Məhkəmə qərarları › İş №e-2(064)-764/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-764/2024

01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-764/2024 01.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş zərərin subroqasiya qaydasında ödənilməsi tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə 7250 manat və ödənilmiş dövlət rüsumuna görə 92,5 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh2 sürücülük hüququ və etibarnaməsi olmadan sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21074” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X7 vəfat etmiş, X9 az ağır və X4 yüngül dərəcəli xəsarətlər almışdılar. Hadisə zamanı Cavabdeh2 idarə etdiyi “VAZ 21074” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər İddiaçı SŞda avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Həmin müqavilədən görünür ki, etibarnamə əsasında nəqliyyat vasitəsinə qanuni sahiblik edən Cavabdeh1 isə sığorta müqaviləsi üzrə sığortalı olmuşdur. Hadisə zamanı vəfat etmiş X3 görə 2370 saylı ödəniş tapşırığına əsasən arvadı X5 2500 (iki min beş yüz manat), 2369 nömrəli ödəniş tapşrığına əsasən anası X1 2500 AZN (iki min beş yüz manat) cəmi 5000 ( beş min manat), 3662 saylı ödəniş tapşırığına əsasən X6 az ağır xəsarət almasına görə 1500 AZN (min beş yüz manat) və 2368 saylı ödəniş tapşırığına əsasən yüngül dərəcəli xəsarət almış X2 750 AZN (yeddi yüz əlli manat) ümumilikdə 7250 AZN (yeddi min iki yüz əlli manat) sığorta ödənişi həyata keçirilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsininxx.xx.2017-ci il tarixli 1(089)-397/2017 nömrəli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh2 nəqliyyat vasitəsini sürücülük hüququ və etibarnaməsi olmadan sərxoş vəziyyətdə idarə etdiyinə görə CM-nin 263-1.3-cü maddəsi ilə məhkum olunmuşdur. DİN-nin BDYPİ-si tərəfindən verilmiş xx.xx.2018-ci il tarilxi 49469/218 saylı məktubdan görünür ki, hadisə vaxtı nəqliyyat vasitəsi etibarnamə əsasında Cavabdeh1 qanuni sahibliyində olmuşdur. Ona görədə Cavabdeh2 və atası Cavabdeh1 qarşı subroqasiya hüququ yaranmışdır. “VAZ 21074” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qanuni əsasla (etibarnamə) sahiblik edən Cavabdeh1, həmçinin sığorta müqaviləsinin tərəfidir. Beləliklə, sığorta münasibətində sığortalı kimi iştirak edən Cavabdeh1 nəqliyyat vasitəsinin sığortalı olduğunu bilə-bilə onu sürücülük vəsiqəsi olmayan və dolayısı ilə nəqliyyat vasitəsini idarə etməyi bilməyən birinə etibarnamə olmadan vermişdir. Ona görə də subroqasiya qaydasında iddia tələbi məhz Cavabdeh1 qarşı da yaranmalıdır. Hesab edir ki, 7250 AZN ( yeddi min iki yüz əlli manat) pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək iddia tələbini etiraf etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır . Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki,: - “VAZ 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən PAT********** nömrəli şəhadətnamə əsasında xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır (“İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması” və sığorta aktının surətləri əsasında); - cavabdeh xx.xx.2017-ci il tarixdə sürücülük hüququ və etibarnaməsi olmadan sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21074” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X7 vəfat etmiş, X9 az ağır və X4 yüngül dərəcəli xəsarətlər almışdılar (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surəti (forma 4) əsasında); - hadisə zamanı Cavabdeh2 nəqliyyat vasitəsini sürücülük hüququ və etibarnaməsi olmadan sərxoş vəziyyətdə idarə etdiyinə görə CM-nin 263-1.3-cü maddəsi ilə məhkum olunmuşdur ( Lənkəran Ağır Cinayətlər Məhkəməsininxx.xx.2017-ci il tarixli 1(089)- 397/2017 nömrəli hökmünün surəti əsasında); - hadisə zamanı vəfat etmiş X3 görə 2370 saylı ödəniş tapşırığına əsasən arvadı X5 2500 manat, 2369 nömrəli ödəniş tapşrığına əsasən anası X1 2500 manat cəmi 5000 manat, 3662 saylı ödəniş tapşırığına əsasən X6 az ağır xəsarət almasına görə 1500 manat və 2368 saylı ödəniş tapşırığına əsasən yüngül dərəcəli xəsarət almış X2 750 manat ümumilikdə 7250 manat sığorta ödənişi həyata keçirilmişdir (sığorta ödənişlərinin əsasında). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə göstərilən sənədlər və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, hadisə zamanı Cavabdeh2 təqsirli bilinmişdir və DİN-nin BDYPİ-si tərəfindən verilmiş xx.xx.2018-ci il tarilxi 49469/218 saylı məktubdan görünür ki, hadisə vaxtı nəqliyyat vasitəsi etibarnamə əsasında Cavabdeh1 qanuni sahibliyində olmuşdur. Ona görədə Cavabdeh2 və atası Cavabdeh1 qarşı subroqasiya hüququ yaranmışdır. Həmçinin cavabdehlər özləri də yaranmış borcu etiraf etmişdirlər. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 92,5 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilmiş sığorta ödənişə görə 7250 manat və dövlət rüsumuna görə ödənilmiş 92,5 manat məbləğində pul tutulub İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar