Məhkəmə qərarları › İş №e-2(060)-768/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-768/2022

01.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-768/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi İsmayilov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Energetik" sanatoriyasındakı 315-ci otaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə valideynləri ilə birlikdə Qubadlı rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışdır. Cavabdeh ilə 23 yanvar 2007-ci il tarixdə rəsmi nikaha girmişlər. Cavabdeh ilə 2006-cı ildə ailə qurarkən onun özünün ayrı mənzili olmadığından o, onun valideynlərinə məxsus ünvan 1 ünvana gəlin köçmüşdür. 2008-ci ildə keçmiş əri Cavabdeh valideynləri ünvan 2 ünvandakı mənzillərini özlərinin ailə problemləri iləı bağlı satmiş, mənzilin satışından əldə etdikləri vəsaitdən keçmiş ərinə, ona və oğlu Cəfərə kompensasiya kimi 8.000 manat pul vermişlər. Həmin vəsaitlə Sumqayıt İstilik mərkəzinə məxsus Səməd Vurğun küçəsində, Xəzər bağları massivində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı “Energetik” sanatoriyasında 315 saylı kiçik bur otağa yerləşmiş və oranı qismən də olsa yaşayış üçün yararlı vəziyyətə gətirmişlər. Adı çəkilən ünvana yerləşməkdə onun məcburi köçkün olmağının xüsusi rolu olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli 2(060)-4142/2010 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Vüqarın yaşamağa başqa yeri olmadığından o, mətbəx kimi istifadə etdiyi kiçik otaqda yaşamasına icazə vermişdir. X1 son vaxtlar aqresivliyi heç bir çərçivəyə sığmır. Demək olar ki, mütəmadi olaraq onu uşaqların yanında təhqir edir, söyür, döyür, xəsarət yetirir, hər gün o, həyatını təhlükə hiss edir. Atalarının həya etmədən, çəkinmədən uşaqların yanında onu söyməsi, döyməsi uşaqların mənəvi-psixoloji durumlarına, tərbiyələrinə çox pis təsir edir. Bir sözlə Vüqar onların həyatını cəhənnəmə çevirib. Artıq nə o, nə də həyatı anlayan uşaqları bu insanla birgə yaşaya bilmirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahış etdi. Əlavə olaraq göstərdi ki, cavabdehin özünə məxsus ayrıca yaşayış evi olmasa da, valideynlərinin evi var, valideynləri ilə birgə yaşaya bilər, eləcə də Şabran rayonunda torpaq sahəsi vardır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 02 fevral 2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etmədiyini, mübahisə predmeti olan yaşayış sahəsindən başqa daimi yaşayış yeri olmadığını göstərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli, 2(060)-4142/2010 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 23.01.2007-ci il tarixdə Sumayıt şəhəri, Nikah evində 84 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC Sumqayıt Elektrik Stansiyası MMC tərəfindən verilmiş 19.10.2021-ci il tarixli arayışdan və Qubadlı rayon İcra Hakimiyyəti başçısının Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 26-cı məhəllə, “Energetika” sanatoriyası, otaq 315 ünvanında müvəqqəti məskunlaşmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən olundu ki, tərəflər 2007-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmaqla aralarında hüquq münasibətləri həmin vaxtdan yaranmışdır. Tərəflər birgə nikah dövründə, 2008-ci ildə mübahisə prevmeti olan yaşayış sahəsinə köçərək orada yaşamış, birgə təsərrüfat aparmışlar. Tərəflər arasında nikah münasibətlərinə 2010-cu ildə xitam verilmiş, lakin həmin vaxtdan hazırki dövrədək tərəflər həmin mənzildə birgə yaşayırlar. Mübahisə predmeti olan yaşayış sahəsi yataqxana otağıdır, iddiaçının mülkiyyətində olmamaqla, həmin mənzildə məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normasına əsaslanaraq hesab edir ki, mənzillə bağlı hüquq münasibətləri 2008-ci il tarixdə əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri dövlət mənzil fonduna daxildir. 6-cı maddəyə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri. və yataqxanalar kimi istifadə olunmaq üçündür. 53-cü maddəyə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Məhkəmə işin faktiki hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, cavabdeh həmin yaşayış sahəsinə 2008-ci il tarixdə köçüb birgə təsərrüfat aparmaqla icarədarın ailə üzvü kimi bərabər hüquq və vəzifələr qazanmış, həmin yaşayış sahəsi üzərində iddiaçı ilə bərabər hüquqlara malikdir. Bu baxımdan iddiaçının tələbi qanuni və əsaslı deyildir. Odur ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar