Məhkəmə qərarları › İş №e-2(060)-6378/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6378/2022

19.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6378/2022 19.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı köçürmə sənədinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması və sair tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mahmudov X1 Musa Xasay oğluna qarşı köçürmə sənədinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəflər arasında barışıq sazişi bağlandığından iddia tələbinə xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, Bakı şəhəri 54 saylı notariat ofisində tərəflər arasında bağlanmış və hər iki şəxs tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Sazişin predmeti: 1.1. Bu Saziş bu Tərəflər 2(060)-6378/2022 sayli mulki üzrə mübahisəni və ya qeyri-müəyyənliyi qarsiliqlı güzəştlər və danışıqlar yolu ilə hall edirlər.

2. Tərəflərın öhdəlikləri: 2.1: İddiaçı öhdəlikləri: 2.1.1. bu Sazişin 1.1-ci bəndində göstərilən mülki iş üzrə iddia tələbindən imtina etmək; 2.1.2. Cavabdeh ona qarşı verilmiş iddia ərizısində tələb olunan "HYUNDAİ SANTAFE” markalı, 2009-cu il buraxılışlı (1995CC DİESEL müəhərrikli, KMHSH81VP9U485275 şassi nömrəli) avtomobilin İddiaçı xeyrinə könüllü qaydada imtina edir. 2.1.3. Cavabdeh ona qarşı verilmiş iddia ərizısində tələb olunan "HYUNDAİ SANTAFE” markalı, 2009-cu il buraxılışlı (1995CC DİESEL- müehərrikli, KMNSH81VP9U485275 şassi nömrəli) avtomobilin İddiaçı xeyrinə rəsmiləşdirməsinə razılıq verir. 2.2: İddiaçı öhdəlikləri: 2.2.1. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli köçürmə sənədinin (İNVOİS-İN) etibarsız hesab olunması, xx.xx.2022-ci il tarixdə BANK KOOKMİN BANK OF KOREA (KB BANK) BANK ADRES:SONGDO STATİON BRANCH SWİFT KOD CODE: CZNBKRSEXXX ACCOUND NUMBER: 9009xx-xx-002083 NAME:AL RADWAN TRADİNG LTD hesaba 3500 dollar ödənilməklə alınmış 2009-cu il buraxılışlı HYUNDAİ SANTAFE markalı avtomobilə İddiaçı mülkiyyət hüququnun tanınması və həmin avtomobilin İddiaçı təhvil verilməsi barədə iddia tələbindən imtina edir və işin icraatina xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir. 2.2.2. Cavabdeh barəsində müvafiq dövlət və ya qeyri-dövlət orqanlarına həqiqətə uyğun olmayan, onun işgüzar nüfuzuna zərər vuran har hansı müraciətlər (şikayət, ərizələr və.s) etməmək. 2.3 Tərəflər bu Sazişin şərtlərini icra etdikden sonra, gələcəkdə bu Sazişnin 2.1-ci bəndində göstərilən mübahisə barədə iddia tələbi ilə məhkəməyə müraciət etməyəcəklərinə dair öz üzərlərinə öhdəlik götürürlər. Əgər tərəflərdən hər hansı biri bu öhdəliyə əməl etməzsə ve məhkəməyə müraciət edərsə bu zaman digər tərəf işin icraatina xitam verilməsini tələb etmək hüququna malik olur.

3. Yekun müddəalar: 3.1. Bu Saziş bu Sazişin 2.1-ci bəndində göstərilənlər 2(060)-6378/2022 saylı mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. 3.2. Bu Saziş sazişin 2.1.2-ci və 2.1.3-cü bəndində gəstərilən nəqliyyat vasitəsinə (avtomobilə) müvafiq dövlət orqanında qeydiyyata düşməsi üçün, həmçinin mülkiyyət hüququ verən texniki pasportun alınması üçün əsasdır. 3.3. Tərəflər arasında baglanılmış barışıq razılaşması məhkəmə qərardadı əsasında təsdiq edildikdən sonra İddiaçı və Cavabdeh arasında məhkəmədə mövcud olmuş mübahisəyə xitam verilir. 3.4. Tərəflər bu Sazişin bütün şərtlərinə əməl etdikdən sonra bir-birinə qarşı bu Sazişin 2.1-ci bəndində göstərilən mülki iş barədə hər hansı bir məhkəmədə iddia tələbi irəli sürməyəcək ve digər mübahisələrə dair icraat başlanılması haqqında ərizə, vəsatət və şikayət verməyəcəklər. Tərəflərin hər hansı biri belə hərəkətlərə yol versələr, digər tərəf bu Sazişə istinadən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla ərzənin geri qaytarılması, ərizənin baxılmamış saxlanmasi va ya icraata xitam verilməsi tələbini irəli sürə bilər. 3.5. Bu Sazişin qüvvəsi ondan ibarətdir ki, tərəflər mübahisəli va ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi bu Sazişə əsasən istisna edilir və huquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu Sazişdə təsbit edilənlər etibarlı olur. 3.6. Bu Saziş bağlandığı və notariat qaydasında təsdiq edildiyi andan qüvvəyə minir. AR MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. AR MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Mülki iş materiallarından görünür ki, hazırki iddiaya görə 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh qarşı köçürmə sənədinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması və sair tələbinə dair mübahisə üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1.1. Sazişin predmeti: 1.1. Bu Saziş bu Tərəflər 2(060)-6378/2022 sayli mulki üzrə mübahisəni və ya qeyri-müəyyənliyi qarsiliqlı güzəştlər və danışıqlar yolu ilə hall edirlər.

2. Tərəflərın öhdəlikləri: 2.1: İddiaçı öhdəlikləri: 2.1.1. bu Sazişin 1.1-ci bəndində göstərilən mülki iş üzrə iddia tələbindən imtina etmək; 2.1.2. Cavabdeh ona qarşı verilmiş iddia ərizısində tələb olunan "HYUNDAİ SANTAFE” markalı, 2009-cu il buraxılışlı (1995CC DİESEL müəhərrikli, KMHSH81VP9U485275 şassi nömrəli) avtomobilin İddiaçı xeyrinə könüllü qaydada imtina edir. 2.1.3. Cavabdeh ona qarşı verilmiş iddia ərizısində tələb olunan "HYUNDAİ SANTAFE” markalı, 2009-cu il buraxılışlı (1995CC DİESEL- müehərrikli, KMNSH81VP9U485275 şassi nömrəli) avtomobilin İddiaçı xeyrinə rəsmiləşdirməsinə razılıq verir. 2.2: İddiaçı öhdəlikləri: 2.2.1. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli köçürmə sənədinin (İNVOİS-İN) etibarsız hesab olunması, xx.xx.2022-ci il tarixdə BANK KOOKMİN BANK OF KOREA (KB BANK) BANK ADRES:SONGDO STATİON BRANCH SWİFT KOD CODE: CZNBKRSEXXX ACCOUND NUMBER: 9009xx-xx-002083 NAME:AL RADWAN TRADİNG LTD hesaba 3500 dollar ödənilməklə alınmış 2009-cu il buraxılışlı HYUNDAİ SANTAFE markalı avtomobilə İddiaçı mülkiyyət hüququnun tanınması və həmin avtomobilin İddiaçı təhvil verilməsi barədə iddia tələbindən imtina edir və işin icraatina xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir. 2.2.2. Cavabdeh barəsində müvafiq dövlət və ya qeyri-dövlət orqanlarına həqiqətə uyğun olmayan, onun işgüzar nüfuzuna zərər vuran har hansı müraciətlər (şikayət, ərizələr və.s) etməmək. 2.3 Tərəflər bu Sazişin şərtlərini icra etdikden sonra, gələcəkdə bu Sazişnin 2.1-ci bəndində göstərilən mübahisə barədə iddia tələbi ilə məhkəməyə müraciət etməyəcəklərinə dair öz üzərlərinə öhdəlik götürürlər. Əgər tərəflərdən hər hansı biri bu öhdəliyə əməl etməzsə ve məhkəməyə müraciət edərsə bu zaman digər tərəf işin icraatina xitam verilməsini tələb etmək hüququna malik olur.

3. Yekun müddəalar: 3.1. Bu Saziş bu Sazişin 2.1-ci bəndində göstərilənlər 2(060)-6378/2022 saylı mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. 3.2. Bu Saziş sazişin 2.1.2-ci və 2.1.3-cü bəndində gəstərilən nəqliyyat vasitəsinə (avtomobilə) müvafiq dövlət orqanında qeydiyyata düşməsi üçün, həmçinin mülkiyyət hüququ verən texniki pasportun alınması üçün əsasdır. 3.3. Tərəflər arasında baglanılmış barışıq razılaşması məhkəmə qərardadı əsasında təsdiq edildikdən sonra İddiaçı və Cavabdeh arasında məhkəmədə mövcud olmuş mübahisəyə xitam verilir. 3.4. Tərəflər bu Sazişin bütün şərtlərinə əməl etdikdən sonra bir-birinə qarşı bu Sazişin 2.1-ci bəndində göstərilən mülki iş barədə hər hansı bir məhkəmədə iddia tələbi irəli sürməyəcək ve digər mübahisələrə dair icraat başlanılması haqqında ərizə, vəsatət və şikayət verməyəcəklər. Tərəflərin hər hansı biri belə hərəkətlərə yol versələr, digər tərəf bu Sazişə istinadən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla ərzənin geri qaytarılması, ərizənin baxılmamış saxlanmasi va ya icraata xitam verilməsi tələbini irəli sürə bilər. 3.5. Bu Sazişin qüvvəsi ondan ibarətdir ki, tərəflər mübahisəli va ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi bu Sazişə əsasən istisna edilir və huquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu Sazişdə təsbit edilənlər etibarlı olur. 3.6. Bu Saziş bağlandığı və notariat qaydasında təsdiq edildiyi andan qüvvəyə minir. xx.xx.2022-ci il tarixdə ********* №-li qəbzlə ödənilmiş 80 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar.

Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar