Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6575/2022 22.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh dəyəri 3000 manat olan qızıl-zinyət əşyalarının və ya həmin qızıl-zinyət əşyaları mövcud olmadığı təqdirdə 2865 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tanışıdır. O, xx.xx.2022-ci ildə alver etmək məqsədi ilə iddiaçıdan dəyəri 3000 manat məbləğində olan qızıl–zinyət əşyalarını almış və xeyli məbləğdə qazanc əldə etmişdir. O gündən bu günə kimi Cavabdeh 3000 manatdan 135 manat pul qaytarmış və hal-hazırda 2865 manatı geri qaytarmaqdan yayınır. Bununla bağlı Sumqayıt şəhər Polis İdarəsi 1-ci PB-nə müraciət etsə də, iddiaçıya ünvanlanmış məktubda ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilməsinin məqsədə müvafiq olduğu qeyd olunmuşdur. Ona görə də hazırda əmlak tələbi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini medafiə edərək bildirdi ki, cavabdeh məhkəmə iclası barədə xəbərdardır, lakin bilərəkdən məhkəmə iclasına gəlməkdən yayınır. Cavabdeh xx.xx.2022-ci il tarixdə ticarətlə məşğul olmaq məqsədilə iddiaçıdan 3000 manat dəyəri olan qızıl-zinyət əşyası almış və xeyli qazanc əldə etmişdir. Həmin vaxtdan bugünə kimi cavabdeh 3000 manatdan 135 manat pul qaytarmış, yerdə qalan 2865 manatı isə geri qaytarmamışdır. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının Sumqayıt ŞPİ-nin 1-ci PB-nə daxil olmuş ərizəsində göstərilən xüsusatlar mülki xarakter daşıdığından məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq olduğu qeyd edilmişdir. - iddiaçı tərəfindən cavabdehlə onun arasında olan WhatsApp yazışmaları kimi təqdim edilmiş fotoşəkillərdən görünür ki, cavabdeh iddiaçıya borcu olmasını etiraf edir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, iddiaçı cavabdehə 3000 manat dəyərində məhsulu pərakəndə ticarətlə məşğul olması məqsədilə vermiş, cavabdeh aldığı həmin məhsulun dəyərini ödəməkdən yayınmışdır. 3000 manat dəyərində qızıl-zinyət əşyaları üçün cavabdeh iddiaçıya cəmi 135 manat ödəniş etmiş, 2865 manat borcu yaranmışdır. İddiaçı iddia tələbini müdafiə edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.4-ci maddəsinə əsasən- Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən - Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən - Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən - Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh aldığı məhsulun dəyərini ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. İddiaçı iddia tələbində 3000 manat dəyərində qızıl-zinyət əşyasının özünü və ya onun cavabdeh tərəfindən ödəniş edilən 135 manat nəzərə alınmaqla 2865 manat dəyərini cavabdehdən tələb edir. Cavabdeh nisyə aldığı malın 3000 manat dəyərindən 135 manat ödəniş etdiyindən qalan 2865 manat borc yaranmışdır. Həmin borcdan ödəniş edildiyinə görə məhsulun özünün tam həcmdə geri qaytarılması yolverilməzdir. Ona görə də iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 2865 manat dəyərində qızılzinyət əşyaları və ya həmin qızıl-zinyət əşyaları mövcud olmadığı təqdirdə 2865 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. 2865 manat dəyərində qızıl-zinyət əşyaları və ya həmin qızıl-zinyət əşyaları mövcud olmadığı təqdirdə 2865 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-6575/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6575/2022
22.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver