Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6842/2023 30.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, Ərizəçi Nümayəndə, Maraqlı tərəf Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Nümayəndə maraqlı tərəf Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə 30 oktyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Nümayəndə maraqlı tərəf Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator X4 iştirakı ilə bağlanmış, MŞS/MT030/2023/,01208 saylı, 24 iyun 2023-cü il tarixli barışıq sazişinin: onunla Maraqlı şəxs arasında Sumqayıt şəhəri, ASAN xidmət Mərkəzində xx.xx.2018-ci il tarixdə bağlanmış 540 saylı nikah qeydinin pozulması, xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması və uşaqların saxlanması üçün hər ayın sonundan gec olmayaraq hər uşaq üçün 220 manat, cəmi 440 manat alimentin Maraqlı şəxs tərəfindən ona ödəniləcəyinə dair hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, nikahın pozulması, uşaqların onun himayəsində qalması, aliment, uşaqla ünsiyyət və cehiz tələbinə dair X10 ilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamış, mediator X6 mediator seçərək, 24 iyun 2023-cü il tarixdə barışıq sazişi bağlamışdırlar. Barışıq Sazişinin şərtlərinə əsasən: Mediasiya prosesində - Maraqlı şəxs ilə onun arasında birgə rəsmi nikahdan (Sumqayıt şəhəri, ASAN xidmət, xx.xx.2018-ci il AZ-İİ №262550) anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs tərəfindən hər ayın sonundan gec olmayaraq hər uşaq üçün 220 (iki yüziyirmi) manat, cəmi 440 manat alimenti ona ödəyəcəyinə dair razılaşmış və öhdəlik götürmüşdür. Mediasiya prosesində - o, Maraqlı şəxs ilə razılaşmışdırlar ki, birgə rəsmi nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X7 onun himayəsində qalsın, birgə rəsmi nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X7 maneəsiz atası Maraqlı şəxs ilə sərbəst şəkildə, təklikdə, həmçinin anasının yanında görüşə bilər. Onun da buna etirazı olmamışdır. Mediasiya prosesində - onunla Maraqlı şəxs cehizin çıxarılması ilə bağlı razılığa gəlmişdirlər. Hər iki tərəf olaraq, yəni o və Maraqlı şəxs bir-birilərinə qarşı heç bir tələb irəli sürmədən və barışıq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin pozulmasına razılaşmışdırlar. Maraqlı tərəf Maraqlı şəxs “Mediasiya haqqında qanun”-da müəyyən edilmiş müddətdən kifayət qədər vaxt keçməsinə baxmayaraq barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Hesab edir ki, barışıq sazişində göstərilmiş onunla Maraqlı şəxs arasında Sumqayıt Asan Xidmət Mərkəzində 07 mart 2018-ci il tarixdə bağlanmış 540 saylı nikah qeydi pozulmalıdır. Maraqlı şəxs aliment ödəməkdən yayındığından onun himayəsində qalmış xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X7 üçün barışıq sazişində ikisinin arasında razılaşdırılmış hər ay hər uşağa 220 manat olmaqla, 440 manat alimentin icra qaydasında ona ödənilməsi təmin edilməlidir. Bir sözlə saziş könüllü icra olunmamışdır. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırda cavabdehlə aralarında olan nikahın pozulmasını istəyir. Xüsusilə qeyd edir ki, cavabdeh razılaşdıqları alimenti ödəmir. İddiaçı qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə dair izahat verərək bildirdi ki, uşaqlarının bütün zəruri xərcləri ödəyir. Belə ki, uşaqları bağça və taksi pulunu o, ödəyir. Onun qazancı stabil deyil, bəzi aylar 1000 manat, bəzi aylar isə 300 manat pul qazanır. Bu səbəbdən o hər ay 440 manat aliment ödəyə bilməz. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB/MT030/2023-01208 nömrəli barışıq sazişindən görünür ki, Mediasiya prosesində-Maraqlı şəxs ilə Nümayəndə arasında birgə rəsmi nikahdan (Sumqayıt şəhəri, ASAN xidmət, xx.xx.2018-ci il AZ-İİ №262550) anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs tərəfindən hər ayın sonundan gec olmayaraq hər uşaq üçün 220 (iki yüziyirmi) manat, cəmi 440 manat alimenti ona ödəyəcəyinə dair razılaşmış və öhdəlik götürmüşdür. Nümayəndə Maraqlı şəxs ilə razılaşmışdırlar ki, birgə rəsmi nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X7 onun himayəsində qalsın, birgə rəsmi nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X7 maneəsiz atası Maraqlı şəxs ilə sərbəst şəkildə, təklikdə, həmçinin anasının yanında görüşə bilər. Nümayəndə Maraqlı şəxs cehizin çıxarılması ilə bağlı razılığa gəlmişdirlər. Hər iki tərəf olaraq, yəni Nümayəndə və Maraqlı şəxs bir-birilərinə qarşı heç bir tələb irəli sürmədən və barışıq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin pozulmasına razılaşmışdırlar. İş materiallarında olan AZ-İİ 262550 saylı nikah haqqında şəhadətnaməyə əsasən Nümayəndə ilə maraqlı tərəf Maraqlı şəxs 07 mart 2018-ci il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 540 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X7 anadan olmuşdur (iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş qohumluq məlumatlarına əsasən). Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsini mümkün hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, nikahın pozulmasına dair işlərə yalnız iddia icraatı qaydasında baxılması mümkün olduğundan Nümayəndə ilə Maraqlı şəxs arasında Sumqayıt şəhəri, ASAN xidmət Mərkəzində xx.xx.2018-ci il tarixdə bağlanmış 540 saylı nikahın pozulması hissəsində barışıq sazişi təsdiq edilməməli, xx.xx.2019-cu il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X3 Nümayəndə himayəsində saxlanılması və uşaqların saxlanması üçün hər ayın sonundan gec olmayaraq hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat alimentin Maraqlı şəxs tərəfindən Nümayəndə ödənilməsi hissəsində barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, tərəflər hər ikisi mediasiya sessiyasında iştirak etmişdir. İlkin və tam mediasiya sessiyasının keçirilməsi ilə bağlı 150 manat məbləğində mediasiya xərci Nümayəndə tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı - 75 manat Maraqlı şəxs tutularaq iddiaçı Nümayəndə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi Nümayəndə ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/MT030/2023-01208 Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X2 Yeganə Akif qızının himayəsində saxlanılsın və xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ayın sonundan gec olmayaraq hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat aliment Maraqlı şəxs tərəfindən Nümayəndə ödənilsin .” Ərizə qalan hissədə təmin edilməsin. Cavabdeh Maraqlı şəxs 75 (yetmiş beş) manat ödənilmiş mediasiya xərci tutularaq iddiaçı Nümayəndə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-6842/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6842/2023
30.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver