Məhkəmə qərarları › İş №e-2(062)-4383/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-4383/2025

14.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-4383/2025 14.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkil) Nümayəndəq qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-ziynət əşyaları və maddi ziyan” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “qızıl-ziynət əşyaları və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdur. Cavabdeh 5000 manat dəyərində, fantaziya formalı, briliyant qaşlı, 16 qramlıq, 1,5 katratlıq, 585 ayarlı qızıl, bir cüt sırğa üzük dəstinin 1500 manat dəyərində ilan qabığı formalı, 10 qramlıq 585 əyarlı bir ədəd qızıl sepin, 1000 manat dəyərində fantaziya formalı brilyant qaşlı 4 qramlıq 0,03 karatlıq 1 ədəd qızıl klon natura formasında, bu mümkün olmadıqda onların dəyəri olan 7500 manat pulun , mediasiya xərci olaraq ödənilmiş 60 manat pulun 36 manat dövlət rüsumunun, 1000 manat vəkil xidmət haqqının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndəq qızı məhkəmə iclasında ərizə verərək cavabdehlə razılaşmalarını bildirərək iddiadan imtina edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddiaçı ilə mübahisəni öz aralarında həll etmişlər. Ona görə də, iş üzrə icraata xitam verilməsini xahiş etdi.. Məhkəmə tərəflərin izahatlarını dinləyərək bu qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. İşdə olan ərizədən məlum olur ki, İddiaçı Cavabdeh qarşı “qızıl-ziynət əşyaları və maddi ziyan” tələbinə dair məhkəmədə qaldırdığı iddiadan imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İşdən göründüyü kimi iddiaçının nümayəndəsi (vəkil) Nümayəndəq qızı məhkəməyə ərizə verərək, iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının iddiadan imtina etməsi üçüncü şəxslərin mənafeyinə toxunmur. Ona görə də, iddiaçı tərəfin iddiadan imtinası qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-ziynət əşyaları və maddi ziyan” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar