat dəyərində əmlakların alınaraq ona ödənilməsi, məhkəmə rüsumunun, mediasiya xərcinin və hüquqi yardımla bağlı ödədiyi vəsaitlərin cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə faktiki nikahla ailə qurmuşdur. 2019-cu il iyun ayının 26-da gəlin köçdüyü və əmlaklarının da olduğu mənzildən qovulmuş, hazırda 2 azyaşlı uşaqları ilə valideynlərinə məxsus olan mənzildə yaşayır. O, cavabdehlərdən əmlaklarının qaytarılmasını dəfələrlə tələb etsə də cavabdehlər ona əmlaklarını qaytarmamışlar. Həmin əmlaklar onun cehiz əmlakları və şəxsi əmlakları olduğu üçün cavabdehdən alınaraq ona qaytarılmalıdır Bundan sonra iddiaçı iddia tələbinin qızıl-zinət əşyaları hissədə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 583 əyarlı 2,5 qram çəkisi olan ağ qaşlı dəyəri 200 manat olan 1 cüt qızıl sırğanın və 585 əyarlı, 3,5 qram çəkisi olan üzərində “Emilya” yazısı olan 1 ədəd qızıl qolbağı və digər cehiz əmlakların alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh tərəf mübahisə predmetini təşkil edən əşyaları ona vermir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilən Rəna İsmayılova öz ifadəsində göstərdi ki, iddiaçı onun bacısının qızıdır. Həqiqət Mehmanla 2016-cı ildə evlənmişdir. O, nişan, toy, xına, cehizin aparılması mərasimlərində iştirak etmişdir. Cehizin alınmasında iştirak etməsə də, mebelləri və s. cehiz əşyaların seçilməsində və oğlan evinə yerləşdirilməsində iştirak etmişdir. Bildirir ki, cehiz əşyalarına taxt, şifoner, termo olmaqla yataq dəsti mebeli, künc divanı, stol-stul, divan, stol, televizor, hər iki otaq üçün pərdə, kamot olmaqla qonaq otağı mebeli, əlavə olaraq qab-qaşıq dəstləri, üç dəst serviz, bir ədəd xalça da daxildir. Soyuducu, paltaryuyan və mətbəx mebeli verilməmişdirlər. Daha sonra iddiaçının anası uşaq üçün beşik də almışdır. Məhkəmədə şahid qismində dindirilən Tutu Məmmədova öz ifadəsində göstərdi ki, iddiaçı qonşusudur. Aralarında yaxın münasibət var idi. Həqiqət ailə qurarkən ailəsi Həqiqətə 10000 manata yaxın dəyərdə cehiz vermişdir. Ailəsi Həqiqətə yataq dəsti mebeli taxt, şifoner, termo, künc divanı, stol-stul, televizor, hər iki otaq üçün pərdə, kamot, bir ədəd xalça vermişdi. Mətbəx mebeli, paltaryuyan, soyuducu isə verməmişdilər. Məhkəmədə şahid qismində dindirilən Aynurə Quliyeva öz ifadəsində göstərdi ki, iddiaçı bacısıdır. Həqiqət 2016-cı il 26 aprel tarixində ailə qurmuşdur. Bacısı evlənərkən ailəsi onu bütün cehizlərlə təmin etmişdir. Ona yataq dəsti-taxt, şifoner, kamot, termo, xalça, qonaq otağı mebeli-künc divan, plazma televizor, stol-stul dəsti, kamot, digər məişət – ütü, blender, ətçəkən və s. əşyaları, iki çil-çıraq alınmışdır. Yataq otağı üçün xalça alsalar da, cavabdeh tərəfin təklifi ilə qonaq otağı üçün xalça almamışdılar. Soyucudu, paltaryuyan, mətbəx mebeli cavabdeh tərəfin evində yer olmadığı üçün verilməmişdir. Evdə istifadə üçün əlverişli olan bütün qab-qacaq dəstləri, o cümlədən bogema dəsti cehiz olaraq verilmişdir. Yalnız qab-qacaqlardan madonna dəstini geri qaytarmışdırlar. Sonra, anası uşağa beşik, hədiyyə olaraq qızıl sırğa almışdır. Uşağın iki yaşında isə anası ona hədiyyə olaraq qızıl qolbaq almışdır. Həqiqətin uşağının iki yaşı olandan bir neçə gün sonra Mehman onu evdən qovmuşdur. Məhkəmə iddiaçının, nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, № MŞB/6-4017 ilkin X1 Edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh2 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin X1 etməmişdir. İddiaçı ilkin X1 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16(060)-31/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, cavabdehlər X2 və Cavabdeh1 yaşadıqları ünvan 1-də olan əmlaklar-yataq mebel dəsti (taxt və tumbaları ilə kamot şifoner, 2 qapılı şkaf, 1 qapılı şkaf) - 3000 manat, künc divan -1100 manat, stol və 6 ədəd stullar -450 manat, jurnal stolu-200 manat, televizor altı-250 manat, televizor 600 manat, 2 ədəd çilçıraq 200 manat, tozsoran 100 manat, ət çəkən maşın 90 manat, mikser 40 manat, aura qazan dəsti 150 manat, qazan dəsti 50 manat, ütü altı 65 manat, ütü 50 manat, 4 ədəd dolça dəsti 200 manat, 1 ədəd güldan 150 manat, göy güldan və konfet qabı 50 manat, 1 ədəd meyvə qabı və 2 ədəd konfet qabı 30 manat, 2 ədəd billur qab 40 manat, 2 ədəd blender 60 manat, kamot üçün dəst qab, 1 güldan, meyvə qabı, 2 konfet qabı 100 manat, 12 billur, 12 adi stəkan 70 manat, 12 billur armudu, 12 adi armudu stəkan 50 manat, 6 böyük, 6 balaca billur rumka 80 manat, 2 çömçə dəsti 80 manat, “versaji” servis dəsti 12 ədəd kasa 200 manat, 24 böyük nəlbəki, 12 kiçik nəlbəki 40 manat, qaşıq-çəngəl dəsti 50 manat, bıçaq dəsti 10 manat, sini dəsti 60 manat, 2 böyük və 2 balaca sini 15 manat, uşaq çarpayısı 430 manat, uşaq üçün alnımış qızıl sırğa, qızıl adı yazılı qolbaq 450 manat, 1 ədəd çarpayı üzü dəsti 350 manat, 1 tək çarpayı üzü 60 manat, 2 ədəd zebra ədyal 60 manat, 3 yorğan 100 manat, 2 ədəd döşək, 4 balış, 4 balaca döşək, 5 ədəd çarpayı dəsti 200 manat, 1 ədəd çamadan (içində dəsmallar)-150 manat, 2 pəncərə pərdəsi və tülü, 1 ədəd qapı pərdəsi 800 manat, 1 ədəd xalça 200 manat, 4 ədəd süfrə 200 manat, 1 ədəd şirniyyat qoz qabı 12 manat, 10 ədəd şirniyyat başlıqları 5 manat, 1 böyük, 2 balaca çaynik 30 manat, 1 ədəd salat doğrama qabı 5 manat, 1 böyük çuqun tas, 1 ədəd aşsüzən -30 manat, 1 ədəd fen 30 manat, mətbəxdə işlənən qablar 300 manat olmaqla, ümumilikdə 11042 manat dəyərində olan əmlaklarının üzərinə həbs qoyulması qərara alınmışdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən tərtib edilmiş 14 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16(060)-31/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə bağlı ünvan 1 ünvanına baxış keçirilmiş və İddiaçı məxsus əmlaklar tam aşkar olunaraq üzərinə həbs qoyulmuş və saxlanması üçün X3 və Cavabdeh1 təhvil verilmişdir. Eyni zamandı aktda icra vərəqəsində olan qızı əşyalar aşkar olunmadı qeydi aparılmışdır. Beləliklə, işin mübahisəsiz hallarından görünür ki, tərəflər Həqiqət Baxışeva ilə Hacıyev Melman arasında 2016-cı il tarixdə faktiki nikah münasibətləri yaranmışdır. İddiaçıya məxsus cehiz əmlak cavabdehin yaşadığı evə aparılmışdır. Hazırda tərəflər arasında ailə münasibətlərinə xitam verilmiş, tərəflər ayrı-ayrı ünvanlarda yaşayırlar, iddiaçıya məxsus cehiz əmlakı və qızıl əşyaları cavabdehlərin ünvanında qalmaqdadır. İddiaçı özünə məxsus cehiz və qızıl-zinət əşyalarının qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə araşdırması zamanı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən tərəflərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, iddia ərizəsində siyahısı göstərilmiş əşyalar müəyyən edilərək cavabdehlərin saxlancına təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı məhkəməyə fotoşəkillər təqdim edərək həmin fotoşəkillərdə mübahisə predmetini təşkil edən qızıl əşyalarının və onlar haqqında məlumatların (əyarı, çəkisi və qiyməti) əks olunduğunu, bütün bunların cavabdehdə olduğunu göstərdiyini bildirərək məhkəmə tərəfindən bu halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə eləcə də qeyd edir ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasın gəlməmiş, iddiaya etirazlarını bildirməmiş, əşyaların dəyəri mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsində siyahısı göstərilmiş cehiz və qızıl-zinət əşyaları, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda onların dəyəri cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 75 manat və mediasiya prosesində iştirak etmək üçün 50 manat məbləğində rüsum ödəmişdir. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 125 manat cavabdehlərdən iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. yataq mebel dəsti (taxt və tumbaları ilə kamot, şifoner, 2 qapılı şkaf, 1 qapılı şkaf) - 3000 manat, künc divanı 1100 manat, stol və 6 ədəd stulları- 450 manat, jurnal stolu 200 manat, televizor altı 250 manat, televizor 600 manat, 2 ədəd çilçıraq 200 manat, tozsoran 100 manat, ətçəkən maşın 90 manat, mikser 40 manat, aura qazan dəsti 150 manat, qazan dəsti 50 manat, ütü altı 65 manat, ütü 50 manat, 4 ədəd dolça dəsti 200 manat, 1 ədəd güldan 150 manat, göy güldan və konfet qabı 50 manat, 1 ədəd meyvə qabı və 2 ədəd konfet qabı 30 manat, 2 ədəd büllur qab 40 manat 2 ədəd blender 60 manat kamot üçün dəst qab, 1 güldan, meyvə qabı, 2 konfet qabı 100 manat 12 billur, 12 adi stəkan 70 manat, 12 billur armudu, 12 adi armudu stəkan 50 manat, 6 böyük, 6 balaca billur rumka 80 manat, 2 çömçə dəsti 80 manat, “versaji” servis dəsti 12 ədəd kasa 200 manat, 24 böyük nəlbəki, 12 kiçik nəlbəki 40 manat qaşıq-çəngəl dəsti 50 manat, bıçaq dəsti 10 manat, sini dəsti 60 manat, 2 böyük və 2 balaca sini 15 manat, uşaq çarpayısı 430 manat, 1 ədəd çarpayı üzü dəsti 350 manat, 1 tək çarpayı üzü 60 manat, 2 ədəd zebra adyal 60 manat, 3 yorğan 100 manat, 2 ədəd döşək, 4 balış, 4 balaca döşək, 5 ədəd çarpayı dəsti 200 manat, 1 ədəd çamadan (içində dəsmallar)-150 manat, 2 pəncərə pərdəsi və tülü, 1 ədəd qapı pərdəsi 800 manat, 1 ədəd xalça 200 manat, 4 ədəd süfrə 200 manat, 1 ədəd şirniyyat, qoz qab 12 manat, 10 ədəd şirniyyat başlıqları 5 manat, 1 böyük, 2 balaca çaynik 30 manat, 1 ədəd salat doğrama qabı 5 manat, 1 böyük çuqun tas, 1 ədəd aşsüzən 30 manat, 1 ədəd fen 30 manat, mətbəxdə işlənən qablar 300 manat, uşaq üçün alınmış qızıl sırğa – 200 manat, qızıl adı yazılı qolbaq 250 manat, həmin əmlakların naturada qaytarılması mümkün olmadıqda onların dəyəri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 125 (bir yüz iyirmi beş manat) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar