Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2876/2024 30.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “Subroqasiya qaydasında pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyana görə iddiaçı "xxxx" Şirkəti ASC tərəfindən ödənilmiş 2324,32 manat sığorta ödəniş məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 43,24 manat dövlət rüsumu məbləğinin Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, avtonaqliyyat vasitasi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzra sığorta hadisasi hesab edilə bilən halın tafarrüatları baradə arayışa (forma 4) əsasan, xx.xx.2023-cü ildə Cavabdeh tərəfindən idarə olunan “Dong Feng DFL3258A3" markalı, ** JF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək nəticədə “Absheron Saffron LTD" MMC-yə məxsus transfarmator-dəmir, hasar-səki əmlaka ziyan vurmuşdur. İş materiallarına alava edilmiş PAT********** nömrali sığorta müqaviləsinn 127973 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh idara etdiyi "Dong Feng DFL3258A3” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" SŞdə avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzra sığortalı olmuşdur. İş materillarına alava edilmiş "xxxx" MMC tərəfindən taqdim edilmiş “Qiymətlərin razılaşdırma protokoluna” asasən, "xxxx" MMC-yə 2324.32 AZN (iki min üç yüz iyirmi dörd manat otuz iki qəpik) məblağində zərər dəymişdir. “Ataşgah" Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına alava edilmiş xx.xx.2024-cü il tarixli 120İNTL240310004 saylı ödəniş tapşırığına asasan, "xxxx" MMC-ya 2324.32 AZN (iki min üç yüz iyirmi dörd manat otuz iki qəpik) sığorta ödənişi hayata keçirmişdir. xx.xx.2023-cü ildə yol-naqliyyat hadisəsi zamanı X1 hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Bela ki, TP seriyalı inzibati tənbeh vermə haqqında qarardan görünür ki, X1 İXM-nin 327.6 va 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Hesab edir ki, ödənilmiş 2324.32 AZN (iki min üç yüz iyirmi dörd manat otuz iki qəpik) sığorta ödanişi Cavabdeh iddiaçı "xxxx" Sığorta Şirkati ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan PAT********** nömrali sığorta müqaviləsinn 127973 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh idara etdiyi "Dong Feng DFL3258A3” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" SŞ-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzra sığortalı olmuşdur. İş materillarına alava edilmiş "xxxx" MMC tərəfindən taqdim edilmiş “Qiymətlərin razılaşdırma protokolu”ndan görünür ki, "xxxx" MMC-yə 2324.32 AZN (iki min üç yüz iyirmi dörd manat otuz iki qəpik) məblağində zərər dəymişdir. İş materiallarına alava edilmiş xx.xx.2024-cü il tarixli 120İNTL240310004 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-yə 2324.32 AZN (iki min üç yüz iyirmi dörd manat otuz iki qəpik) sığorta ödənişi hayata keçirmişdir. TP seriyalı inzibati tanbeh vermə haqqında qarardan görünür ki, Cavabdeh İXMnin 327.6 va 327.1-ci maddalari ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını təqdim etsə də, etiraz əsaslandırılmadığından işin iddia icraatına keçirilməsini məhkəmə qanuna müvafiq hesab etməmişdir. Cavabdeh iddiaçının ona qarşı pul tələbinin tam əsassız olduğunu bildirsə də, etirazda bunu əsaslandırmamış və bunu təsdiq edən sübutlarını etirazına əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-5.5. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. Öncə məhkəmə onu qeyd edir ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının sığorta olunana qarşı subroqasiya hüququ yaranır. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, 2324,32 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 43,24 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Şirkəti ASC-yə ödənilməlidir. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: 2324 (iki min üç yüz iyirmi dörd) manat 32(otuz iki qəpik) sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 43 (qırx üç) manat 24 (iyirmi dörd qəpik) dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-2876/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2876/2024
30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver