Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-673/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclasının katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 və nümayəndəsi və Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «vurulmuş maddi ziyan məbləğinin ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4052.97 manat maddi ziyan, ödənilmiş 61 manat dövlət rüsumu olmaqla, cəmi 4113.97 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Sumqayıt şəhərinin 12-ci mikrorayonu ərazisində yerləşən 6 saylı binanın zirzəmisində yerləşən sahəsi 86 kvadrat metr olan qeyri-yaşayış sahəsini anbar olaraq X4 ilə bağlanmış icarə müqaviləsinə əsasən icarəyə götürmüşdür. Anbarı icarəyə götürdükdən sonra iddiaçıya məlum olmuşdur ki, zirzəminin üst mərtəbəsində yerləşən mənzilin sahibləri olan Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 ilə zirzəminin mülkiyyətçisi olan X4 arasında münaqişə mövcuddur və tərəflər arasında məhkəmə mübahisəsi gedir. 04 iyul 2022-ci il tarixində saat 23.00 radələrində anbarı bağlayıb evə getmiş, 05 iyul 2022-i il tarixdə açdıqda anbarın içərisinin su ilə dolduğunun şahidi olmuşdur. Məlum olmuşdur ki, üst mərtəbənin sahibi olan cavabdehlər tərəfindən gecə vaxtı bilrəkdən anbara su axıdılmışdır ki, nəticədə anbarın divarlarına və tavan hissəsinə ziyan vurulmuş, anbarın içərisində olan qida məhsulları və digər ərzaqlar yararsız hala düşmüşdür. Nəticədə cavabdehlərin qanunsuz əməlləri səbəbindən icarəyə götürdüyü anbarın içərisində olan və iddiaçıya məxsus malların yarasız hala düşməsi səbəbindən iddiaçıya ümumilikdə 4052.97 manat maddi ziyan dəymişdir. Eyni zamanda məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması polis orqanında cavabdehlərin sözügedən əməlində inzibati xəta tərkibinin olması ilə bağlı aparılmış araşdırmanın nəticəsində də öz təsdiqini tapmışdır. İddiaçının mübahisənin cavabdehlərlə məhkəmədənkənar qaydada həlli üçün etdiyi cəhdlər bir nəticə vermədiyindən və cavabdehlər iddiaçıya vurduqları ziyanı ödəməkdən imtina etdiklərindən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddaçı vurduqları maddi ziyan məbləğinin alınaraq ona verilməsini xahiş etməyi zəruri sayır. Məhkəmədə İddiaçı və nümayəndəsi Vəkil1 eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı qeyri qanuni olaraq onun evinin altındakı zirzəmini zəbt edərək anbar kimi istifadə edir. Onun evində gecə saatlarında su xətti (şlanq) partdamış və o, səhər saat 5 ərəfəsində mənzilə gedən su xəttini bağlamışdır. İddiaçı ona zirzəmisində su axıdılması ilə bağlı məlumat verəndə o zirzəmiyə enib baxmış və orada ümumi 3-5 ədəd salfetka olduğunu və onlara axmış suyun həmin salfetlərin üzərinə axdığını görmüşdür. O, həmin salfetlərin dəyərini ödəmək istədiyini iddiaçıya bildirsə də, iddiaçı onunla razılaşmamış və sonradan hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 nümayəndəsi və Cavabdeh1 vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Ekspert rəyi ilə razılaşmayaraq bildirdi ki, bir neçə adda kimyəvi təmizləyicilər, un, düyü, şəkər tozu, makaron kimi qida məhsulları istifadəyə yararsız vəziyyətə düşmüşdür. Siyahıda sadalanan məhsullar salafan torba və ya kapron, şüşə qablarda saxlanılır. Onların hətta üzərinə çatacaq qədər su yığılsa belə keyfiyyətini itirməsi mümkün deyildir. Digər tərəfdən ərzaq məhsulları ilə kiməvi təmizləyicilərin eyni yerdə saxlanması inandırıcı deyildir. Akt tərtib edilərkən dəymiş ziyanın süni olaraq artırılması əsas götürülübdür. Bu məqsədə nail olunması üçün cavabdehlərin baxışda iştirakı təmin edilməyib. Ekspertiza təyin edilərkən cavabdehlərin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Əsas odur ki, yararsız hala düşməsi iddia olunan qida və qeyriqida məhsulları dəfələrlə bildirməklərinə baxmayaraq cavabdehlərə və məhkəməyə təqdim edilməyibdir. Həmin məhsulların məhv edilməsi haqda heç bir video-görüntü yoxdur. Eləcə də bu barədə səlahiyyətli şəxslərin iştirakı ilə akt tərtib edilməyibdir. Suallara cavab verilərkən sıradan çıxması iddia olunan məhsulların hansı hissəsindən istifadə olunmasının mümkünlüyü qeyd edilməyibdir. Eləcə də həmin məhsulların tam sıradan çıxması ilə bağlı heç bir mötəbər sübut yoxdur. Buna görə də hesab edirlər ki, ekspertiza rəyi əsassızdır, işin hallarına uyğun deyildir. Ekspert qarşısına qoyulmuş suallara əsaslandırılmış cavab verməmişdir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir. Məhkəmə tərəfləri və nümayəndələrin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “İcarə Müqaviləsi”nin surətindən görünür ki, X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 86,2 kv.m yarımzirzəmini 10 il müddətinə İddiaçı icarəsinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1-da yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı əmlakına ziyan dəyməsi faktında Cavabdeh2 əməlində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iş materiallarında adları qeyd olunmuş yararsız hala düşmüş qida və qeyri-qida məhsullarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminə 3552,30 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2024-cü il tarixli 10/1521-9/1629 nömrəli rəyi ilə iddiaçıya vurulmuş maddi zərərin qiyməti 3552,30 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyana dair həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mönasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş özrə ödənilmiş dövlət rösumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3552 (üç min beş yüz əlli iki) manat 30 (otuz) qəpik maddi ziyanın və ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-673/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-673/2024
14.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver