Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1713/2025 16.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – İddiaçı SŞ ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı SŞ ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Toyota Yaris” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3978 (üç min doqquz yüz yetmiş səkkiz) manat ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 59,78 manat (əlli doqquz manat, yetmiş səkkiz qəpik) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2025ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21154” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Toyota Yaris” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********454 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 145245 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Yaris” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-də xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Azadolma (franşiza) məbləği 100 manat olaraq müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin istehsal ili 2023-cü il olmaqla, hadisə tarixinə cəmi 2 ildir ki, istifadə edilmişdir. Sığorta müqaviləsinə uyğun olaraq nəqliyyat vasitəsinin rəsmi servisi olan “X1” tərəfindən zərər dəymiş nəqliyyat vasitəsinə texniki baxış keçirilərək, təmir edilmişdir. Servisin təqdim etdiyi xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən, “Toyota Yaris” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə (cədvələ əsasən 15% endirim tətbiq etməklə) 9078 manat (doqquz min yetmiş səkkiz manat) zərər dəymişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli qiymətləndirməyə dəvət məktubu göndərilsə də, cavabdeh qiymətləndirmə prosesinə gəlməmişdir. İddiaçı Sığorta Şirkətinin texniki ekspertiza şöbəsinin ekspertləri tərəfindən də dəymiş zərər məbləği araşdırılmış və nəticədə iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" ASC-yə məxsus qəbzə əsasən, 9078 manat sığorta ödənişi sığortalı təmir və bərpa ilə əlaqəli rəsmi servis “X1” MMC-nin bank hesabına köçürülmüşdür. İş materillarında olan İSB (İcbari Sığorta Bürosu) çıxarışına əsasən, hadisə baş verən tarixdə cavabdehin idarə etdiyi “VAZ 21154” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyəti elə iddiaçı "xxxx" ASC-də sığortalanmışdır. Buna görə də, 5000 manat icbari sığorta ödənişi məbləği əvəzləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilindiyi üçün ona qarşı Subroqasiya hüquqları yaranmışdır. Belə ki, Cavabdeh barəsində İXM-nın 327.1-ci maddəsi ilə inzibati tənbehvermə haqqında TP seriyalı ******* saylı qərar qəbul edilmişdir. Həmçinin, iş materiallarında olan forma 4 arayışından, izahatlardan, hadisə sxemindən görünür ki, həqiətən yol-nəqliyyat hadisəsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Cavabdehə pretenziya göndərilmiş, şifahi əlaqə yaradılmış, güzəşt təklif etməklə ödəniş etməsi bildirilsə də, cavabdeh tərəfindən bu günə qədər heç bir ödəniş edilməmişdir. Beləliklə, cavabdehin halhazırda iddiaçıya 9078 manat sığorta ödənişindən 5000 manat icbari ödəniş çıxılmaqla 3978 manat (üç min doqquz yüz yetmiş səkkiz manat) borcu vardır. Hesab edirlər ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 3978 manat (üç min doqquz yüz yetmiş səkkiz manat) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21154” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Yaris” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “Toyota Yaris” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zedələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Toyota Yaris” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 9078 (doqquz min yetmiş səkkiz) manat ziyan dəymişdir. İddiaçı SŞ ASC dəymiş ziyanı aradan qaldıraraq “Toyota Yaris” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 9078 (doqquz min yetmiş səkkiz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İcbari Sığorta Bürosunun çıxarışına əsasən, hadisə baş verən tarixdə cavabdehin idarə etdiyi “VAZ 21154” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyəti iddiaçı "xxxx" ASC-də sığortalandığından 5000 manat icbari sığorta ödənişinin məbləği əvəzləşdirilmiş və Cavabdeh "xxxx" ASC-yə 3978 manat borcu qalmışdır. İş materiallarında olan TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 09:45-də “VAZ 21154” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, 2025-ci il iyun ayının 22-də saat 09:45-də Göygöl rayonu Üçtəpə kəndində toqquşma nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. “İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması” barədə İcbari Sığorta Bürosunun çıxarışından görünür ki, hadisə baş verən zaman “VAZ 21154” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı Sığorta Şirkəti ASC arasında olan icbari sığorta müqaviləsi qüvvədə olmuşdur. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən, İddiaçı SŞ ASC sığortalanmış “Toyota Yaris” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 9078 AZN (doqquz min yetmiş səkkiz manat) sığorta ödənişini təmir ilə əlaqədar olaraq TOYOTA GANCA CENTRE LLC-nin hesabına köçürmüşdür. X1 tərəfindən tərtib və təqdim edilmiş qüsur aktının surətindən görünür ki, hadisə nəticəsində zərərçəkən sığortalı “Toyota Yaris” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 9078 AZN (doqquz min yetmiş səkkiz manat) zərər dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, vurulmuş zərərlə bağlı borcun ödənilməyəcəyi halda iddiaçı tərəfindən məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Göründüyü kimi Cavabdeh xx.xx.2025-ci il tarixdə “VAZ 21154” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Toyota Yaris” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmiş, baş vermiş yol nəqliyyat hadisəsində “Toyota Yaris” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli hesab edilmiş və vurduğu zərər iddiaçı tərəfindən ödənilmiş və iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmış, cavabdeh vurduğu zərərin dəyərini ödəmədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 59,78 (əlli doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 3978 (üç min doqquz yüz yetmiş səkkiz) manat sığorta ödənişi məbləği və məhkəmə xərci olaraq 59,78 (əlli doqquz manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev İş № 2(066)-1713/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2026-cı il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 11:50-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 12:00-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-1713/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1713/2025
16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver