Məhkəmə qərarları › İş №e-2(064)-46/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-46/2024

12.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-46/2024 12.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qızıl-əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus İtalya istehsalı olan - 1 ədəd 750 əyar, 18 qram, ağ qızıldan komplekt dəst, yəni brilliyant qaşlarla bəzədilmiş salxımabənzər formalı 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük, 1 cüt sırğa – 3100 manat dəyərində və İtalya istehsalı olan - 1 ədəd 750 əyar, 7 qram, ağ qızıldan ortası brilliyant qaşlarla bəzədilmiş gül formalı, kənarları toxunmalı nişan üzüyü – 800 manat dəyərində olmaqla qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona geri qaytarılması, geri qaytarılması mümkün olmazsa, onların cəmi dəyəri olaraq 3900 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, o, İddiaçı 01 mart 2022-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan sonra Cavabdeh valideynləri ilə birgə yaşadığı evə köçmüşdür. Sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün və qaynanasının söz-söhbətlərinə görə birgə yaşamaqları mümkünsüz hala gəlmiş və belə mübahisələrin birindən sonra dözə bilməyib həmin evdən çıxıb anasının yaşadığı evə getmiş, həmin gündən sonra bir daha cavabdehin yaşadığı evə qayıtmamış və nikahlarının pozulması ilə bağlı artıq məhkəməyə müraciət etmişdir. Bildirir ki, ailə qurduqları zaman cavabdehin özü və qaynanası tərəfindən ona nişan və toy hədiyyəsi olaraq İtalya istehsalı olan qızıl-zinət əşyaları (İtalya istehsalı olan - 1 ədəd 750 əyar, 18 qram, ağ qızıldan komplekt dəst, yəni brilliyant qaşlarla bəzədilmiş salxımabənzər formalı 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük, 1 cüt sırğa – 3100 manat dəyərində və İtalya istehsalı olan - 1 ədəd 750 əyar, 7 qram, ağ qızıldan ortası brilliyant qaşlarla bəzədilmiş gül formalı, kənarları toxunmalı nişan üzüyü – 800 manat dəyərində) verilmişdir. Toydan 1 gün sonra Cavabdeh və onun valideynləri ilə birgə yaşadıqları evdə olarkən Cavabdeh həmin qızıl-zinət əşyalarını ondan götürmüş və həmin evdə yaşayan anası, yəni qaynanası Rahilə Cəfərovaya saxlamaq üçün verəcəyini demişdir. X1 ilə sonuncu mübahisədən sonra həmin evdən çıxıb öz anasının yaşadığı evə gedərkən qeyd etdiyi qızıl-zinət əşyaları həmin evdə, yəni X1da qaldı. Sonradan o, dəfələrlə həmin qızılzinət əşyalarını Cavabdeh istəsə də, sonuncu onları ona qaytarmamışdır. Qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq edən fotoşəkilləri və videoları, habelə iş ilə əlaqədar digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər məhkəmə iclası zamanı məhkəməyə təqdim edəcəkdir. Cavabdeh könüllü olaraq həmin əşyaları ona qaytarmır. Ona görə də, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixli məhkəmənin hazırlıq iclasında bildirdi ki, cavabdeh iddiaçı ilə “WatsApp” sosial şəbəkəsində yazışarkən ona “salam.mamam deyir vermişəm özünə hamısın” ifadələrini yzaması onu deməyə əas verir ki, doğrudan da qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyənləşir ki, tərəflər arasında “WatsApp” sosial şəbəkəsində qarşılıqlı şəkildə yazışmalar aparılmış və iddiaçı həmin yazışmalarda ona məxsus olmuş qızıl-zinət əşyalarının qaytarılmasını cavabdehdən israrla tələb etmişdir. Cavabdeh bu yazışmalarda qızıl-zinət əşyalarının mövcudluğunu və iddiaçıya hədiyyə verildiyini mübahisələndirməmiş və “salam.mamam deyir vermişəm özünə hamısın” ifadələrini yazmışdır. Bu hal məhkəməyə onu deməyə əsas verir ki, həqiqətən də iddiaçıya hədiyyə verilmiş ərizədə sadalanan qızıl-zinət əşyaları iddiaçının qanuni sahibliyindən çıxmaqla cavabdehdə qalmışdır. Cavabdehin (və ya anasının) həmin qızıl-zinət əşyalarını sonradan iddiaçıya qaytarmasını əks etdirən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə elə buradaca onu qeyd etməyi zəruri hesab edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı öz üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməklə qızıl əşyalarının cavabdehdə olmasını təsdiq etmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, ərizədə sadalanan qızıl-zinət əşyaları naturada və ya bu mümkün olmadıqda dəyəri (zərgərlik fəaliyyəti göstərən fiziki şəxs R.Əliyevin təsdiq etdiyi arayışda qeyd olunmuş qiymətlər) pulla cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan iddia tələbinin qanuni əsasları ilə bağlı mülki və ailə qanunvericiliklərinin bir sıra normalarına istinad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş qızıl-əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı qızıl-əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 225.3-cü maddəsinin tələbinə görə isə daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan qızıl-əmlak nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələri də eyni mövqeni bildirir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz qızıl-əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə 60 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə şərh olunanlara əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112, 119, 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏTETDİ: İddia təmin olunsun. İddiaçı məxsus qızıl-zinət əşyaları - 1 ədəd 750 əyar, 18 qram, ağ qızıldan komplekt dəst, yəni brilliyant qaşlarla bəzədilmiş salxımabənzər formalı 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük, 1 cüt sırğa – 3100 manat dəyərində və İtalya istehsalı olan 1 ədəd 750 əyar, 7 qram, ağ qızıldan ortası brilliyant qaşlarla bəzədilmiş gül formalı, kənarları toxunmalı nişan üzüyü – 800 manat dəyərində olmaqla naturada və ya bu mümkün olmadıqda dəyəri pulla Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 60 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar