Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6869/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Behbudova Aynur Mirzalı qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil və Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, məhkəmədən onunla maraqlı tərəf Maraqlı şəxs arasında Sumqayıt 1 saylı mediasiya təşkilatında bağlanmış 22 aprel 2024-cü il tarixli, MŞS/MT030/2024-00809 saylı barışıq sazişinin təsdiq olunması və eyni zamanda ərizə ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun maraqlı şəxs X6 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, maraqlı tərəf olan Maraqlı şəxs ilə 25 aprel 2016-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikahı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 969 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikah münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlı iki övladları dünyaya göz açmışdır. Maraqlı şəxs ilə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan bir-birlərini başa düşməmiş və aralarında söz-söhbət yaranmağa başlamışdır. Söz-söhbətin yaranmağının səbəbi də xasiyyətlərinin və fikirlərinin üst-üstə düşməməsidir. Bu səbəbə görə nikahları kağız üzərində qalmışdır. Ona görə də aralarında olan nikah münasibətlərinin pozulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nikahın pozulması üçün məhkəməyə müraciət etməmişdən əvvəl onun tərəfindən cavabdehi ilkin mediasiya sessiyasında iştiraka dəvət etmiş, cavabdeh bu təklifini qəbul etmiş və Sumqayıt 1 saylı Mediasiya Təşkilatında mediator Elçin Hüseynovun iştirakı ilə aşağıdakı şərtlərlə 22 aprel 2024-cü il tarixli, MŞS/MT030/2024 – 00809 saylı narışıq sazişini imzalamışlar: “1. X1 və Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə 969 nömrə akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdılar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. 2. X7 və Maraqlı şəxs birgə nikahdan olan övladları xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi anası – X2 yanında yaşamasına razıdırlar. 3. Maraqlı şəxs, övladları xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla ümumilikdə 1000 (bir min) manat sabit pul məbləğində alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq X3 ödəmək barədə öhdəlik götürür. 4. X7 övladları xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X8 ataları Maraqlı şəxs ilə yetkinlik yaşına çatana kimi sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür.” Belə ki, onlar 22 aprel 2024-cü il tarixli, MŞS/MT030/2024 – 00809 saylı barışıq sazişində bütün mübahisələri könüllü olara həll etmiş, yalnız nikahın pozulması məhkəmənin səlahiyyətində olduğundan, aralarında olan nikah qeydinin pozulması üçün məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3476/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməinə əsasən, iddia tələbi təmin edilmiş, onunla Maraqlı şəxs arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə bağlanmış 969 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. 22 aprel 2024-cü il tarixli, MŞS/MT030/2024 – 00809 saylı barışıq sazişinin 3-cü bəndinə əsasən, Maraqlı şəxs övladları xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla ümumilikdə 1000 (bir min) manat sabit pul məbləğində alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq ona ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs 22 aprel 2024-cü il tarixli, MŞS/MT030/2024 – 00809 saylı barışıq sazişində qeyd olunan alimentlə bağlı öhdəliyini yerinə yetirməmiş, sözügedən sazişin şərtlərinin könüllü icrasından imtina etmişdir. Ona görə də mediasiya prosesi nəticəsində bağlanmış 22 aprel 2024-cü il tarixli, MŞS/MT030/2024 – 00809 saylı barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmşdır. Əlavə olaraq qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən tərtib edilmiş barışıq sazişinin tərəflər üçün hüquq və vəzifələrini müəyyən edən 9-cu bəndində qeyd olunur ki, sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbiri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Hazırki ərizə ilə məhkəməyə müraciət edərək 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə ki, Dövlət rüsumu haqqında AR Qanunun 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ərizəçilər 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəyirlər. Yuxarıda göstərdiklərimə əsasən hesab edir ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün ödədiyim 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, Maraqlı şəxs özü aliment ilə bağlı barışıq sazişini icra etməkdən imtina etmişdir. Hətta qadına demişdir ki, alimenti ödəməyəcəkdir. Ona məhkəmə qaydasında tələb etməyi bildirmişdir. Sentyabr ayının 4-ü sonuncu ödənişi etmiş və daha sonra ödənişi etməyəcəyini demişdir. Mediasiya haqqında qanuna görə əgər tələb 10 gün müddətində icra edilmirsə maraqlı tərəfin xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququ yaranır. Sentyabr ayında icra olunan aliment isə avqust ayında ödənilməli olan alimentdir. Maraqlı şəxs bildirmişdir ki, ərizəçi könüllü olaraq məhkəməyə müraciət etsin və onun əmək haqqından tutulsun. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, oğlu tərəfindən sentyabr ayına qədər bütün aliment məbləği ödənilmişdir. Oğlu Kəlbəcər rayonu, İstisuyun ətrafında işlədiyi üçün onu buraxmırlar. Sentyabr ayından oğlunun və özünün telefonunu ərizəçi bağlamışdır. Uşaqlarla nə onları görüşdürür, nə də telefonlara cavab verir. Ona təhqiramiz mesajlar yazmışdır. Oğlu dağdadır. Çox zaman ödəniş etmək üçün enə bilmədiyini demişdir. Bəzən olur ki, gecikir. Barışıq sazişinin təsdiq edilməsinə razıdır. Əgər ki, dərs gününə düşürsə həftə sonları görüş təyin etsinlər. Ata zəng edir, ərizəçi də telefonu açmır. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəlhüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli, AZ-İİİ seriyalı, 914529 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2017-ci ilin 02-ci ayının 25-ci günündə 1229 nömrə ilə qeyd edilmişdir. Atası Maraqlı şəxs, anası isə X4r. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, AZ-İV seriyalı, 300127 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2019-cu ilin 06-cı ayının 12-ci günündə 3710 nömrə ilə qeyd edilmişdir. Atası Maraqlı şəxs, anası isə X4r. Tərəflər arasında mediasiya proseduru çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, X1 və Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə 969 nömrə akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdılar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. X7 və Maraqlı şəxs övladları xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi anası - X2 yanında yaşamasına razıdırlar. Maraqlı şəxs, övladları xx.xx.2017-ci ıl təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla ümumilikdə 1000 (bir min) manat sabit pul məbləğində alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq X3 ödəmək barədə öhdəlik götürür. X7 övladları xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X8 ataları Maraqlı şəxs ilə yetkinlik yaşına çatana kimi sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3476/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Teymurova (Əbilova) Aysel Fəxrəddin qızı ilə Maraqlı şəxs arasında Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə bağlanmış, 969 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli, AZ-İ seriyalı, 495528 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X2 nikahı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 09 avqust 2014-c il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024-cü ilin 08-ci ayının 10-cu günündə 270 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Əbilova soyadı verilmişdir. Dövlət rüsumu qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Əsaslandırıcı hissə: Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, Maraqlı şəxs 100 manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00809 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.
1. X7 və Maraqlı şəxs övladları xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi anası - X2 yanında yaşamasına razıdırlar.
2. Maraqlı şəxs, övladları xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla ümumilikdə 1000 (bir min) manat sabit pul məbləğində alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq X3 ödəmək barədə öhdəlik götürür.
3. X7 övladları xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X8 ataları Maraqlı şəxs ilə yetkinlik yaşına çatana kimi sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür. Maraqlı şəxs tərəfindən 22 aprel 2024-cü il tarixli barışıq sazişinin şərtləri üzrə icra etdiyi öhdəliyi (ödədiyi alimentin məbləğləri) nəzərə alınsın. Maraqlı şəxs 100 manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aynur Behbudova