Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-772/2024 14.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) cavabdeh X3 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə 2079,75 manat və ödənilmiş dövlət rüsumuna görə 40,4 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə "xxxx" BOKT MMC-yə (bundan sonra MMC) məxsus olan və MMC ilə cavabdeh X4 arasında bağlanmış daxili lizinq müqaviləsi əsasında sonuncunun istifadəsinə verilmiş və yol-nəqliyyat hadisəsi zamanı sonuncunun idarə etdiyi "xxxx" ASC-də (bundan sonra ASC) icbari sığorta” qaydasında sığortalanmış **-AU-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil və X1 idarə etdiyi **-CN-*** dövlət nömrə nişanlı “Hyundai sonata minik" markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində X4 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-AU-*** dövlət qeydiyyatişanlı “Hyundai 130 minik" markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə **-AU-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil və **-CN-*** dövlət nömrə nişanlı “Hyundai sonata minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, cavabdeh X4 yol- nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-İn 327.1 -ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" BOKT MMC-nin 01 aprel 2024-cü il tarixli, 2124İK/24 saylı məktubundan müəyyən olunur ki, **-AU-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil MMC ilə cavabdeh X4 arasında bağlanmış daxili lizinq müqaviləsi əsasında sonuncunun istifadəsinə verilmişdir və həmin müqavilənin 15.4-cü maddəsinə əsasən cavabdeh lizinq obyektindən istifadə nəticəsində üçüncü şəxslərə vurulmuş zərərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş **-CN-*** dövlət nömrə nişanlı “Hyundai sonata minik" markalı avtomobilin sığortaçısı "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sığorta aktı və xx.xx.2024-cü il tarixli zərər dəymiş avtomobilin qiymətləndirilməsinə dair hesabatından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində **-CN- *** dövlət nömrə nişanlı “Hyundai sonata minik” markalı avtomobilə dəymiş zərər "xxxx" /.SC tərəfindən 2470 (iki min dörd yüz yetmiş) manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, vurulmuş zərərə görə ödənilmiş 2470 (iki min dörd yüz yetmiş) manat məbləğində sığorta ödənişinin ödənilməsi “Paşa sığorta" ASC tərəfindən irəli sürülmüş və həmin məbləğ qarşılığında 2079.75 manat (iki min yetmiş doqquz manat yetmiş beş qəpik) müvafiq qaydada "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli geriyə tələb məktubundan və həmin məktubun cavabdehə göndərilməsini təsdiq edən xəbəmamədən müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə "xxxx" ASC-yə ödənilmiş 2079.75 (iki min yetmiş doqquz manat yetmiş beş qəpik) manat məbləğində pulun ASC-yə ödənilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki: - **-AU-*** dövlət qeydiyyatişanlı “Hyundai 130 minik" markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır (xx.xx.2023-cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətinə əsasən); - xx.xx.2024-cü il tarixdə **-AU-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil və **-CN-*** dövlət nömrə nişanlı “Hyundai sonata minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, cavabdeh X4 yol- nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-İn 327.1 -ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir (xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ surətinə əsasən); - xx.xx.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində **-CN-*** dövlət nömrə nişanlı “Hyundai sonata minik” markalı avtomobilə dəymiş zərər "xxxx" /.SC tərəfindən 2470 (iki min dörd yüz yetmiş) manat məbləğində qiymətləndirilmişdir ("xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sığorta aktı və xx.xx.2024-cü il tarixli zərər dəymiş avtomobilin qiymətləndirilməsinə dair hesabatının surətinə əsasən); - vurulmuş zərərə görə ödənilmiş 2470 (iki min dörd yüz yetmiş) manat məbləğində sığorta ödənişinin ödənilməsi “Paşa sığorta" ASC tərəfindən irəli sürülmüş və həmin məbləğ qarşılığında 2079.75 (iki min yetmiş doqquz manat yetmiş beş qəpik) tərəfimizdən müvafiq qaydada "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür (xx.xx.2024-cü il tarixli subroqasiya tələblərinin reyestrin surətinə əsasən). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 40,4 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X2 ödənilmiş sığorta ödənişə görə 2079,75 manat, dövlət rüsumuna görə 40,4 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-772/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-772/2024
14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver