Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-641/2023 27.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xurrəm oğlu və Bakı XXİ BM MTK-ya qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 Xurrəm oğlu arasında, Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilin, alqı satqına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması, iddiaçının Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə dair 2/3 hissədə pay haqqının tanınması, Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə köçürülməsi və iddiaçı tərəfindən ödənilmiş 100.40 (50 man mediasiya+50.40 manat dövlət rüsumu) manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Cavabdeh1 X3 və X5 minimal aylıq xərclərinin ödənilməsi üçün minimal 220 manat aliment müəyyən edilməklə ümumilikdə 440 manat tutularaq və iddiaçıya ödənilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 Xurrəm oğlu arasında Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilin, alqı satqına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması, Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə dair 2/3 hissədə pay haqqının tanınması, Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə köçürülməyi və tərəfindən ödənilmiş 100.40 (50 man mediasiya+50.40 manat dövlət rüsumu) manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh1 X3 və X5 minimal aylıq xərclərinin ödənilməsi üçün minimal 220 manat aliment müəyyən edilməklə ümumilikdə 440 manat tutularaq və iddiaçıya ödənilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 Xurrəm oğlu arasında Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilin, alqı satqına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması, Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə dair 2/3 hissədə pay haqqının tanınması, Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə köçürülməyi və tərəfindən ödənilmiş 100.40 (50 man mediasiya+50.40 manat dövlət rüsumu) manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia tələbində texniki səhv olaraq aliment tələbinin təmin olunması da qeyd olunmuşdur. Ağsu rayon Məhkəməsində nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsinə baxılmış və qətnamə çıxarılmışdır. Bu səbəbdən iddia ərizəsinin aliment tələbinin hissəsinin texniki səhv kimi qiymətləndirilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1995-ci ildə Ağsu şəhərində anadan olmuşdur. xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh1 ilə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Əsra, xx.xx.2019-cu ildə Tuqay adlı iki uşaqları anadan olmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olsa da, son illər cavabdeh başqa bir qadın ilə faktiki yaşadığından, ailəyə baxmadığından münasibətləri gərginləşmiş və pisləşmişdir. Birgə nikah dövründə bir neçə daşınmaz əmlak, o cümlədən Sumqayıt şəhəri, 16-cı mkr. ünvanda yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbədə, iki otaqlı mənzil almışlar və həmin mənzil birgə nikah dövründə qazanılmış pul hesabına tam təmir etmişlər. Aralarında olan nikahın pozulması, uşaqların iddiaçının yanında saxlanılması, aliment və birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair iddia qaldırmışdır. Cavabdeh1 müqavilə əsasında aldıqları və təmir etdikləri mənzilərini iddiaçının razılığı olmadan satıb mənimsəmək istəyir. Ona görə də Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbədə, iki otaqlı mənzilin üzərinə həbs qoyulması üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilmiş, Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbədə, iki otaqlı mənzilin üzərinə həbs qoyulmuşdur. Mənzilin üzərinə həbs qoyulması icra olunarkən ona məlum olmuşdur ki, iddiaçının razılığı olmadan cavabdeh birgə əmlaklarını Cavabdeh2 satmışdır. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 ilə Cavabdeh2 ilə öz aralarında alqı-satqı etmiş və pay haqqının tam ödənilməsinə dair maliyyə arayışı verilmişdir. İddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xurrəm oğlu və Bakı XXİ BM MTK-ya qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarına qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər 26 sentyabr 2014-cü il tarixdə nikaha daxil olmuş, bu nikahdan 15 iyul 2015-ci il təvəllüdlü X10 və 03 avqust 2019-cu il təvəllüdlü X8 adında uşaqları doğulmuşdur. İş materiallarında olan xx.xx.2017-cı il tarixli “Mənzilin Tikintisi haqqında müqaviləsi”nin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” Səmədov Fərid Rəşid oğlu Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 219 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhəri, İsmət Qayıbov, 16-cı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 7-ci blokun, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 71 kv.m olan 2 otaqdan ibarət 88 nömrəli mənzili tikərək “Payçı” Cavabdeh1 təhvil verməyi öz öhdəsinə götürür. İşdə olan Cavabdeh1 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixli, müqaviləyə əsasən mülkiyyətində olan ünvan 3 ünvanında inşa edilən “ünvan 4əxsus ümumi sahəsi 71 kv.m olan 1-ci blokun 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 88 saylı mənzildən və pay hüququndan imtina edir. Həmin pay hüquqlarının satılmasına və digər şəxsin adına keçirilməsinə etirazı yoxdur. İşdə olan xx.xx.2022-cı il tarixli “Mənzilin Tikintisi haqqında müqaviləsi”nin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” Səmədov Fərid Rəşid oğlu Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 219 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhəri, İsmət Qayıbov, 16-cı mikrorayon ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blokun, 17/13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 69.42 kv.m olan 2 otaqdan ibarət 88 nömrəli mənzili tikərək “Payçı” Cavabdeh2 təhvil verməyi öz öhdəsinə götürür. İşə əlavə olan "xxxx" MTK-nin xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binası "xxxx" MTK-yə məxsusdur. Binanın 1-ci giriş 17/13 mərtəbəsində, ümumi sahəsi 69.42 kv.m olan 2 otaqlı, 88 saylı mənzilin pay dəyərindən 50400 (əlli min dörd yüz) manat payçı Cavabdeh2 Xurram oğlu tərəfindən ödənilmişdir. İşdə olan Ağsu Rayon Məhkəməsinin 2(016)-133/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə Ağsu rayon Qeydiyyat şöbəsində 319 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X8 anaları İddiaçı yanında qalmaları, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh1 12 dekabr 2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat məbləğində alimentin, cəmi 340 (üç yüz qırx) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2022-ci il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X7 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyaı vardır. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılğı ilə həyata keçirilir və əmlaka dair sərənxam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontarktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qayramağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüşçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadln əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 33.1.Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 33.1. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabət bölməyə bilər. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ərarvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclası müəyyən edildi ki, tərəflər arasında 14 sentyabr 2022-ci il tarixdə bağlanmış müşavilə qanunun tələblərinə zidd bağlanmışdır, cavabdehlər tərəfindən yuxarıda göstərilən qanunun tələbləri pozulmuşdur və iddiaçının mübahisəli olan mənzildə əldə edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, hesab edir ki, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 Xurrəm oğlu arasında Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilin, alqı satqına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab olunmalı, İddiaçı Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə dair 1/2 hissədə pay haqqı tanınmalı, Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş üzrə ödənilmiş 50 (əlli) manat 40 (qırx) qəpik dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı XXİ-BM MTK-dan müştərək qaydada alınaraq iddiaçı N.İddiaçı ödəniləməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 Xurrəm oğlu arasında Sumqayıt şəhəri, 16cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilin, alqı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab olunsun. İddiaçı Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə dair pay haqqı 1/2 hissədə tanınsın. İddiaçı Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsi, Nur şadlıq evi ilə üzbəüz yerləşən “Panorama SİTY” çoxmərtəbəli yaşayış binasının 12/13-cü mərtəbədə yerləşən, 69 kv.metr, iki otaqlı, 88 saylı mənzilinə köçürülsün. İş üzrə ödənilmiş 50 (əlli) manat 40 (qırx) qəpik dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xurrəm oğlu və Bakı XXİ-BM MTK-dan müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-641/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-641/2023
27.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver