Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6352/2023 26.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X2 ilə uşaq bir yaşına çatana kimi ananın iştirakı ilə hər həftənin şənbə günü 2 saat olmaqla atası Ərizəçi ilə görüş hüququnun təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi maraqlı şəxslə nikahlarını xx.xx.2021-ci il tarixdə rəsmi olaraq qeydiyyata aldırmışlar. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X2 adında övladları dünyaya gəlmişdir. Övladları hal- hazırda anasının yanındadır. Tərəflər bir müddət mehriban yaşasalar da sonradan ailə münasibətləri pozulmuşdur. Tərəflər bir-birlərini başa düşə bilmirdilər. Maraqlı şəxs ilkin mediasiya sessiyasında iştirak elədi və razılığa gələrək barışıq sazişi imzalandı. Barışıq sazişində- hər iki tərəf nikahın pozulmasına razıdır, uşağın ananın yanında qalması aliment xərcləri, cehiz əşyaları, uşaqla ünsiyyət tələbinə dair razılaşma imzalandı. Lakin, maraqlı şəxs ərizəçini övladı ilə ünsiyyətinə maneə yaradır. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranır Ərizəçinin nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək ərizənin təmin edilməsini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6046/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilərək, ərizəçi Maraqlı şəxs ilə maraqlı şəxs Ərizəçi arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi qeyd olunan şərtlərlə qismən təmin edilərək, Ərizəçi, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin iyun ayının 1-dən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti və uşaq üç yaşına çatana kimi hər ay 80 (səksən) manat maddi yardımı Maraqlı şəxs ödəmək barədə öhdəlik götürməsi qət edilmişdir. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 18 may 2023-cü il tarixdə MŞS/MT030/2023-01031 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılaşmışlar: Hər iki tərəf bir birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2021-ci il tarixli 17 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Maraqlı şəxs yanında yaşamasına razıdırlar. Ərizəçi, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin iyun ayının 1-dən başlayaraq hər ay 220 manat sabit pul məbləğində alimenti və uşaq üç yaşına çatana kimi hər ay 80 manat maddi yardımı Maraqlı şəxs ödəmək barədə öhdəlik götürür. Maraqlı şəxs, xx.xx.2023-cü il təvəllüdlü X1 atası Ərizəçi ilə (uşaq bir yaşına çatana kimi ananın iştirakı ilə) hər həftənin şənbə günü iki saat ərzində görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Tərəflər arasında xx.xx.2023-cü il təvəllüdlü X1 təhsili və dini etiqadı ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığı yoxdur. Mediasiya prosesində hər iki tərəf tərtib və təsdiq etdikləri siyahıda göstərilən Maraqlı şəxs məxsus şəxsi və cehiz əşyalarının nikahın pozulması barədə məhkəmə qətnaməsi qəbul edildikdən sonra bir ay ərzində Ərizəçi tərəfindən təhvil veriləcəyi barədə razılıq əldə etdilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında 18 may 2023-cü il tarixdə MŞS/MT030/2023-001031 nömrəli barışıq sazişi imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi qismən təsdiq edilsin. xx.xx.2023-cü il təvəllüdlü X2 ilə uşaq bir yaşına çatana kimi ananın iştirakı ilə hər həftənin şənbə günü 2 saat olmaqla atası Ərizəçi ilə görüş hüququ təsdiq edilsin. Qətnamə dərhal icra olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-6352/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6352/2023
26.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver