Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-1258/2025 06.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi”nə dair iddia ərizəsi üzrə mülki işin materiallarına baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “əmlak tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikah dövründə əldə etdiyi Füzuli rayonu Əhmədalılar kəndində yerləşən torpaq sahəsinin və dövlət qeydiyyat nişanlı ** DV *** Renault Megane minik markalı avtomobilin payların müəyyən edilərək ½ hissəsinin Cavabdeh, ½ hissəsinin onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsinin əsaslandırma və nəticə hissəsindən görünür ki, iddia ərizəsinin bir hissəsi latın qrafikalı Azərbaycan əlifbası ilə, bir hissəsi isə qeyri-müəyyən qrafika ilə yazılmışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində nikah dövründə əldə etdikləri torpaq sahəsinin və avtomobilin üzərində payının müəyyən edilməsini xahiş etsə də, həmin əmlakların mövcud olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsində mübahisəli əmlaklara dair sənədlərin cavabdehdə olmasını və ona verilməməsini qeyd edərək həmin sənədlərin alınmasında köməklik göstərilməsini xahiş etmişdir. Bununla bağlı qeyd edirəm ki, iddia ərizəsində mübahisəli əmlaklara dair sənədləri əldə edə bilmədiyini göstərsə də, həmin sənədləri əldə etməsi üçün təşəbbüs göstərməsi, lakin həmin sənədlərin əldə edilməsinin onun iradəsindən asılı olmayan səbəbdən baş tutmaması barədə sübutu iddia ərizəsinə əlavə etməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli vəkil orderinin surətindən aydın olur ki, iddiaçı ona yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün 19 saylı Vəkil Bürosunun vəkili Vəkil Sabiq qızı ilə müqavilə bağlamışdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən vəkillərin peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin məcəllənin 152.1.1 maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “əmlak tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-1258/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-1258/2025
06.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver