Məhkəmə qərarları › İş №e-2(060)-6552/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6552/2024

09.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6552/2024 09.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili Vəkil və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında 13 Saylı Mediasiya təşkilatında bağlanmış MŞB/13/2024-00635 saylı, 14 may 2024-cü il tarixli barışıq Sazişinin 4-cü bəndində nəzərdə tutulmuş razılaşmanın məcburi icra edilməsi üçün təsdiqi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Vəkil ərizəyə dəqiqləşmə verərək, Ərizəçi ilə Maraqlı şəxs arasında 13 Saylı Mediasiya təşkilatında bağlanmış MŞB/13/2024-00635 saylı, 14 may 2024-cü il tarixli barışıq Sazişinin 4-cü və 7-ci bəndlərində nəzərdə tutulmuş razılaşmanın məcburi icra edilməsi üçün təsdiqi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı 3 övladları dünyaya gəlmişdir. Maraqlı şəxs ərizəçiyə qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak” tələbi barədə mediasiyaya müraciət etmişdir. 13 saylı Mediasiya Təşkilatında tərtib olunan MŞB/13/2024-00635 saylı, 14 may 2024-cü il tarixli barışıq sazişinə əsasən: 1) 1. Tərəflər razılaşır ki, xx.xx.2012-ci il tarixində Səadət sarayında (Bakı Nikah Evi) bağladıqları, 1985 sayı ilə qeydə alınan nikahı məhkəmədə barışıq üçün vaxt verilmədən pozsunlar. 2. Tərəflər razılaşır ki, birgə nikahdan anadan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi 1-ci tərəf Maraqlı şəxs yanında, himayəsində saxlanılır. 3. Tərəflər razılaşır ki, birgə nikahdan anadan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2-ci tərəf Ərizəçi hər ay əmək haqqinin 50 %-i miqdarında alimenti 1-ci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixindən etibarən hər ayın 01-10- aralığında ödəyir. 4. Tərəflər razılaşır ki, birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 36, 38, mənzil 1513 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 1-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli mənzilə olan pay hüququndan 2-ci tərəf Ərizəçi və 1-ci tərəf Maraqlı şəxs, Mələk Ərizəçi, Minanur Ərizəçi və X13 Mehmet oğlunun xeyrinə imtina edir. Tərəflər razılaşır ki, bu müqavilənin 4- cü bəndində qeyd edilmiş əmlak gələcəkdə heç bir halda girov qoyula və ya başqa formada yüklü edilə bilməz. 5. Tərəflər razılaşır ki, birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri Türkiyə Cümhuriyyəti, Aydin, Çine ilçesi Cumhuriyyet mahallesi, Zirve konutları 61 ada 35 nömrəli parsel D blok No11 ünvanında yerləşən, 2-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan əmlak 2-ci tərəf Ərizəçi mülkiyyətində qalır və 1-ci tərəf Maraqlı şəxs öz payından 2-ci tərəf Ərizəçi xeyrinə imtina edir. 6. Tərəflər razılaşır ki, birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri ünvan 2 ünvanında yerləşən 1-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli mənzilə olan pay hüququndan 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi üçüncü şəxs olan Taleh Heydərovun xeyrinə imtina edirlər və həmin əmlakı Taleh Heydərovun mülkiyyətinə verməyi öz öhdəliklərinə götürürlər. Tərəflər razılaşır ki, birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri 1ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan **-ZE-*** dövlət qeydiyyat nişanlı, 1993 buraxılış ili, yaşıl rəngli MAZ 9397 YARİMQOŞQU markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı, 2003 buraxılış ili olan nəqliyyat vasitəsindən və qoşqusundan 2-ci tərəf Ərizəçi öz payından 1-ci tərəf Maraqlı şəxs xeyrinə imtina edir. Tərəflər razılaşır ki, bu müqavilənin 7ci bəndində qeyd edilmiş əmlak gələcəkdə heç bir halda girov qoyula və ya başqa formada yüklü edilə bilməz, həmin əmlakın icrarəsindən və ya satışından əldə olunan gəlir Mələk Ərizəçi, Minanur Ərizəçi və X13 Mehmet oğlunun adlarına bankda açılmış hesaba köçürüləcəkdir. 8. Tərəflər razılaşır ki, birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri və 1-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan **-GY-*** dövlət qeydiyyat nişanlı, 2008 buraxılış ili, gümüşü rəngli Toyota Hilux markalı, olan nəqliyyat vasitəsindən 1-ci tərəf Maraqlı şəxs öz payından 2-ci tərəf Ərizəçi xeyrinə imtina edir və onun mülkiyyətinə verməyi öz öhdəliyinə götürür. 9. Tərəflər razılaşır ki, birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri **-CH-*** dövlət qeydiyyat nişanlı, 2006 buraxılış ili və açıq boz rəngli KAMAZ 53229 XÜSUSİ, TƏYİNATLİ AVTOKRAN olan pay hüququndan 1ci tərəf Maraqlı şəxs, 2-ci tərəf Ərizəçi xeyrinə imtina edir və həmin əmlakı onun mülkiyyətinə veriməyi öz öhdəsinə götürür. 10. 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi aralarında olan mübahisə ilə bağlı polisə verdiyi bütün şikayətlərini geri götürlər o cümlədən Bakı şəhəri Nərimanov rayon Polis idarəsində və bölmələrində olan cinayət işləri ilə bağlı bütün mübahisələr üzrə barışmalarını həmin işlər üzrə üzrə vurulmuş ziyanın ödənildiyini təstiq edirlər. 11. 2-ci tərəf Ərizəçi və 1-ci tərəf Maraqlı şəxs nikah dövründə barələrində əldə etdikləri məlumatları o cümlədən nikahdan sonra bir birinə dair fərdi məlumatları, şərəf, ləyaqəti alçaldan, işgüzar nüfuzunun poza biləcək hər hansı məlumatların paylaşmamasını öz öhdələrinə götürürlər, bu bənd pozularsa tərəf məhkəməyə müraciət edəcək. 12. Tərəflər razılaşır ki, aralarında razılaşdıqları şərtlər pozulduğu halda, şərtləri pozan tərəf digər tərəfə 50 000 (beş yüz min) manat məbləğində təzminat ödəyəcək. 13. Tərəflər razılaşır ki, 1-ci tərəf Maraqlı şəxs 70000 manat pul tələbi ilə bağlı şikayətini geri götürür və 70000 manat pul məbləğinin 2-ci tərəf Ərizəçi tələb etmir, həmin məbləği ona bağışlayır. 14. Tərəflər razılaşır ki, 1-ci tərəf Maraqlı şəxs məxsus qızıl zinyət əşyaları olan qızıl Qolbaq 18 qram, qızıl qolbaq 15 qram, qızıl boyunbağı 20 qram çəkisinə malik olan əşyaların əvəzi olaraq 2-ci tərəf Ərizəçi 1-ci tərəf Maraqlı şəxs 3 ay ərzində hissə-hissə olmaqla 5000 manat ödəyəcək. 15. Tərəflər razılaşır ki, hazırki razılaşma üzrə razılıq əldə edildiyindən hər iki tərəf həm Azərbaycan Respublikasında həmdə Türkiyə Respublikasında birgə nikah dövründə əldə edilmiş əmlaklara, pul və qiymətli kağızlarla bağlı öz tələblərində imtina edirlər. Maraqlı şəxs ilə Barışıq sazişinin olmasına baxmayaraq hələ də bu barışıq sazişinin 4-cü və 7-ci bəndlərində nəzərdə tutulmuş hissəni yerinə yetirməkdən yayınır və öz öhdəsinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Bu səbəbdən Barışıq sazişində göstərilən şərtlərə əməl etmədiyinə görə aralarında yaranmış mübahisənin məhkəmə qaydasında həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirmək istərdi ki, daimi yaşayış icazəsi ilə hazırda Sumqayıt şəhəri, 6 MKR, Bina 29 ünvanında yaşayır. Məhkəmədə Ərizəçi və nümayəndəsi eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə Maraqlı şəxs barışıq sazişində qeyd olunan 4 və 7-ci bəndlərinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə tərəfləri və nümayəndəni dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2424/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında xx.xx.2012-ci il tarixdə Bakı Nikah evində 1985 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Ərizəçi ilə TamanVüsalə Mübariz qızı arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 14 may 2024-cü il tarixdə MŞB/13/2024- 00635 nömrəli barışıq sazişindən görünür ki, tərəflər razılaşır ki, xx.xx.2012-ci il tarixində Səadət sarayında (Bakı Nikah Evi) bağladıqları, 1985 sayı ilə qeydə alınan nikahı məhkəmədə barışıq üçün vaxt verilmədən pozsunlar. 2. Tərəflər razılaşır ki, birgə nikahdan anadan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi 1-ci tərəf Maraqlı şəxs yanında, himayəsində saxlanılır. 3. Tərəflər razılaşır ki, birgə nikahdan anadan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2-ci tərəf Ərizəçi hər ay əmək haqqinin 50 %-i miqdarında alimenti 1-ci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixindən etibarən hər ayın 01-10- aralığında ödəyir. 4. Tərəflər razılaşır ki, birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 36, 38, mənzil 1513 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 1-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli mənzilə olan pay hüququndan 2-ci tərəf Ərizəçi və 1-ci tərəf Maraqlı şəxs, Mələk Ərizəçi, Minanur Ərizəçi və X13 Mehmet oğlunun xeyrinə imtina edir. Tərəflər razılaşır ki, bu müqavilənin 4- cü bəndində qeyd edilmiş əmlak gələcəkdə heç bir halda girov qoyula və ya başqa formada yüklü edilə bilməz. 5. Tərəflər razılaşır ki, birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri Türkiyə Cümhuriyyəti, Aydin, Çine ilçesi Cumhuriyyet mahallesi, Zirve konutları 61 ada 35 nömrəli parsel D blok No11 ünvanında yerləşən, 2-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan əmlak 2-ci tərəf Ərizəçi mülkiyyətində qalır və 1-ci tərəf Maraqlı şəxs öz payından 2-ci tərəf Ərizəçi xeyrinə imtina edir. 6. Tərəflər razılaşır ki, birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri ünvan 2 ünvanında yerləşən 1-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli mənzilə olan pay hüququndan 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi üçüncü şəxs olan Taleh Heydərovun xeyrinə imtina edirlər və həmin əmlakı Taleh Heydərovun mülkiyyətinə verməyi öz öhdəliklərinə götürürlər. Tərəflər razılaşır ki, birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri 1-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan **-ZE-*** dövlət qeydiyyat nişanlı, 1993 buraxılış ili, yaşıl rəngli MAZ 9397 YARİMQOŞQU markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı, 2003 buraxılış ili olan nəqliyyat vasitəsindən və qoşqusundan 2-ci tərəf Ərizəçi öz payından 1-ci tərəf Maraqlı şəxs xeyrinə imtina edir. Tərəflər razılaşır ki, bu müqavilənin 7-ci bəndində qeyd edilmiş əmlak gələcəkdə heç bir halda girov qoyula və ya başqa formada yüklü edilə bilməz, həmin əmlakın icrarəsindən və ya satışından əldə olunan gəlir Mələk Ərizəçi, Minanur Ərizəçi və X13 Mehmet oğlunun adlarına bankda açılmış hesaba köçürüləcəkdir.

8. Tərəflər razılaşır ki, birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri və 1-ci tərəf Maraqlı şəxs adına rəsmi qeydiyyatda olan **-GY-*** dövlət qeydiyyat nişanlı, 2008 buraxılış ili, gümüşü rəngli Toyota Hilux markalı, olan nəqliyyat vasitəsindən 1-ci tərəf Maraqlı şəxs öz payından 2-ci tərəf Ərizəçi xeyrinə imtina edir və onun mülkiyyətinə verməyi öz öhdəliyinə götürür. 9. Tərəflər razılaşır ki, birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri **-CH-*** dövlət qeydiyyat nişanlı, 2006 buraxılış ili və açıq boz rəngli KAMAZ 53229 XÜSUSİ, TƏYİNATLİ AVTOKRAN olan pay hüququndan 1-ci tərəf Maraqlı şəxs, 2-ci tərəf Ərizəçi xeyrinə imtina edir və həmin əmlakı onun mülkiyyətinə veriməyi öz öhdəsinə götürür. 10. 1-ci tərəf Maraqlı şəxs və 2-ci tərəf Ərizəçi aralarında olan mübahisə ilə bağlı polisə verdiyi bütün şikayətlərini geri götürlər o cümlədən Bakı şəhəri Nərimanov rayon Polis idarəsində və bölmələrində olan cinayət işləri ilə bağlı bütün mübahisələr üzrə barışmalarını həmin işlər üzrə üzrə vurulmuş ziyanın ödənildiyini təstiq edirlər. 11. 2-ci tərəf Ərizəçi və 1-ci tərəf Maraqlı şəxs nikah dövründə barələrində əldə etdikləri məlumatları o cümlədən nikahdan sonra bir birinə dair fərdi məlumatları, şərəf, ləyaqəti alçaldan, işgüzar nüfuzunun poza biləcək hər hansı məlumatların paylaşmamasını öz öhdələrinə götürürlər, bu bənd pozularsa tərəf məhkəməyə müraciət edəcək. 12. Tərəflər razılaşır ki, aralarında razılaşdıqları şərtlər pozulduğu halda, şərtləri pozan tərəf digər tərəfə 50 000 (beş yüz min) manat məbləğində təzminat ödəyəcək. 13. Tərəflər razılaşır ki, 1-ci tərəf Maraqlı şəxs 70000 manat pul tələbi ilə bağlı şikayətini geri götürür və 70000 manat pul məbləğinin 2-ci tərəf Ərizəçi tələb etmir, həmin məbləği ona bağışlayır. 14. Tərəflər razılaşır ki, 1-ci tərəf Maraqlı şəxs məxsus qızıl zinyət əşyaları olan qızıl Qolbaq 18 qram, qızıl qolbaq 15 qram, qızıl boyunbağı 20 qram çəkisinə malik olan əşyaların əvəzi olaraq 2-ci tərəf Ərizəçi 1-ci tərəf Maraqlı şəxs 3 ay ərzində hissə-hissə olmaqla 5000 manat ödəyəcək. 15. Tərəflər razılaşır ki, hazırki razılaşma üzrə razılıq əldə edildiyindən hər iki tərəf həm Azərbaycan Respublikasında həmdə Türkiyə Respublikasında birgə nikah dövründə əldə edilmiş əmlaklara, pul və qiymətli kağızlarla bağlı öz tələblərində imtina edirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında 14 may 2024-cü il tarixdə MŞB/13/2024-000635 nömrəli barışıq sazişi imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “MŞB/13/2024-00635 saylı, 14 may 2024-cü il tarixli barışıq Sazişinin 4-cü və 7-ci bəndlərində nəzərdə tutulmuş razılaşmanın məcburi icra edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizəçi ilə Maraqlı şəxs arasında 13 Saylı Mediasiya təşkilatında bağlanmış MŞB/13/2024-00635 saylı, 14 may 2024-cü il tarixli barışıq Sazişinin 4-cü və 7-ci bəndlərində nəzərdə tutulmuş razılaşmanın məcburi icra edilməsi üçün təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar