Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7742/2025 28.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi hazırda şəkər və ağır təzyiq xəstəsidir, xəstəliyi ilə əlaqədar uzun müddətdir işləmədiyi üçün pensiya ala bilmir. Üç uşaq böyütmüş, böyük oğlu ərizəçiyə dəfələrlə kömək edəcəyinə söz versə də, ərizəçiyə heç cür yardım etməmişdir. Nəhayət mediasiyaya müraciət etdikdən sonra, xx.xx.2025-ci il tarixdə mediasiya da barışıq sazişi bağlamışlar. Cavabdeh mediasiyada söz vermişdir ki, noyabr ayının 15-nə kimi ərizəçiyə yardım etməyə başlayacaq, lakin indi müxtəlif bəhanələr gətirərək bundan imtina edir. Faktiki olaraq hazırda Bakı şəhərində yaşayır və orada işləyir. Ərizəçi xx.xx.2025-ci il arixli ərizə ilə məhkəməyə müraciət edərək mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan - MŞB/8/2025-02422 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, birinci tərəf Ərizəçi bu Sazişi imzalandıqdan sonra (övladı) ikinci tərəf Maraqlı şəxs onun “Maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideyin olaraq xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən ona birinci tərəf Ərizəçi aylıq əmək haqqının və başqa gəlirlərinin 1/4 (dördə bir) hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu barışıq sazişini məlumat və icra olunması üçün ikinci tərəf Maraqlı şəxs (ona birinci tərəf Ərizəçi aid bank kartı hesabı ilə birlikdə) iş yeri üzrə mühasibatlığa (maliyyə idarəsinə) təqdim edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf Maraqlı şəxs zərurət yarandıqda (bu barışıq sazişi üzrə tutulmalal həyata keçirilməsi məqsədi ilə) ərizə ilə iş yeri üzrə işəgötürənə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci bəndinə əsasən “əmək haqqında tutulmalar aparılmasına dair” yazılı razılıq ərizəsi də verəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılğı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin (10 gün müddətində) bu saziş üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə, aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. İkinci tərəf Maraqlı şəxs bu Sazişi imzalandıqdan sonra (valideyni) birinci tərəf Ərizəçi “Maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideyni olaraq xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən ona birinci tərəf Ərizəçi aylıq əmək haqqının və başqa gəlirlərinin 1/4 (dördə bir) hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu barışıq sazişini məlumat və icra olunması üçün (Birinci tərəf Ərizəçi aid bank kartı hesabı ilə birlikdə) iş yeri üzrə mühasibatlığa (maliyyə idarəsinə) təqdim edəcəyinə dair öz üzərinə öhdəlik götürür. İkinci tərəf Maraqlı şəxs zərurət yarandıqda (bu barışıq sazişi üzrə tutulmalar həyata keçirilməsi məqsədi ilə) ərizə ilə iş yeri üzrə işəgötürənə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci bəndinə əsasən “əmək haqqında tutulmalar aparılmasına dair” dair yazılı razılıq ərizəsi də verəcəyinə dair öz üzərinə öhdəlik götürür. İkinci tərəf Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində MŞB/8/2025-02422 saylı, xx.xx.2025-ci il tarixli barışıq saziş bağlanılmışdır. Maraqlı şəxs “Maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideyin olaraq xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi saxlanılması üçün” xx.xx.2025-ci il tarixdən etibarən Ərizəçi aylıq əmək haqqının və başqa gəlirlərinin 1/4 (dördə bir) hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X1 iştirakı ilə Bakı 8 saylı Mediasiya təşkilatında bağlanılmış MŞB/8/2025-02422 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 355, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X1 iştirakı ilə Bakı 8 saylı Mediasiya təşkilatında bağlanılmış MŞB/8/2025-02422 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-7742/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7742/2025
28.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver