Məhkəmə qərarları › İş №e-2(062)-1010/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1010/2024

17.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1010/2024 17.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin rəhbəri X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə 17 aprel 2024-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq “ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin rəhbəri X2 məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, Tovuz rayonu Tovuz şəhəri İdris Axundzadə küçəsi 7 ünvanında ənhök) M.Zeynalov küçəsi) yerləşən qeyri-yaşayış sahəsi (ayaqqabı təmir sexi) iddiaçı "xxxx" ASC-nin mülkiyyətindədir zamnışad) əmlak reyestr nömrəsi **********18-06301, qeydiyyat nömrəsi **********). Həmin qeyri-yaşayış sahəsi Cavabdeh ailəsi ilə birgə :ulğo) X5 oğlu və həyat yoldaşı:X6 oğlu) qeyri-qanuni zəbt edilmişdir. Dörd ilə yaxındır ki, ASC-nin rəhbərliyi dəyişmiş və hazırda onun rəhbəri, o yəni X4 oğludur. Bu müddət ərzində, yəni iki ilə yaxındır ki, cavabdeh həmin ayaqqabı təmir sexində təhlükəli şəraitdə yaşayır və çıxmaqdan imtina edərək qanuni hüquqlarını həyata keçirməyə mane törədirlər. Dəfələrlə həmin vətəndaşın çıxmasını tələb etsələr də çıxmaqdan imtina edirlər. Həmçinin həmin qeyri-yaşayış sahəsində təmir-bərpa işləri aparmalıdırlar, lakin həmin vətəndaş müxtəlif maneə törədir, onlara məxsus qeyri-yaşayış sahəsinə daxil olmaqlarına və təmir işlərinin aparılmasına qəsdən imkan vermir, ASC-nin rəhbər heyətinin ünvanına təhqiredici ifadələr səsləndirir və hədələyir. Odur ki, Tovuz şəhəri İ.Axundzadə küçəsi ev 7 ünvanında yerləşən mülkiyyətində olan qeyri-yaşayış sahəsindən cavabdehin ailə üzvləri ilə birgə çıxarılmasını və qeyri-yaşayış sahəsinin onlara təhvil verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul edərək göstərdi ki, o ailə üzvləri ilə birlikdə 2005-ci ildən mübahisə olunan yaşayış sahəsində yaşayır. Həyat yoldaşı bazarın içində yerləşən emalatxana kimi olan binada yaşamaq şərti ilə orada gözətçi işləmişdir. Həmin vaxtdan da ora köçüb yaşamışlar. Oradan çıxmamaq üçün onlardan 10000 manat müqabilində həmin sahəni onlara satmaq istəsələr də, imkanı olmadığından ala bilməmişdir. Ailə üzvlərinə əri və oğlu daxildir. Yaşamaq üçün başqa yerləri yoxdur. Əslində keçmiş rəhbərlik həmin sahəni onlara vermişdir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş reyestr nömrəsi **********18-06301 olan çıxarışın surətindən görünür ki, Tovuz şəhəri M.Zeynalov küçəsində yerləşən qeyri-yaşayış binası 07 dekabr 2023-cü il tarixdə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayonu Tovuz şəhəri İdris Axundzadə küçəsi 7 ünvanında ənhök) M.Zeynalov küçəsi) yerləşən qeyri-yaşayış sahəsi (ayaqqabı təmir sexi) iddiaçı "xxxx" ASC-nin mülkiyyətindədir zamnışad) əmlak reyestr nömrəsi **********18-06301, qeydiyyat nömrəsi **********). Həmin qeyri-yaşayış sahəsini Cavabdeh ailəsi ilə birgə :ulğo) X5 oğlu və həyat yoldaşı: X6 oğlu) qeyri-qanuni zəbt etmişdir. Dörd ilə yaxındır ki, ASC-nin rəhbərliyi dəyişmiş və hazırda onun rəhbəri X4 oğlu cavabdehin çıxarılması barədə iddia qaldırmışdır. Bu müddət ərzində cavabdeh həmin ayaqqabı təmir sexində təhlükəli şəraitdə yaşayır və çıxmaqdan imtina edərək iddiaçı təşkilatın qanuni hüquqlarını həyata keçirməyə mane törədir. Dəfələrlə həmin vətəndaşın çıxmasını tələb etsələr də çıxmaqdan imtina edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etməsi hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn prinsipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh qanunsuz yaşadığı "xxxx" ASC-yə məxsus qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Eyni zamanda iddia ərizəsinin xahiş etdi hissəsində Cavabdeh yuxarıda adı çəkilən ailəsi ilə birgə çıxarılmasına məhkəmə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iddia ərizəsinin giriş hissəsində cavabdeh kimi yalnız Cavabdeh göstərilmişdir. Başqa şəxslər göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2ci maddəsinə əsasən, iddia ərizəsində cavabdehlər ayrılıqda göstərilməlidir. Göründüyü kimi, cavabdehin ailə üzvləri olan əri və oğlu yetkinlik yaşına çatmış şəxs olmalarına baxmayaraq, iddia ərizəsinin nə giriş hissəsində, nə də xahiş etdi hissəsində adları qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki işdə Cavabdeh ailə üzvləri iddia ərizəsində göstərilmədiyinə görə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsinin təhvil verilməsinə aid hissədə iddia təmin edilməməlidir. Belə ki, həmin hissə iddianın cavabdehin çıxarılmasına aid hissə icra edildikdən sonra icra qaydasında edilməli məsələdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh mübahisə olunan "xxxx" ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. İddianın qalan hissəsi təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh Tovuz şəhəri İ.Axundzadə küçəsi ev 7 ünvanında yerləşən "xxxx" ASCnin xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar