Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-91/2025 21.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydad 1242,23 manat məbləğində vurulmuş zərər və 32,42 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1275,05 (bir min iki yüz yetmiş beş manat, beş qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-1930/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi tələbi”nə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, Lökbatan qəsəbəsi, 28 May küçəsində Cavabdeh1 mülkiyyətində olmuş və Cavabdeh2 idarə etdiyi, "xxxx" ASC-də (bundan sonra “Cəmiyyət”) “icbari sığorta” qaydasında sığortalanmış, “Nissan Sunny” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı və X2 idarə etdiyi “Hyundai Elantra” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyat hadisəsi baş vermişdir. Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Fərid Qasımov tərəfindən qeyd edilən iş üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən sürücü Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsi 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun əməlində AR İXM-nin 332.1-ci maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada ölçü götürülməsindən ötrü qəbul edilmiş qərarın surəti Qaradağ RPİ DYPŞ yə göndərilmişidir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Nissan Sunny minik” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Fərid Qasımov tərəfindən qeyd edilən iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan (Forma 4) müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt “Nissan Sunny minik” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. İddia ərizəsinə əlavə edilmiş “İcbari Sığorta Bürosu”nun informasiya sistemindən çıxarışdan göründüyü kimi, hadisə törədilən vaxt zərər dəymiş “Hyundai Elantra minik” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin zərər aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra minik” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobilə 1150 (bir min bir yüz əlli) manat məbləğində ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin sığorta aktından və ödəniş tapşırığından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi “Hyundai Elantra minik” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərlə bağlı 1150 (bir min bir yüz əlli) məbləğində sığorta ödənişi hadisə anında həmin avtomobilin mülkiyyətçisi olmuş zərərçəkmiş şəxsə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, iştirakçılar arasında keçirilmiş xx.xx.2024-cü il tarixli nettinqin nəticələrinə əsasən “Hyundai Elantra minik” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün ASC-nin hesabından həmin avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari qaydada” sığortalamış "xxxx" ASC-nin xeyrinə 1242,23 (bir min iki yüz qırz iki manat, iyirmi üç qəpik) manat məbləğində vəsait tutulmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS-S-24/1608 saylı pretenziya məktubundan müəyyən olunur ki, cavabdehlərə mübahisənin nizama salınması üçün ASC tərəfindən ona geriyə tələb məktubu göndərilmişdir. Eyni zamanda yuxarıda qeyd edilən telefon nömrələri vasitəsi ilə əlaqə saxlanılaraq borcun ödənilməsi tələb edilmiş, lakin cavabdehlər tərəfindən iddiaçının hesabına heç bir ödəniş edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən göründüyü kimi Cavabdeh2 ASC-yə müraciət edərək borc məbləğinin hissəli şəkildə ödəyəcəyini vəd vermiş lakin bunu icra etməmişdir. Bu səbəbdən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddia tələbinə yazılı etirazını məhkəməyə təqdim edərək izahatında bildirmişdir ki, 15 yanvar 2024-cü il tarixdə Rövşənin qəfildən qabağına çıxması ilə idarəetməni itirməyi səbəbindən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı yoldaşı Hüseynova Zərif onun yanında olmuşdur. Lakin Qaradağ Rayon Polis İdarəsinin baş təhqiqatçısı Fərid Qasımov ona “qoca qadındır, işə cəlb etməyək, narahatlıq yaratmayaq” demiş, o da etiraz etməmiş, təhqiqatçı tərəfindən 40 manat cərimə olunmuş və bu cəriməni də ödəmişdir. Hadisə baş verdikdən sonra Fərid Qasımovun iştirakı ilə Rövşənlə danışmış və o, ona maşınını 350 manata təmir edə biləcəyini demişdir. O da həmin pulu təhqiqatçının yanında Rövşənə ödəmişdir. Əgər Rövşən ondan zərərin əvəzi üçün daha çox pul istəsə idi, onu da ödəyərdi. Sığorta şirkəti ilə həll etdiyini bilsə idi, pulunu elə şirkətə ödəyərdi. Rövşən həm ondan, həm də sığorta şirkətindən pul alıb. Bundan başqa o, öz sığorta şirkətinə gedərək məsələni müzakirə etmiş, zərəri Rövşənə ödədiyini bildirmiş, lakin buna baxmayaraq məzmununu tam başa düşmədiyi ərizə imzalamışlar. O, bu ərizəni sonradan geri götürmüş və ödədiyi 120 manatı da ona geri veriblər. Həmçinin qeyd etmişdir ki, sığorta şirkətinin yazdığı ərizədə qeyd olunur ki, o, yoldaşının adına olan avtomobili hüququ olmadan istifadə etmişdir. Lakin nikah haqqında şəhadətnamədən də göründüyü kimi 58 ildir ki, yoldaşı ilə birlikdə yaşayır, təsərrüfatı birgə idarə edir və maşını da birgə nikah dövründə almışlar. Maşını aldığı gündən etibarən yoldaşının verdiyi etibarnamə ilə o, idarə edir, hadisə olan vaxt etibarnaməmin müddəti qurtarmışdır. Amma etibarnamənin müddətinin qurtarmağı onu hüququ olmayan şəxs etmir. Nikah müddətində ər-arvadın əldə etdiyi əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bu əmlak üzərində sahiblik istifadə və sərəncam ər və arvadın qarşılıqlı razılığı ilə həyata keçirilir. Cavabdeh1 ona etibarnamə verməklə razılığını bildirmiş olur. Aralarında boşanma olsa idi, maşının məbləği yarı bölünəcəkdisə, necə olur onun həmin maşını idarə etməyə hüququ olmur. Bundan başqa Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2023-cü il qərarında etibarnamə ilə bağlı beynəlxalq təcrübə əsas götürülərək qeyd edilir ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək digər cavabdeh ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “Nissan Sunny” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. Sığorta məbləği-əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərər görə 1 şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manatdır. Müqavilənin müddəti xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədəkdir. -avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, Lökbatan qəsəbəsi, 28 May küçəsində Cavabdeh1 mülkiyyətində olmuş və Cavabdeh2 idarə etdiyi, "xxxx" ASC-də (bundan sonra “Cəmiyyət”) “icbari sığorta” qaydasında sığortalanmış, “Nissan Sunny” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı və X2 idarə etdiyi “Hyundai Elantra” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi “Hyundai Elantra minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəmişdir. -Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Fərid Qasımov tərəfindən qeyd edilən iş üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən sürücü Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsi 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun əməlində AR İXMnin 332.1-ci maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada ölçü götürülməsindən ötrü qəbul edilmiş qərarın surəti Qaradağ RPİ DYPŞ yə göndərilmişidir. -“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt “Nissan Sunny minik” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. -"xxxx" ASC -nin sığorta aktından və ödəniş tapşırığından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi “Hyundai Elantra minik” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərlə bağlı 1150 (bir min bir yüz əlli) məbləğində sığorta ödənişi hadisə anında həmin avtomobilin mülkiyyətçisi olmuş zərərçəkmiş şəxsə ödənilmişdir. - xx.xx.2024-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, iştirakçılar arasında keçirilmiş xx.xx.2024-cü il tarixli nettinqin nəticələrinə əsasən “Hyundai Elantra minik” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün ASC-nin hesabından həmin avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari qaydada” sığortalamış "xxxx" ASC-nin xeyrinə 1242.23 (bir min iki yüz qırz iki manat, iyirmi üç qəpik) manat məbləğində vəsait tutulmuşdur. -xx.xx.2024-cü il tarixli, BS-S-24/1608 saylı pretenziya məktubundan müəyyən olunur ki, cavabdehlərə mübahisənin nizama salınması üçün ASC tərəfindən ona geriyə tələb məktubu göndərilmişdir. Eyni zamanda, yuxarıda qeyd edilən telefon nömrələri vasitəsi ilə əlaqə saxlanılaraq borcun ödənilməsi tələb edilmiş, lakin cavabdehlər tərəfindən iddiaçının hesabına heç bir ödəniş edilməmişdir. - İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/10272 saylı ekspert rəyi ilə “Hyundai Elantra minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 1300,00 manat müəyyən edilmişdir. O, cümlədən -dəyişilməli hissələrin qiyməti 500 manat, təmir bərpa işlərinin qiyməti 800 manat. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə qeyd edir ki,: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 52-1.1-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. 29 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X4 25/2 Qərarına əsasən yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir. Azərbaycan Respublikası Mərkəzi X6 29 iyun 2022-ci il tarixli, 25/2 saylı qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydanın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən sığorta ödənişinin verilməsi ilə bağlı sığorta tələbi zərərçəkənin sığortaçısına verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (realzərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adimülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 936.1-cimaddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişialmış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşımalik olduğu hüquqlardan və vasitələrdən, həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-cimaddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşızərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq,əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında - onun verdiyisığorta ödənişi həcmində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklərzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuniəsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən fiziki və ya hüquqişəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda, məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə cavabdehin iddia tələbinə dair etirazı ilə bağlı dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, nəqliyyat hadisəsi törətmiş avtomobilin ər-arvadın birgə ümumi mülkiyyətində olmasına dair hər hansı qeyd olmadığından və avtomobilin yalnız Cavabdeh1 mülkiyyətində olmasına dair qeyd hal-hazıradək qüvvədə olduğundan və avtomobilə dair hüquqlar daşınar əmlaklara dair hüquqların qeydə alınması qaydasında qeydiyyatdan keçməli olduğundan, cavabdehin də həmin hüquqları qeydə alınmadığından cavabdehin qeyd olunan avtomobilin ər-arvad olaraq onların hər ikisinə məxsus olmasına dair dəlilləri qəbul edilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, eyni zamanda Cavabdeh2 avtomobili buna müvafiq razılıq olmadan idarə edilməsini nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə Qaradağ Rayon Polis Şöbəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən inzibati məsuliyyətə cəlb edilməsi və cavabdehin həmin qərardan şikayət verməməsi, əksinə həmin qərarla nəzərdə tutulan cəriməni ödəməsi ilə də onun sığorta hadisəsinin baş verməsinə səbəb olmuş avtomobili idarə etməsi təsdiq olunur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1242,23 manat və 32,42 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1275,05 (bir min iki yüz yetmiş beş manat, beş qəpik) manat pul tutulub iddiaçı "xxxx" Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yanaşı yoxlanılmış məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/10272 saylı rəyi ilə “Hyundai Elantra minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 1300,00 (dəyişilməli hissələrin qiyməti 500 manat, təmir bərpa işlərinin qiyməti 800 manat təşkil edir.) manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbində tələb etdiyi məbləğ ekspertin müəyyən etdiyi məbləğdən daha az məbləğ təşkil edir. Məhkəmə ekspert rəyi ilə razılaşmır. Belə ki, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 32,42 manat dövlət rüsumunu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh tərtib edilmiş Qaradağ Rayon Polis Şöbəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati məsuliyyətə cəlb olunduğu inzibati xəta hadisəsini törətdiyi zaman nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə etdiyinən və bu halı həmin inzibati xəta hadisəsi ilə bağlı aparılmış araşdırma zamanı və məhkəmə iclasında verdiyi izahatında etiraf etdiyinə görə iddiaçının həmin hadisəyə görə zərər dəymiş şəxsə ödədiyi 1242,23 manat məbləğində pulu cavabdehlərdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1242,23 manat və 32,42 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1275,05 (bir min iki yüz yetmiş beş manat, beş qəpik) manat pul tutulub iddiaçı "xxxx" Şirkəti ASC-yə ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 77.1, 216-220, 222ci maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1242,23 manat və 32,42 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1275,05 (bir min iki yüz yetmiş beş manat, beş qəpik) manat pul tutulub iddiaçı "xxxx" Şirkəti ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-91/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-91/2025
21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver