Məhkəmə qərarları › İş №e-2(060)-7998/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7998/2025

10.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7998/2025 10.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs Əlibaba oğlu arasında bağlanmış X1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023- 02475 saylı barışıq sazişinin təsdiq edilməsi və hüquqi yardım üçün ödənilmiş 325 manat pulun Maraqlı şəxs Əlibaba oğlundan alınıb Ərizəçi verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Maraqlı şəxs Əlibaba oğlu ilə xx.xx.2018-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənib ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqları vardır. X1 tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-02475 saylı barışıq sazişinə əsasən maraqlı şəxslə nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü Kərimli Tural oğlunun saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 10-dan gec olmayaraq 235 manat sabit pul şəklində alimentin ərizəçiyə ödənilməsi barədə razılaşmışlar. Həmin sazişin 8-ci bəndinə əsasən əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburidir. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 təqvim günü müddətində icra olunnalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan - MŞS/MT030/2023-02475 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 30 avqust 2018-ci il tarixdə 2389 nömrəli akt qeydi ilə alınmış nikahın pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən bu hissə məhkəmə müstəvisində həll ediləcəkdir. Ərizəçi ilə Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs övladı xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimenti xx.xx.2023cü il tarixdən başlayaraq hər ayın 10-dan gec olmayaraq Ərizəçi ödəmək barəsində öhdəlik götürür. Ərizəçi övladı xx.xx.2019-cu il təvəllüdlü X4 atası Maraqlı şəxs ilə yetkinlik yaşına çatana kimi sərbəst şəkildə görüşməsinə etiraz etmir və buna şərait yaratmağa dair öhdəlik götürür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində MŞS/MT030/2023-02475 saylı, xx.xx.2023-cü il tarixli barışıq saziş bağlanılmışdır. Barışıq Sazişinə əsasən Ərizəçi və Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 30 avqust 2018-ci il tarixdə 2389 nömrəli akt qeydi ilə alınmış nikahın pozulmasına razıdırlar, Ərizəçi ilə Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar, Maraqlı şəxs övladı xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimenti xx.xx.2023cü il tarixdən başlayaraq hər ayın 10-dan gec olmayaraq Ərizəçi ödəməsi barəsində öhdəlik götürmüş, Ərizəçi övladı xx.xx.2019-cu il təvəllüdlü X4 atası Maraqlı şəxs ilə yetkinlik yaşına çatana kimi sərbəst şəkildə görüşməsinə etiraz etmir və buna şərait yaratmağa dair öhdəlik götürmüşdür. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında X1nın iştirakı ilə Sumqayıt 1 saylı Mediasiya təşkilatında bağlanılmış MŞS/MT030/2023-02475 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə ərizənin hüquqi yardımın əvəzinin maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməsi ilə bağlı hissəsində hesab edir ki, ərizə bu hissədə qismən təmin edilməli, hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manatın 162,50 manatı Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 355, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında X1nın iştirakı ilə Sumqayıt 1 saylı Mediasiya təşkilatında bağlanılmış MŞS/MT030/2023-02475 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi tərəfindən vəkilə ödənilmiş 162,50 manat Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilsin. Qətnamə MŞS/MT030/2023-02475 saylı barışıq sazişinin alimentə dair hissəsində dərhal icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar