Məhkəmə qərarları › İş №e-2(061)-1209/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-1209/2025

14.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-1209/2025 14.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 8920 (səkkiz min doqquz yüz iyirmi) manat məbləğində pulun, həmçinin əldən çıxmış faydanın illik 5 faiz hesablanaraq həmin məbləğin və 110 (yüz on) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qismində İddiaçı məhkəmə iclasında göstərmişdir ki, Cavabdeh xx.xx.2023-cü ildə ondan 3620 manat dəyərində qısa müddət ərzində ödəyəcəyini bildirərək nisyə müxtəlif qızılzinət əşyaları götürmüşdür. Həmin vaxt ərzində onun ailə münaqişələri olduğu üçün, eləcə də cavabdeh problemləri olduğunu bildirdiyindən, bunlarla yanaşı cavabdeh "xxxx" ASC-dən kredit götürərkən ona zamin durduğundan, cavabdehə güzəştə getmişdir. Bank kreditlərinin faizi çox olduğundan ödədməkdə çətinlik çəkmiş, məcbur olub xx.xx.2014-cü il tarixdə bankdan 15000 manat kredit götürməli olmuşdur. Cavabdeh ona zamin durmuşdur. Cavabdeh ona ipoteka ilə ev götürdüyünü, çətinliyi olduğunu, ona 3000 manat pul verməsini xahiş etmiş və həmin pulu 1 ay müddətinə qaytaracağını bildirmişdir. O da uzun illər müştrərisi olduğu üçün həmçinin ona zamin durduğu üçün ona 3000 manat pul vermişdir. Aradan 3-4 gün keçmiş cavabdeh yenidən ondan qardaşının toyu olduğunu bildirirək 600 manat dəyərində qolbağını nisyə alaraq bütün bu borclarını mart ayının sonuna qədər ödəyəcəyini bildirmişdir. Lakin mart ayı keçmiş, lakin cavabdeh onun pulunu ödəməmişdir. Bundan sonra cavabdeh ona olan borcunu hər ay 250- 300 manat olmaqla kartına atacağını bildirmişdir. Sonra cavabdehdən təkrarən pulunu tələb etdikdə, özü kredit götürə bilmədiyini, əmisi oğlu İsmayıla kredit vercəklərini, ancaq əvvəl əlində 1700 manat pul olmasını, yalnız bundan sonra kredit götürə biləcəyini demişdir. O, iş yoldaşı X1 1-ci günə qədər qaytarmaq şərti ilə 1700 manat borc pul istəmişdir. X2 1700 manat pulu Cavabdeh vermişdir. Lakin cavabdehlə əlaqə saxladıqda Gəncə şəhərindən kredit götürə bilmədiyini, Bakı şəhərinə gedəcəyini, həmin vaxt 1700 manatı iş yoldaşına vermək üçün qaytarmasını bildirmişdir. Cavabdeh ona 3 günə pulu alacağını və onun pulunu qaytaracağına söz vermişdir. Lakin cavabdeh verdiyi sözə əməl etməmişdir. Dəfələrlə cavabdehdən 8920 manat pulunu tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınmışdır. Odur ki, sözügedən iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiasının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş SMS bildirişlərindən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırlmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Mülki işin materiallarına əlavə edilmiş Tərtər rayon Mənzil İstehsalat Təmir-İstismar sahəsi tərəfindən verilmiş 376 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh N.Nərimanov küçəsi bina 1, mənzil 16-da qeydiyyatda olmaqla, N.Nərimanov küçəsi bina 22, mənzil 1-də yaşayır. Mülki işin materiallarına əlavə edilmiş votsap yazılarından görünür ki, iddiaçı ilə cavabdeh arasında tələb olunan qızıl-zinət əşyaları və pul məbləğləri ilə bağlı yazışmalar olmuşdur. Belə ki, həmin yazışmalarda iddiaçı qızıl-zinət əşyalarının dəyərinin və verdiyi pul məğblələrinin qaytarılmasını yazmış, cavabdeh isə öz növbəsində pul məbləğlərinin qaytarılmasını qeyd etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin təqdim etdiyi DİSK-ə baxış keçirilmişdir. Həmin DİSK-də konkret məbləğlər səsləndirilməsə də tərəflər arasında pulla bağlı danışıqlar, yəni iddiaçı tərəfin cavabdeh tərəfə pul verməsi və cavabdeh tərəfin qaytarmaması ilə bağlı olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh aralarında olan razılaşmaya əsasən, cavabdeh iddiaçıdan nisyə qızıl-zinət əşyaları və pul vəsaiti almışdır. Belə ki, məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, Cavabdeh xx.xx.2023-cü ildə ondan 3620 manat dəyərində qısa müddət ərzində ödəyəcəyini bildirərək nisyə müxtəlif qızılzinət əşyaları götürmüşdür. Həmin vaxt ərzində onun ailə münaqişələri olduğundan, eləcə də cavabdeh problemləri olduğunu bildirdiyindən, bunlarla yanaşı cavabdeh "xxxx" ASC-dən kredit götürərkən ona zamin durduğundan, cavabdehə güzəştə getmişdir. Bank kreditlərinin faizi çox olduğundan ödədməkdə çətinlik çəkmiş, məcbur olub xx.xx.2014-cü il tarixdə bankdan 15000 manat kredit götürməli olmuşdur. Cavabdeh ona zamin durmuşdur. Cavabdeh ona ipoteka ilə ev götürdüyünü, çətinliyi olduğunu, ona 3000 manat pul verməsini xahiş etmiş və həmin pulu 1 ay müddətinə qaytaracağını bildirmişdir. O da uzun illər müştrərisi olduğu üçün həmçinin ona zamin durduğu üçün ona inanıb 3000 manat pul vermişdir. Aradan 3-4 gün keçmiş cavabdeh yenidən ondan qardaşının toyu olduğunu bildirirək 600 manat dəyərində qolbağını nisyə alaraq bütün bu borclarını mart ayının sonuna qədər ödəyəcəyini bildirmişdir. Lakin mart ayı keçmiş, lakin cavabdeh onun pulunu ödəməmişdir. Bundan sonra cavabdeh ona olan borcunu hər ay 250-300 manat olmaqla kartına atacağını bildirmişdir. Sonra cavabdehdən təkrarən pulunu tələb etdikdə, özü kredit götürə bilmədiyini, əmisi oğlu İsmayıla kredit verəcəklərini, ancaq əvvəl əlində 1700 manat pul olmasını, yalnız bundan sonra kredit götürə biləcəyini demişdir. O, iş yoldaşı X1 1-ci günə qədər qaytarmaq şərti ilə 1700 manat borc pul istəmişdir. X2 1700 manat pulu Cavabdeh vermişdir. Lakin cavabdehlə əlaqə saxladıqda Gəncə şəhərindən kredit götürə bilmədiyini, Bakı şəhərinə gedəcəyini, həmin vaxt cavabdehdən 1700 manatı iş yoldaşına vermək üçün qaytarmasını bildirmişdir. Cavabdeh ona 3 günə pulu alacağını və onun pulunu qaytaracağına söz vermişdir. Lakin cavabdeh verdiyi sözə əməl etməmişdir. Dəfələrlə cavabdehdən 8920 manat pulunu tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınmışdır. Bu səbəbdən məhkəmədə cavabdehə qarşı pul tələbi ilə bağlı iddia qaldırmağa məcbur olmuşdur. İddiaçı həmçinin əldən çıxmış faydanın illik 5 faiz hesablanaraq həmin məbləğin cavabdehdən alınıb ona verilməsini də xahiş etmişdir. İddiaçı tələbinin bu hissəsi ilə bağlı konkret olaraq həmin məbləğin nədən ibarət olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddianın həmin hissəsinin təmin edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh hər dəfədə müxtəlif bəhanələrlə sözünə əməl etməmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan borcu ümumilikdə 8920 manat təşkil etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, cavabdehin iddiaçıya 8920 manat pul borclu olmasını və borcunu qaytarmadığını təsdiq edən votsap yazılarını, məhkəmədə elan olunmuş DİSK-i həqiqətə uyğun hesab etməklə sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab etmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan 8920 manat borcunu qaytarmamışdır. Beləliklə də o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı iddia ərizəsində göstərilən məbləğdə 3620 manat müxtəlif qızıl-zinət əşyalarını cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, iddia tələbi 8920 manat məbləğində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki işin materiallarına əlavə edilmiş 31215 nömrəli qəbzin sürətindən görünür ki, cavabdeh İddiaçı qiymətləndirilən iddilar üzrə Tərtər Rayon Məhkəməsinin hesabına 110 manat pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 110 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının izahatını, tərəflər arasında bağlanmış müqaviini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh onun borclu olduğu 8920 (səkkiz min doqquz yüz iyirmi) manat məbləğində pul və ödənmilmiş 110 (yüz on) manat dövlət rüsumu alınıb, İddiaçı verilməlidir.İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 8920 (səkkiz min doqquz yüz iyirmi) manat məbləğində pul və ödənilmiş 110 (yüz on) manat dövlət rüsumu alınsın İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar