Məhkəmə qərarları › İş №e-2(060)-6066/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6066/2024

27.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6066/2024 27.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 667,01 manat vurulmuş zərər və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, iddiaçı “İddiaçı Sığorta Şirkəti ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi "Toyota Prius" markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Opel Astra" markalı, **-PF-***; "Toyota Corolla" markalı, **-AX-*** və "Kia Rio" markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalanmış "Opel Astra" markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş "Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası şəhadətnaməsi"ndən göründüyü kimi "Opel Astra" markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" SŞ ASC-də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş "Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə" hesabatından görünür ki, dəymiş zərərin məbləği 1650 manat müəyyən edilmişdir. "xxxx" Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq "Opel Astra" markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği çıxmaqla 1550 manat məbləğində sığorta ödənişi ödəmişdir. İş materiallarına əlavə olunmuş protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh AR İXM-nin 327.1-ci və 333.3-cü maddələri ilə təqsirli bilindiyi öz əksini tapmışdır. Belə olan halda Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd olunan hadisə ilə bağlı inzibati tənbeh vermə haqqında qərarı verilmiş sorğu əsasında müvafiq polis orqanından, eyni zamanda aidiyyəti üzrə məhkəmə orqanından əldə etmək mümkün olmamışdır. Lakin, Cavabdeh Abşeron RPİ DYPŞ-nə verdiyi izahatında hadisənin onun təqsiri ucbatından baş verdiyini bildirmişdir. Həmçinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" arayışında da təqsirli olan şəxs Cavabdeh olduğu və zərərin onun tərəfindən vurulduğu təsdiq olunmuşdur. (Ali Məhkəmənin Mülki Kollegiyasının oxşar işlər üzrə 2(102)- 1530/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(102)-1174/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarları təqdim olunur). Cavabdeh təqsirli olduğu üçün tərəfindən idarə olunan "Toyota Prius" markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə sığortalamış sığortaçı "xxxx" Sığorta Şirkəti ASC subroqasiya qaydasında dəymiş zərərin 882.99 manat məbləğini "xxxx" Sığorta Şirkəti ASC ödəmişdir. Ödənişin qalan hissəsi isə 667.01 manat məbləği Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. (1550 manat-882.99 manat=667.01 manat) Cavabdeh O-AS-2023-2092 saylı, xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərməyimizə baxmayaraq tələb olunan 667.01 (altı yüz altmış yeddi manat bir qəpik) manat məbləğin ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. İddiaçı hesab edir ki, 667.01 (altı yüz altmış yeddi manat bir qəpik) manat məbləğində sığorta ödənişi Cavabdeh iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından olan: - xx.xx.2021-ci il tarixli “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortalanması” şəhadətnaməsindən görünür ki, "Opel Astra" markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. - İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş 123712 saylı xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1500 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh dəymiş zərərin 882.99 manat məbləğini "xxxx" Sığorta Şirkəti ASC ödəmişdir. Ödənişin qalan hissəsi isə 667.01 manat məbləği Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. - İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun sürətindən görünür ki, “Toyota Prius” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh AR İXM-nin 327.1-ci və 333.3-cü maddələri ilə təqsirli bilinmişdir. Beləliklə, “xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi "Toyota Prius" markalı, **- DX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Opel Astra" markalı, **-PF-***; "Toyota Corolla" markalı, **-AX-*** və "Kia Rio" markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalanmış "Opel Astra" markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş "Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə" hesabatından görünür ki, dəymiş zərərin məbləği 1650 manat müəyyən edilmişdir. "xxxx" Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq "Opel Astra" markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği çıxmaqla 1550 manat məbləğində sığorta ödənişi ödəmişdir. Cavabdeh təqsirli olduğu üçün tərəfindən idarə olunan "Toyota Prius" markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə sığortalamış sığortaçı "xxxx" Sığorta Şirkəti ASC subroqasiya qaydasında dəymiş zərərin 882.99 manat məbləğini "xxxx" Sığorta Şirkəti ASC ödəmişdir. Ödənişin qalan hissəsi isə 667.01 manat məbləği Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. (Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 667,1 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 667,1 manat vurulmuş zərər və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Sığorta Şirkəti ASC-nin hеsabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284- 6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdеh Cavabdeh 667,01 manat vurulmuş zərər və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin hеsabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar