Məhkəmə qərarları › İş №e-2(064)-1263/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1263/2023

19.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1263/2023 19.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən subroqasiya hüququ əsasında əsasında vurulmuş zərərə görə 353 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 383,40 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 sentyabr 2021-ci il tarixdə cavabdehin idarə etdiyi “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mersedes Benz E320” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, araşdırma zamanı həmin hadisənin cavabdehin təqsirindən baş verdiyi, sonuncunun hadisə yerindən yayındığı, sonuncu avtomobilin əzilməsi nəticəsində sahibinə 353 manat məbləğində maddi zərər vurulduğu müəyyən edilmiş, buna görə də inzibati tənbeh vermə haqqında 25 sentyabr 2021-ci il tarixli, ******* nömrəli qərarla cavabdeh Azərbaycan Respublikası CM-in 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Bu səbəbdən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki,: - sığortalı cavabdehin idarə etdiyi “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı iddiaçı tərəfindən 26 avqust 2021-ci il tarixdən 26 avqust 2022ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır (099616 nömrəli sığorta aktına əsasən). - Cavabdeh 07 sentyabr 2021-ci il tarixdə saat 17:49-da Bakı şəhəri, Nərimanov rayonu, M.Müşviq küçəsi ərazisində idarə etdiyi “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində həmin avtomobilin “Mersedes Benz E320” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması və hadisə yerindən yayınmağa görə Azərbaycan Respublikası İXM-in 327.1 və və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir (25 sentyabr 2021-ci il tarixli, TP4625456 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən).. - Göstərilən inzibati xəta nəticəsində “Mersedes Benz E320” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsinə görə çəkilən xərc cəmi 353 manat təşkil etmişdir (Dəymiş zərərin qiymətləndirilməsi barədə 20 aprel 2022-ci il tarixli hesabata əsasən). - sığortaçı iddiaçı göstərilən inzibati xəta nəticəsində vurulmuş maddi zərərin aradan qaldırılması üçün “Mersedes Benz E320” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 06 oktyabr 2021-ci il tarixdə 353 manat məbləğində pul ödəmişdir (06 oktyabr 2021-ci il tarixli, 8262 nömrəli ödəniş tapşırığına əsasən). Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh tərtib edilmiş 25 sentyabr 2021-ci il tarixli, TP4625456 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati məsuliyyətə cəlb olunduğu inzibati xəta hadisəsini törətdikdən sonra yol nəqliyyat hadisəsi yerindən yayındığına görə iddiaçının həmin hadisəyə görə zərər dəymiş X1 ödədiyi 353 manat məbləğində pulu cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 77.1, 216-220, 222, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 353 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 383,40 manat məbləğində pul tutulub İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar