Məhkəmə qərarları › İş №e-2(060)-6395/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6395/2025

27.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6395/2025 27.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lada 22140 ” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2900 manat məbləğində dəymiş zərər və ödənilmiş 49 manat dövlət rüsumu və 0.4 qəpik məbləğində bank xidməti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən sürücülük vəsiqəsi olmadan idarə olunan “Mercedes Benz E230” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Lada 22140” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən“Mercedes Benz E230” markalı ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Hüseynov Tural Nazim oğlu İDXM-nin 332.4cümaddəsi ilə təqsirli bilinmiş,həmçinin TP ******* saylı X5 Haqqında Qərara və İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən, hadisənin baş verməsində “Mercedes Benz E230” markalı ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2 İXM-nin 335.1-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin tərəflərin polis orqanlarına verdikləri izahatlarda da bu fakt təsdiq olunur. Həmçinin iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin İş № 3 (060)-2711/2024 saylı , 11 fevral 2025-ci il tarixli Qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi Hüseynov Tural Nazim oğlunun idarə etdiyi “Mercedes Benz E230” markalı ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cüil tarixli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatdan da göründüyü kimi “Lada 22140” markalı ** RC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin servis mərkəzində ilkin texniki baxış zamanı 2900 (iki min doqquz yüz ) AZN dəyərində ehtiyyat hissələrinin dəyişdirilməsinə zərurət yaranmış, habelə “Lada 22140” markalı ** RC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2900 (iki min doqquz yüz ) AZN məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, 135384 saylı sığorta aktı əsasında iş materiallarına əlavə edilmiş xx.xx.2024-cüil tarixli REF № **********5/908672074 saylı ödəniştapşırığına əsasən 2900 AZN (iki min doqquz yüz manat) sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi ilə əlaqədar Hüseynov Tural Nazim oğluna və Cavabdeh2 oğluna qarşı subroqasiya hüquqları yaranmışdır. Hüseynov Tural Nazim oğlu sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes Benz E230” markalı ** CG *** dövlət qeydiyyat nişanlı, Cavabdeh2 oğluna məxsus nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı tərəf "xxxx" ASC hesab edir ki, “Mercedes Benz E230” markalı ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 və həmin avtomobilin sahibi Cavabdeh2 mülki cavabdehlər hesab edilməlidir. Hər iki cavabdehə Atəşgah SŞ-i tərəfindən pritenziya göndərilmişdir. Bu səbəbdən hesab edirik ki, 2900 AZN (iki min doqquz yüz manat) pul cavabdehlər Hüseynov Tural Nazim oğlundan və Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli Sığorta Aktının surətindən görünür ki, “Mercedes Benz E230” markalı, Cavabdeh2 məxsus avtomobil 55000 manat məbləğədək xx.xx.2023-xx.xx.2024-cü il tarix aralığı üçün icbari sığorta edilmişdir. xx.xx.2024-cü il tarixdə həmin avtomobil “Lada 22140” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. , “Lada 22140 ” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində 2900 manat məbləğində zərər dəymişdir. Faydalanan şəxs X3 müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli Ref № **********5/908672074 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən faydalanan şəxs olan X1 hesabına 2900 manat məbləğində zərərin əvəzi ödənilmişdir. xx.xx.2024-cü il tarixli TP ******* saylı X5 haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 İXM-in 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə tələbi məhkəməyə qədər ödəməsi qaydasında xəbərdarlıq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01.30 dəqiqədə Sahil küçəsi yol nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən idarə olunan “Mercedes Benz E230” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Lada 22140” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti avtomobilə görə ödədiyi pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, inzibati xəta haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə X2 məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2900 manat məbləğində vurulmuş zərər, ödənilmiş 49 manat dövlət rüsumu və 0.40 qəpik məbləğində bank xidmətinin əvəzi tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Lada 22140” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2900 manat məbləğində dəymiş zərər, 49 manat dövlət rüsumu və 0.40 qəpik məbləğində bank xidmətinin əvəzi tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361- 363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar