Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-108/2025 25.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətin vəkalətli nümayəndəsi X3, Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətin (bundan sonra İddiaçı ASC adlnadırılacaq) Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı cavabdehdən 6224 (altı min iki yüz iyirmi dörd) manat 18 (on səkkiz) qəpik və 82 (səksən iki) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumu olmaqla, cəmi 6306 (altı min üç yüz altı) manat 43 (qırx üç) qəpik dəymiş maddi ziyanın alınıb Cəmiyyətin xeyrinə tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixə ərizə ilə Cəmiyyətə müraciət edərək sürücü işinə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Cəmiyyətlə Cavabdeh arasında əmək müqaviləsi və tamm maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Öz xidməti vəzifəsini icra etməsi məqsədi ilə Cəmiyyət tərəfindən ona Cəmiyyətə məxsus “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməsi üçün 06 mart 2023-cü il tarixli etibarnamə verilmişdir. Cavabdeh 20 aprel 2023-cü il saat 16:35də xx.xx.2023-cü il tarixli etibarnamə əsasında idarə etdiyi Cəmiyyətə məxsus “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Xətai rayonu, Babək prospektində hərəkətdə olarkən düzgün ara məsafəsi seçmədiyi üçün öz təqsiri ucbatından idarə etməni itirərək yolun kənarında olan “Təhlükəsiz şəhər” sisteminin TŞ 4-051 nömrəli videonəzarət kameralarının quraşdırıldığı dirəyə və işıqforda dayanan X2 məxsus”VOLKSWAGEB TİGUAN MİNİK” markalı 99TU588 dövlət qeydiyyat niçanlı nəqliyyat vasitəsinin sol arxa hissəsinə çırpılmışdır. Baş vermiş yol hadisəsi nəticəsində Cavabdeh barəsində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətanın törədilməsi səbəbi ilə DYPİ tərəfindən EKP5382027 nömrəli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin yolnəqliyyat hadisəsinin sxemlərində də hadisə aydın şəkildə təsvir edilmişdir. Cəmiyyətə məxsus 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid olan icbari sğorta müqaviləsinə əsasən "xxxx" ASC hadisə nəticəsində dəymiş zərəri müəyyən etmiş və xx.xx.2023-cü il tarixdə yekun qiymətləndirmə aktını tərtib etmişdir. Yekun qiymətləndirmə aktına əsasən zərərçəkmiş X2 məxsus”VOLKSWAGEB TİGUAN MİNİK” markalı 99TU588 dövlət qeydiyyat niçanlı nəqliyyat vasitəsinə dəyən zərərin miqdarı 3795 manat, “Təhlükəsiz şəhər” sisteminin TŞ 4-051 nömrəli videonəzarət kameralarının quraşdırıldığı dirəyə dəymiş zərərin miqdarı 7577,46 manat məbləğində müəyyən edilmişdir. Lakin "xxxx" ASC-in İ-592/23 nömrəli sığorta ödənişi aktına əsasən X2 1668,50 manat, “Təhlükəsiz şəhər” xidmətinə (bundan sonra Daxili İşlər Nazirliyi adlandırılacaq) 3331,5 manat sığorta ödənişi etmişdir. Bundan sonra zərərçəkmiş X4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müvafiq olaraq "xxxx" ASC tərəfindən ödənilməmiş 1900 manat və 4245,96 manat məbləğində pul vəsaitini "xxxx" ASC, Cavabdeh və İddiaçı ASC-dən tutulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəticədə Abşeron Rayon Məhkəməsinin e-2(012)-3993/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə 1,942 manat və Bakı şəhəri, Səbail Rayon məhkəməsinin e- 2(009)-595/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 3282,18 manat pul vəsaiti İddiaçı ASC tərəfindən zərərçəkmişlərə ödənilmişdir. Mülki hüquq pozuntusunun Cəmiyyətdə sürücü işləyən Cavabdeh tərəfindən Cəmiyyətə məxsus nəqliyyat vasitəsi ilə törədilməsinə baxmayaraq yol-nəqliyyat hadisəsinin işçinin öz təqsiri ucbarından baş verməsi Cəmiyyətin ödənilmiş əvəz miqdarında geriyə tələb hüququnun yaranması üçün əsasdır. Bu səbəbdən ümumilkdə ödənilmiş 6224,18 manat dəymiş ziyanın Cəmiyyətdə sürücü sürücü işində çalışan Cavabdeh tərəfindən könüllüşəkildə ödənilməsi üçün ona xx.xx.2024-cü il tarixdə pretenziya ilə müraciət olunmuşdur. Lakin edilmiş xəbərdarlıqlara baxmayaraq Cavabdeh ziyanın ödənilməsi istiqamətində heç bir addım atmamış və nəticədə onlar məhkəməyə müraciət etmişlər. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh 6224,18 manat və 82,25 manat dövlət rüsumu olmaqla, cəmi 6306,43 manat pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətin vəkalətli nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək bir daha iddianın təmin edilməsi, Cavabdeh 6224,18 manat və 82,25 manat dövlət rüsumu olmaqla/, cəmi 6306,43 manat pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini bir daha məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, iddianı qəbul edir. Belə ki, həqiqətən İddiaçı Açıq Səhmdar Cəmiyyətində sürücü işləmişdir. Cəmiyyət tərəfindən ona Cəmiyyətə məxsus “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməsi üçün 06 mart 2023-cü il tarixli etibarnamə verilmişdir. Avtomobilin əyləci nasaz vəziyyətdə olmuşdur. 20 aprel 2023-cü il saat 16:35-də xx.xx.2023-cü il tarixli etibarnamə əsasında idarə etdiyi Cəmiyyətə məxsus “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Xətai rayonu, Babək prospektində hərəkətdə olarkən idarə etməni itirərək yolun kənarında olan “Təhlükəsiz şəhər” sisteminin TŞ 4-051 nömrəli videonəzarət kameralarının quraşdırıldığı dirəyə və işıqforda dayanan X2 məxsus ”VOLKSWAGEB TİGUAN MİNİK” markalı 99TU588 dövlət qeydiyyat niçanlı nəqliyyat vasitəsinin sol arxa hissəsinə çırpılmışdır. Baş vermiş yol hadisəsi nəticəsində barəsində İXM-in müvafiq maddəsinə əsasən protokol tərtib edilmişdir. Hadisə vaxtı onun idarə etdiyi avtomobilə, ”VOLKSWAGEB TİGUAN MİNİK” markalı avtomobilə, “Təhlükəsiz şəhər” sisteminin TŞ 4-051 nömrəli videonəzarət kameralarının quraşdırıldığı dirəyə ziyan dəymişdir. Dəymiş zərər hesablanmışdır. Hazırda ona qarşı 6224 (altı min iki yüz iyirmi dörd) manat 18 (on səkkiz) qəpik və 82 (səksən iki) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumu olmaqla, cəmi 6306 (altı min üç yüz altı) manat 43 (qırx üç) qəpik dəymiş maddi ziyanın alınıb Cəmiyyətin xeyrinə tutulması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin məbləği birdəfəyə ödəmək imkanı olmadığını, gələcəkdə ödəyəcəyinə söz vermiş, bu barədə qətnamə qəbul edilməsinə etirazı olmadıını bildirmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddiaçı təşkilata dəymiş ziyanlığı qəbul edir, maddi imkanı olmadığına görə dəymiş ziyanlığı ödəyə bilmədiyini, gələcəkdə dəymiş ziyanlığı ödəyəcəyinə söz verdiyini, işə baxılıb qətnamə qəbul edilməsinə etirazı olmadığını olmadığını göstərmişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlamış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tədarük departamenti nəqliyyat və çatdırılma bölməsinə əsas sürücü işinəm qəbul edilmişdir. Müqavilə 3 ay 1 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmışdır. Müqavilənin 5.1-ci bəndində göstərilmişdir ki, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Həminm müqavilənin 5.2-ci bəndində göstərilmişdir ki, tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könülü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Yekunda hər iki tərəf əmək müqaviləsini imzalamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 170 nömrəli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqaviləsi bağlanmışdır. Hər iki tərəf bu müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməklə ağlı müqaviləni imzalamışlar. İşdə olan xx.xx.2023-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi etibarnamənin surətindən görünür ki, Cəmiyyətə məxsus “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh istifadəsinə xx.xx.2023cü il tarixədək verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci madəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmiş, Cavabdeh protokolda qeydlər apararaq ona yazılan protokol ilə tanış olduğunu, törətdiyi qayda pozuntusu ilə razı olduğunu göstərmiş və imza etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci madəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin BBPİ DYPİ-in rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cari ilin aprel ayının 20-də saat 16:35-də Nizami rayonu ərazisində “Volsvagen” markalı 99TU588 dövlət qeydiyyat nişanlı avtomobil və “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncunun “Təhlükəsiz şəhər” sisteminin TŞ 4-051 nömrəli videonəzarət kameralarının quraşdırıldığı dirəyə çırğılaraq xüsusi avadanlığı zədələmişdir. Hadisəni törətmiş nəqliyyat vasitəsini və onu idarə etmiş şəxsi müəyyənləşdirib zərəri sığorta olunduğu şirkətə Nazirliyin zərərçəkmiş tərəf kimi qeyd etməklə zəruri sənədlərin təqdim olunmasına göstəriş verilməsi xahiş olunmuşdur. İşdə olan "xxxx" ASC-in mütəxəssisləri tərərfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli yekun aktının surətindən görünür ki, X1 idarə etdiyi ”VOLKSWAGEB TİGUAN MİNİK” markalı, 2009-cu il buraxılışlı, 99TU588 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın miqdarı 3795 manat təşkil etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli internet bankçılığı elektron qəbzin surətindən görünür ki, "xxxx" ASC-in İ-592/23 nömrəli sığorta ödənişi aktına əsasən X2 1668,50 manat ödəniş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 843 nömrəli pretenziyadan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh onun təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun əvəzinə ödənilmiş 6224,18 manat pul məbləğini 3 iş günü müddətində Cəmiyyətə ödəməsi xahiş olunmuşdur. Əks halda tələb olunan məbləğin ondan məcburi qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)- 3993/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin dəymiş zərərin əvəzi olaraq 1900 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 42 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1942 manat pul vəsaitinin X1 xeyrinə tutulması qət edilmişdir. İşdə olan Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(009)-595/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 4245,96 manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hesabına ödənilməsi və 36,22 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb Dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixə ərizə ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək sürücü işinə qəbul edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixdə Cəmiyyətlə Cavabdeh arasında əmək müqaviləsi və tamm maddi məsuliyyət haqqında müqavilə bağlanmış, öz xidməti vəzifəsini icra etməsi məqsədi ilə Cəmiyyət tərəfindən ona Cəmiyyətə məxsus “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməsi üçün 06 mart 2023-cü il tarixli etibarnamə verilmişdir. Cavabdeh 20 aprel 2023-cü il saat 16:35-də xx.xx.2023-cü il tarixli etibarnamə əsasında idarə etdiyi Cəmiyyətə məxsus “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Xətai rayonu, Babək prospektində hərəkətdə olarkən düzgün ara məsafəsi seçmədiyi üçün öz təqsiri ucbatından idarə etməni itirərək yolun kənarında olan “Təhlükəsiz şəhər” sisteminin TŞ 4-051 nömrəli videonəzarət kameralarının quraşdırıldığı dirəyə və işıqforda dayanan X2 məxsus”VOLKSWAGEB TİGUAN MİNİK” markalı 99TU588 dövlət qeydiyyat niçanlı nəqliyyat vasitəsinin sol arxa hissəsinə çırpılmışdır. Baş vermiş yol hadisəsi nəticəsində Cavabdeh barəsində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətanın törədilməsi səbəbi ilə DYPİ tərəfindən EKP5382027 nömrəli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cəmiyyətə məxsus 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid olan icbari sğorta müqaviləsinə əsasən "xxxx" ASC hadisə nəticəsində dəymiş zərəri müəyyən etmiş və xx.xx.2023-cü il tarixdə yekun qiymətləndirmə aktını tərtib etmişdir. Yekun qiymətləndirmə aktına əsasən zərərçəkmiş X2 məxsus”VOLKSWAGEB TİGUAN MİNİK” markalı 99TU588 dövlət qeydiyyat niçanlı nəqliyyat vasitəsinə dəyən zərərin miqdarı 3795 manat, “Təhlükəsiz şəhər” sisteminin TŞ 4-051 nömrəli videonəzarət kameralarının quraşdırıldığı dirəyə dəymiş zərərin miqdarı 7577,46 manat məbləğində müəyyən edilmişdir. Lakin "xxxx" ASC-in İ-592/23 nömrəli sığorta ödənişi aktına əsasən X2 1668,50 manat, “Təhlükəsiz şəhər” xidmətinə (bundan sonra Daxili İşlər Nazirliyi adlandırılacaq) 3331,5 manat sığorta ödənişi etmişdir. Bundan sonra zərərçəkmiş X4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müvafiq olaraq "xxxx" ASC tərəfindən ödənilməmiş 1900 manat və 4245,96 manat məbləğində pul vəsaitini "xxxx" ASC, Cavabdeh və İddiaçı ASC-dən tutulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəticədə Abşeron Rayon Məhkəməsinin e-2(012)-3993/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə 1,942 manat və Bakı şəhəri, Səbail Rayon məhkəməsinin e- 2(009)-595/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 3282,18 manat pul vəsaiti İddiaçı ASC tərəfindən zərərçəkmişlərə ödənilmişdir. Göstərilən hallar məhkəmə iclası zamanı elan edilmiş mötəbər sübutlarla tam təsdiq edilmişdir. İddiaçının vəkalətli nümayəndəsi Rövşən Rəşidov məhkəmə iclasında vediyi izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh iddianı qəbul etdiyini, maddi imkanı olmadığına görə dəymiş ziyanın məbləğini ödəyə bilmədiyini, gələcəkdə həmin məbləği ödəyəcəyini bildirmişdir. Eləcə də cavabdeh idarə etdiyi avtomobilin əyləcinin nasaz vəziyyətdə olduğunu bildirsə də, bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə etdiyi hər hansı bir yazılı müraciəti, eləcə də bu halı təsdiq edən digər sübutu məhkəməy təqdim edə bilməmişdir. Məhkəmə bu halı cavabdehin özünümüdafiə xarakterli hal kimi qəbul etmiş, onun şəxsi mülahizələrindən ibarət olmaqla heç bir sübuta əsaslanmadığını nəzərə alaraq sübut kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh işə baxılıb qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı ASC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçı tərəfə maddi zərər vurmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Cavabdeh məhkəmə iclası zamanı iddianı tam etiraf etmiş və həmin məbləği mübahisələndirməmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan, cavabdehdən dəymiş maddi zərərə görə 6224 (altı min iki yüz iyirmi dörd) manat 18 (on səkkiz) qəpik məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarma müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanışı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılması ilə bağlı iddiaçının ödədiyi 82 (səksən iki) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətanmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İş materiallarını, iddiaçının vəkalətli nümayəndəsinin və cavabdehin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6224 (altı min iki yüz iyirmi dörd) manat 18 (on səkkiz) qəpik və 82 (səksən iki) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumu olmaqla, cəmi 6306 (altı min üç yüz altı) manat 43 (qırx üç) qəpik pul vəsaiti alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 6224 (altı min iki yüz iyirmi dörd) manat 18 (on səkkiz) qəpik və 82 (səksən iki) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumu olmaqla, cəmi 6306 (altı min üç yüz altı) manat 43 (qırx üç) qəpik pul vəsaiti alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-108/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-108/2025
25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver