Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-182/2024 08.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ İHakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «əmlak» tələbi ilə məhkəməyə müraciət edərək ona məxsus iddia ərizəsində qeyd olunan əmlakların və qızıl-zinət əşyalarının, ya naturada, ya da onların dəyəri olan cəmi 7813 manat pulun, mediasiya üçün ödənilmiş 50 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 50 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2012-ci il tarixdə el adəti ilə evlənmiş, nikahlarını xx.xx.2013-cü ildə rəsmiləşdirmişlər. xx.xx.2018-ci il tarixində nikahları məhkəmə qaydasında pozulmuşdur. Həmin vaxtdan indiyədək cavabdeh ilə aralarında müxtəlif məhkəmə çəkişmələri olmuşdur. Cavabdehlə aralarında mübahisələri kəskinləşdiyi və davamlı xarakter aldığı üçün həmin əşyaları götürməsi mümkün olmamışdır. Cavabdeh əşyaları könüllü verməkdən imtina edir. Cavabdehdə 1450 manat dəyərində paltaryuyan, 400+200 manat dəyərində plazma televizor, bir ədəd stul, 210 manat dəyərində qaz plitəsi, 25 manat dəyərində pas-pas, 35 manat dəyərində sərinkeş, 28 manat dəyərində qab setkası, 150 manat dəyərində 3x4 1 ədəd xalça, 120 manat dəyərində bir otaq üçün pərdə, 40 manat dəyərində 3 ədəd hamam dəsmalı, 160 manat dəyərində 30 banka mürəbbə, 200 manat dəyərində 40 banka turşu, 190 manat dəyərində 40 beçə, 25 manat dəyərində bir qaz farsunkası, 1400 manat dəyərində 9 baş xırda buynuzlu heyvan, 20 manat dəyərində 2 ədəd 1 materiallıq xalça, 450 manat dəyərində bir cüt sırğa, 200 manat dəyərində bir qolbaq, 600 manat+360 manat dəyərində iki ədəd boyunbağı, 200 manat+150 manat dəyərində iki ədəd klon və 02 iki ədəd üzük cavabdehə məxsus evdə qalmışdır. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, o Cavabdeh ilə 2012-ci ildə el adəti ilə evlənmiş, nikahlarını xx.xx.2013-cü ildə rəsmiləşdirmişlər. xx.xx.2018-ci ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdehdə 1450 manat dəyərində paltaryuyan, 400+200 manat dəyərində plazma televizor, bir ədəd stul, 210 manat dəyərində qaz plitəsi, 25 manat dəyərində pas-pas, 35 manat dəyərində sərinkeş, 28 manat dəyərində qab setkası, 150 manat dəyərində 3x4 1 ədəd xalça, 120 manat dəyərində bir otaq üçün pərdə, 40 manat dəyərində 3 ədəd hamam dəsmalı, 160 manat dəyərində 30 banka mürəbbə, 200 manat dəyərində 40 banka turşu, 190 manat dəyərində 40 beçə, 25 manat dəyərində bir qaz farsunkası, 1400 manat dəyərində 9 baş xırda buynuzlu heyvan, 20 manat dəyərində 2 ədəd 1 materiallıq xalça, 450 manat dəyərində bir cüt sırğa,2 ədəd boyunbağı, 2 ədəd klon, iki üzük və bir qolbağı cavabdehə məxsus evdə qalmışdır. Ona görə də, ona məxsus iddia ərizəsində qeyd olunan əmlakların və qızıl-zinət əşyalarının ya naturada, ya da onların dəyərinin, mediasiya üçün ödənilmiş 50 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 50 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək qızıl-zinət əşyaları üzrə bəzi dəqiqləşdirmə aparmışdır. O izahatında əlavə olaraq göstərmişdir ki, o Bakı şəhərində yaşayır. Bütün sübutlarını təqdim etmişdir. Xahiş edir ki, iş təxirə salınmasın. Məhkəmə iclaslarına gəlməkdə çətinlik çəkir. Gəlib-gedə bilmir. İddia ərizəsində göstərdiyi sırğanın bir tayını itirmişdir. Qalan qızılları isə cavabdeh lombarda girov qoymuşdur. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçının tələb etdiyi əşyaların hamısı icra məmurlarının iştirakı ilə aparılmışdır. Həmin əşyalardan “LG” firmalı paltaryuyan maşını öz vəsaiti hesabına 2021-ci ildə Cərəyan mağazasından almış və sənədləri də vardır. Televizoru isə nə zaman istəsə gətirib apara bilər. Qızıllardan sırğanın birini bacısının nişanında itirib, bir tayı isə ondadır. Beləliklə bir cüt sırğa, uşağa məxsus 1 qolbağı, uşağa məxsus 1 dəd klon, bir uşaq üçün olmaqla iki boyunbağı və iki üzük vardır ki, onlar da bankdadı. Eyni zamanda iddiaçının tələb etdiyi əşyalardan təkcə televizor vardır. Odur ki, iddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan nisyə satış müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə LGF4M5VS6S kodlu mal almışdır. İş materiallarında olan diskdən görünür ki, X1 bəzi cehiz əşyalarını aparmaq üçün bir yerə toplayır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə 2012-ci il tarixdə el adəti ilə evlənmiş, nikahlarını xx.xx.2013-cü ildə rəsmiləşdirmişlər. xx.xx.2018-ci ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. Google internet axtarış sistemi üzrə axtarış aparılarkən həqiqətən də həmin kod altında olan məhsulun paltaryuyan olması aşkar olumuşdur. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh LGF4M5VS6S markalı televizor üçün müxtəlif vaxtlarda paltaryuyan maşın üçün ödənişlər etmişdir. Göründüyü kimi iddiaçı həmin paltaryuyanın özünün gətirdiyi cehiz əmlak olmasına dair sübutlar təqdim etməmişdir. Məhkəmə iddia tələbinin televizor və qızıllara aid hissəsini əsaslı hesab edir. Belə ki, cavabdeh iddia tələbini televizora aid hissədə qəbul etdiyindən məhkəmə həmin hissədə əlavə araşdırılma aparılmasını zəruri hesab etmir. Qızllara aid hissədə isə məhkəmə onu qeyd edir ki, göründüyü kimi iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə vermişdir. Həmin ərizə əsasında iddiaçı 450 manat dəyərində bir cüt sırğa,2 ədəd boyunbağı, 2 ədəd klon, iki üzük və bir qolbağının cavabdehdən alınmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatında isə sırğanın bir tayının itirildiyini bildirmişdir. Cavabdeh qızıllara aid hissədə iddianı qəbul etmişdir. Belə ki, o iddiaçıya hədiyyə edilmiş əmlakı cavabdehdən alaraq banka girov qoymuşdur. Cavabdeh iddiaçıya məxsus qızılların hesabına götürülmüş pulun ailənin ümumi mənafeyinə xərclənməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qızıllara aid hissədə təmin edilməlidir. Beləliklə sırğanın bir tayı, uşağa məxsus 1 qolbağı, uşağa məxsus 1 dəd klon, bir uşaq üçün olmaqla iki boyunbağı və iki üzük, həmin əmlaklar natutrada mövcud olmadıqda isə onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçı iddianın qalan hissəsi üzrə sübutlar təqdim etmədiyindən iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna və tərəflərin izahatına qiymət verərək hesab edir ki, Cavabdeh dəyəri 400 manat olan televizor, dəyəri 225 manat olan sırğa tayı, dəyəri 200 manat olan 1 ədəd qolbağı, dəyəri 600 manat olan 1 ədəd boyunbağı,dəyəri 360 manat olan bir ədəd qolbağı, dəyəri 150 manat olan 1 ədəd klon, cəmi dəyəri 250 manat olan 2 ədəd üzükdən ibarət əşyalar alınıb İddiaçı verilməlidir. Belə ki, iddiaçı ərizəsində 3 üzüyün qiymətinin 750 manat olduğunu göstərdiyindən və qiymətlə bağlı tərəflər arasında mübahisə olmadığından məhkəmə hesab edir ki, bir üzüyün qiyməti 250 manat müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia 2185 manat məbləğində əmlaka münasibətdə təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 41 manat 85 qəpik hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh dəyəri 400 manat olan televizor, dəyəri 225 manat olan bir cüt sırğanın bir tayı, dəyəri 200 manat olan 1 ədəd qolbağı, dəyəri 600 manat olan 1 ədəd boyunbağı,dəyəri 360 manat olan bir ədəd qolbağı, dəyəri 150 manat olan 1 ədəd klon, cəmi dəyəri 250 manat olan 2 ədəd üzükdən ibarət qızıl-zinət əşyaları, həmin əşyalar naturada mövcud olmadığı halda onların dəyəri alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 41 manat 85 qəpik hissəsi Cavabdeh alınıb İddiaçı verilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-182/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-182/2024
08.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver