Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № e-2(063)-423/2024 07.03.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin caabdeh Cavabdeh qarşı maddi ziyan tələbi barədə iddia ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı maddi ziyan tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının əmlakına (madi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2946,49 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğin cavabdehdən tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində, tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və işin həllinə dair qətnamə qəbul ediləcəyi barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı varsa öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim edə, poçt vasitəsi ilə göndərə biləcəyi cavabdehə izah olunmuşdur. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək borclunun iddiaçıya olan borcunu tam şəkildə ödədiyini göstərib, işi baxılmamış saxlayaraq sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq hesab edir ki, iddiaçının səlahiyyətli nümayəndəsi işin baxılmamış saxlanılması haqqında ərizə ilə müraciət etdiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddiaçının cavabdehə qarşı maddi ziyan tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalı, eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iş üzrə tərəflərə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olması izah edilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, iddia ərizəsində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin iddia ərizəsinə əlavə edildiyi göstərilsə də, zərf açılan zaman həmin qəbzin iddia ərizəsinə əlavə edilmədiyi müəyyən olunmuşdur. Belə ki, 23 fevral 2024-cü il tarixdə Ucar Rayon Məhkəməsinin mütəxəssisi (dəftərxana müdiri) X2, Ucar Rayon Məhkəməsinin kompüter proqramçısı X4 və Ucar Rayon Məhkəməsinin operatoru X3 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, İddiaçı MMC-nin caabdeh Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi 23 fevral 2024-cü il tarixdə dəftərxanaya daxil olmuş, zərf açılarkən iddia ərizəsində əlavər siyahısında dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz qeyd edilsə də ərizəyə əlavə edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin caabdeh Cavabdeh qarşı maddi ziyan tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə tərəflərə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olması izah edilsin. Qərardaddan 10 gün müddətində Ucar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-423/2024
Ucar Rayon Məhkəməsi Qərardad — İş №e-2(063)-423/2024
07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver