Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1790/2024 12.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 12 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 3000 manat pulun və 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil elektron qaydada ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə işlədiyi yerdə tanış olmuşdur. Həmin vaxt ona məxsus Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi, Litvin Babayev küçəsində yerləşən mənzilin təmiri üçün ustaya ehtiyac olmuşdur. Cavabdehi tanıdığı üçün onunla əlaqə saxlayaraq evin təmirini razılaşmışlar. Daha sonra cavabdehlə birlikdə həmin mənzilə getmişlər, 30000 manat qarşılığında evi tam təmirli vəziyyətdə 2 aya ona təhvil verəcəyinə cavabdeh söz vermişdir. O isə 30000 manatı cavabdehə vermişdir. Cavabdeh dediyi müddətdən də bir xeyli sonra əlaqə saxlanılan zaman təmir üçün yenidən 2000 manat da lazım olduğunu bildirmişdir. Əvvəl narazılığını bildirsə də, həmin 2000 manatı da cavabdehə vermişdir. Bir müddət sonra əlaqə saxlayaraq cavabdehdən evin təmirinin başa çatıb-çatmamasını soruşan zaman daha 3000 manat da lazım olmasını demişdir. Lakin pulu olmadığındandan “Rabitəbank”-dan 6500 manat kredit götürüb, cavabdehə 3000 manatı vermişdir. Bununla da o, cavabdehə ümumilikdə 35000 manat pul vermişdir. Cavabdeh evin təmirini tam etməmişdir. Lakin sonradan verilən 3000 manatı qaytarmamışdır, nə də ki evin təmirinə xərcləməmişdir. Bundan sonra, cavabdehlə dəfələrlə əlaqə saxlamaq istəsə də, alınmamışdır. Odur ki, Cavabdeh 3000 manat pulun və 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər iş yerindən tanış olmuşlar. Cavabdeh usta olmuşdur. İddiaçı evini təmir etdirən zaman cavabdehə müraciət etmişdir. Cavabdeh evi təmir etmək üçün əvvəlcə 30000 manat, sonra isə 2000 manat, daha sonra isə 3000 manat almışdır. Lakin 32000 manatlıq təmir işləri görmüş, lakin təmiri başa çatdırmamışdır. Sonradan verilən 3000 manat pulu isə cavabdeh nə evin təmirinə xərcləməmiş, nə də qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən pulunu istəsə də, cavabdeh pulu qaytarmamışdır. Cavabdeh məhkəməyə göndərdiyi ərizəsində iddiaçının verdiyi pulun məbləğində iş gördüyünü və qaimələri iddiaçıya verdiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, 3000 manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MM-nin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 756.1-ci maddəsinə görə, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi mövcud iş üzrə cavabdeh iddiaçının sifarişini tam yerinə yetirməmiş və sonda ödənilən 3000 manat pulu qaytarmamışdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. 3000 manat pul və ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin olunsun. 3000 manat pul və ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №e-2(062)-1790/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1790/2024
12.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver