Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-72/2025 28.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 adda cehiz əşyalarının və ya onların dəyəri olan 22015 (iyirmi iki min on beş) manat, 4 adda qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 5900 manat, cəmi 27915 (iyirmi yeddi min doqquz yüz on beş) manat, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 174 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını xx.xx.2023-cü il tarixdə qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurandan sonra cavabdehə məxsus Göygöl rayonu, H.Əliyev prospekti, ev 67, mənzil 5-ə gəlin köçmüşdür. Həmin evə ona hədiyyə olunan cehiş əşyaları yığılmışdır. Cavabdehin küllü miqdarda borcu olduğundan onun nənəsindən, anasından və qardaşından borca pul almışdır. xx.xx.2024-cü il tarixdə cavabdehə nənəsinin verdiyi borcu qaytarmağını demişdir. Cavabdeh buna sinirlənərək onu bıcaqla hədələyərək doymüşdür. Bu barədə o qardaşına xəbər vermiş sonra isə "102" xidmətə xəng etmişdir. Polis nəfərlər gəldikdən sonra anası, qardaşı və qonşuları gəlmişlər. Onlar polislərlə birlikdə Göygöl Rayon Polis Şobəsinə getmiş, oradan isə valideyləri onu evinə aparmışlar. Bundan sonra cavabdehlə boşanmaq qərarına gəlmiş və bu barədə ona mediasiya təklifi göndərmişdir. Cavabdehdən ona hədiyyə olunan qızılzinət əşyalarını və cehiz əşyalarını tələb etdikdə, cavabdeh qətiyyətlə ona məxsus əşyaları qaytarmağa razı olmamış, yalnız polislərin iştirakı ilə həmin əşyaları qaytarmağını bildirmişdir. Bu səbəbdən qızılları və cehiz əşyalarını məhkəmə qaydasında tələb etməyə məcbur olmuşdur. Cehiz əşyaları Samsunq tozsoran - 1 ədəd (270 manat), Bosh blender - 1 ədəd (130 manat), X6 yeməyi dəsti -18 əşyalı - (120 manat), RAF R -blender - 1 ədəd (90 manat), BOSH qaz sobası - 1 ədəd (720 manat), BOSH ətçəkən - 1 ədəd (430 manat), BOSH şirəçəkən - 1 ədəd (300 manat), Samsunq paltaryuyan - 1 ədəd (1160 manat), Samsunq soyuducu - 1 ədəd (2060 manat), Winsor televizor 109 ekran - 1 ədəd (900 manat), Mebel (yataq krovatı, döşək, bufik, Qonaq dəsti - Masa, kamot, TV altı, oturacaq (6 ədəd), divan-kreslo) - 6900 manat, yorğan -döşək dəsti - 400 manat, qaşıq-çəngəl dəsti (çamadanda)-300 manat, servis dəsti- 650 manat, yataq üzü dəsti - 380 manat, mətbəxt masası - 250 manat, xalçalar -5 ədəd (50+50+300+300+200)- cəmi 900 manat, pərdələr 4 -ədəd (700+200+200+100)- cəmi 1200 manat, lüstr qonaq otağı – 400 manat, lüstr yataq otağı - 70 manat, lüstr digər yataq otaqları - 2 ədəd -100 manat, jaluz dəhliz -120 manat, xalça dəhliz - 195 manat, qazan dəsti 4- qutu - 2000 manat, mətbəxt mebeli - 1500 manat, qaz sobası - 300 manat, aspirator - 170 manat, qızıl-zinət əşyaları isə əyarı 585, 20.6 qram kolye dəsti - 4000 manat, əyarı 750, 2.9 qram nişan üzüyü -1200 manat, pandora 4 qram (sırğa-üzük) - 400 manat (anası hədiyyə etmişdir), fantaziya üzük - 300 manat (nənəsi hədiyyə etmişdir), qeyd olunan qızıllardan kolye dəstini və nişan üzüyünü cavabdeh ondan xəbərsiz alaraq dostu Elvin Qəmbərovun adına kredit alaraq lombarda girov qoymuşdur. Digər qızıllar isə cavabdehin evində qalmışdır. Cavabdeh ona məxsus qızılları və cehiz əşyalarını verməkdən imtina edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun qanunla qorunan mulkiyyət huququ məhdudlaşdırılır. Buna görə də həmin əşyaların cavabdehdən alınması üçün məhkəməyə muraciət etməli olmuşdur. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə verərək, iddia ərizəsində qeyd etdiyi cehiz əşyalarını cavabdehə məxsus evdən götürməsini, lakin, cavabdeh tərəfindən lombarda qoyulmuş ona məxsus qızıl-zinət əşyaları verilməmişdir. Ona görədə iddia tələbinin cehiz əşyaları hissəsində tam, qızıl-zinət əşyaları hissəsində isə qismən azaldılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh çəkisi 20.57 qram, əyyarı 585, qiyməti 2800 manat olan bir dəst brilyant qaşlı komplektin (komplektə daxildir 1 ədə brilyant qaşlı boyunbağı, 1 ədəd brilyant qaşlı qolbağı, 1 ədəd brilyant qaşlı üzük, 1 ədəd brilyant qaşlı sırğa), çəkisi 3.8 qram, əyyarı 585, qiyməti 700 manat olan 1 ədəd brilyant qaşlı nişan üzüyünün və ya həmin əşyalar olmadıqda əşyaların dəyəri 3500 (üç min beş yüz) manat məbləğində pulun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etməsini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bütün sübutlarını məhkəməyə təqdim etməsini, əlavə sübutunun olmamasını, qızıl-zinət əşyalarının cavabdehdə olmasının iş materiallarında olan sənədlərlə təsdiq olunmasını, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının iştirakı olmadan işə baxılmasına etiraz etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddia ərizəsində göstərilmiş cehiz əşyalarını iddiaçı aparmışdır. Bu barədə icra məmuruda qeyd aparmışdır. İddiaçının tələb etdiyi qızıl-ziynət əşyalarından bir ədəd 700 manat dəyərində nişan üzüyü onlarda qalmışdır. Həmin hissədə iddianı qəbul edir. Digəri əşyalar qızıl olmamış, 210 manat dəyərində bijuteriya olmuşdur. Həmin əşyanın bijuteriya olmasını toyda iştirak edən yaxınlarıda təstiq edə bilərlər. Bijuteriyalar evdədir. İddiaçının qardaşı əsgər gedəcəyi üçün toyu tezləşdirməli olmuşlar. Evin təmiri yarımçıq olduğundan iddiaçının nənəsi Qaraşova Mədinə onun adına kredit götürməsini və evini təmir etməsini ona demişdir. O Mədinə Qaraşovanın adına 4000 manat kredit götürmüşdür. Həmin krediti ödəyir. Qəmbərov Elvin onun dostudur. Elvin öz ailəsinə məxsus qızılları lombarda qoyaraq kredit götürmüşdür. Elvin Rusiyaya gedəndə lombardla bağlı müqaviləsi onun avtomobilində qalmışdır. O sənədləri evə qoymuşdur. Öz toylarından təxminən iki üç ay sonra qohumunun toyu olmuş həmin bijuteriya iddiaçının üzərində olmuşdur. Məhkəmədən vaxt verilərsə bijuteriyalar evlərində və məhkəməyə gətirə bilər. Məhkəmə Cavabdeh qeyd etdiyi bijuteriya əşyalarını və toy diskini təqdim etməsi üçün məhkəmə iclasını təxirə salmasına və cavabdehə göstəriyi xüsusatlarla bağlı məhkəməyə sübut təqdim etməsi üçün vaxt verməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və həmin əşyaları məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş toy məclisindən çəkilən foto şəkillərdən görünür ki, İddiaçı ilə Cavabdeh el adəti ilə toyları olmuş, İddiaçı üzərində bir dəst komplekt (komplektə daxildir 1 ədəd boyunbağı, bir ədəd qolbağ, bir ədəd üzük, bir güt sırğa); bir ədəd nişan üzüyü vardır. İş materiallarına əlavə olunmuş “girov qoyulmuş qızıl-zinət əşyalarının götürülməsi” barədə xx.xx.2024-cü il tarixli, LGQ********** nömrəli aktın surətindən görünür ki, X4 tərəfindən "xxxx" MMC-yə 585 əyyarlı, 20.5 qram olan bir ədəd dəst və çəkisi 2.9 qram olan 750 əyyarlı bir ədəd üzük qızıl-zinət əşyalarını girov qoymuşdur. İş materiallarına əlavə olunmuş mütəxəssis X3 tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, çəkisi 20.57 qram, əyyarı 585 olan bir dəst brilyant qaşlı komplektin (komplektə daxildir 1 ədə brilyant boyunbağı, 1 ədəd brilyant qaşlı qolbağı, 1 ədəd brilyant qaşlı üzük, 1 ədəd brilyant sırğa)-2800 manat dəyərində, çəkisi 3.8 qram, əyyarı 585 olan bir ədəd brilyant qaşlı nişan üzüyünün dəyəri 700 manat olmaqla ümumilikdə qeyd olunan qızıl-zinət əşyalarının bazar qiyməti 3500 (üç min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə ki, məhkəmə iclasında iş üzrə tərəflərin dəlillərindən və iş materiallarından müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə ailə qurmuşlar. Ailə qurarkən iddiaçı cavabdehə məxsus olan mənzilə köçüb orada yaşamağa başlamışdır və cavabdehlə birgə ailə təsərrüfatı aparmışdır. İddiaçıya toyunda çəkisi 20.57 qram, əyyarı 585, qiyməti 2800 manat olan bir dəst brilyant qaşlı komplektin (komplektə daxildir 1 ədə brilyant qaşlı boyunbağı, 1 ədəd brilyant qaşlı qolbağı, 1 ədəd brilyant qaşlı üzük, 1 ədəd brilyant qaşlı sırğa), çəkisi 3.8 qram, əyyarı 585, qiyməti 700 manat olan 1 ədəd brilyant qaşlı nişan üzüyü hədiyyə edilmişdir (bağışlanılmışdır). Birgə yaşadıqları dövrdə Cavabdeh İddiaçı hədiyyə edilmiş qızıl əşyalarını alaraq, bankdan pul almaq məqsədi ilə dostu X2 adına "xxxx" MMC-yə girov qoymuşdur. Sonra aralarında mübahisə olduğu və yola gedə bilmədikləri üçün iddiaçı ayrılaraq valideynlərinə məxsus evə qayıtmışdır. Lakin, İddiaçı faktiki ayrılıb getdikdə ona hədiyyə edilən qızıl-zinət əşyalarını və cehiz əşyalarını aparmamışdır. İddiaçı məhkəmədən ona məxsus cehiz əşyalarını və çəkisi 20.57 qram, əyyarı 585, qiyməti 2800 manat olan bir dəst brilyant qaşlı komplektin (komplektə daxildir 1 ədə brilyant qaşlı boyunbağı, 1 ədəd brilyant qaşlı qolbağı, 1 ədəd brilyant qaşlı üzük, 1 ədəd brilyant qaşlı sırğa), çəkisi 3.8 qram, əyyarı 585, qiyməti 700 manat olan 1 ədəd brilyant qaşlı nişan üzüyünü tələb etmiş, məhkəmədə mülki işə baxılarkən cavabdeh tərəfindən iddiaçıya məxsus cehiz əşyaları qaytarıldığından iddiaçı tələbinin həmin hissədindən imtina etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçıya məxsus çəkisi 3.8 qram, əyyarı 585, qiyməti 700 manat olan 1 ədəd brilyant qaşlı nişan üzüyünün hazırda onda olduğunu, lakin toyda iddiaçıya hədiyyə edilmiş bir dəst komplektin (komplektə daxildir 1 ədəd boyunbağı, bir ədəd qolbağ, bir ədəd üzük, bir güt sırğa) qızıl və brilyant olmadığını aid bujuteriya olmasını bildirmiş, məhkəmədən qeyd edilən həmin əşyaların məhkəməyə təqdim etməsi üçün ona vaxt verilməsini istəmiş, məhkəmə onun bu dəlillərini təsdiq edəbilməsi üçün vaxt verməsinə baxmayaraq, cavabdeh göstərilən vaxtda məhkəmədə iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yenə bu Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. (ər-arvadın hər birinin əmlakıdır). “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə iddia predmeti olan qızıl-zinət əşyalarının iddiaçıya məxsusluğu ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir, çünki yuxarıda qeyd edildiyi kimi, bu xüsusat işdə olan sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddiaçının tələb etdiyi bir dəst komplektin (komplektə daxildir 1 ədəd boyunbağı, bir ədəd qolbağ, bir ədəd üzük, bir güt sırğa) qızılzinət əşyasının bijuteriya olmasını bildirsə də məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə ona bu dəlillərini təsdiq edən sübutlarını təqdim edəbilməsi üçün vaxt verməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında cavabdeh iştirak etməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin bu dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1. və 76.2. maddələri). Bununla da, məhkəmə hesab edir ki, mübahisələndirilən əmlaklar, yəni çəkisi 20.57 qram, əyyarı 585, qiyməti 2800 manat olan bir dəst brilyant qaşlı komplektin (komplektə daxildir 1 ədə brilyant qaşlı boyunbağı, 1 ədəd brilyant qaşlı qolbağı, 1 ədəd brilyant qaşlı üzük, 1 ədəd brilyant qaşlı sırğa), çəkisi 3.8 qram, əyyarı 585, qiyməti 700 manat olan 1 ədəd brilyant qaşlı nişan üzüyü İddiaçı toy hədiyyəsi edilməklə ona məxsusdur və cavabdeh tərəfindən onun qanuni sahibliyindən alınmışdır. İddiaçı öz əmlakının başqasının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, halhazırki dövrdə orta bazar qiymətləri ilə çəkisi 20.57 qram, əyyarı 585 olan bir dəst brilyant qaşlı komplekt (komplektə daxildir 1 ədə brilyant qaşlı boyunbağı, 1 ədəd brilyant qaşlı qolbağı, 1 ədəd brilyant qaşlı üzük, 1 ədəd brilyant qaşlı sırğa) dəyəri 2800 manat və çəkisi 3.8 qram, əyyarı 585 olan 1 ədəd brilyant qaşlı nişan üzüyünün dəyəri 700 manat dəyərində qiymətləndirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının dəyəri təqdim edilmiş mütəxəssis rəyi əsas götürülməklə müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 585 əyarlı, 20.57 qram çəkidə, 2800 (iki min səkkiz yüz) manat dəyərində bir dəst brilyant qaşlı komplekt (komplektə daxildir 1 ədəd brilyant qaşlı boyunbağı, bir ədəd brilyant qaşlı qolbağ, bir ədəd brilyant qaşlı üzük, bir güt brilyant qaşlı sırğa); 585 əyarlı, 3.8 qram çəkidə, 700 (yeddi yüz) manat dəyərində bir ədəd brilyant qaşlı nişan üzüyü olan qızılzinət əşyalarını naturada, naturada alınması mümkün olmadıqda isə dəyəri alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, iddia tələbi üzrə iddiaçı 174 manat dövlət rüsumu ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərci olaraq ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 1). 585 əyarlı, 20.57 qram çəkidə, 2800 (iki min səkkiz yüz) manat dəyərində bir dəst brilyant qaşlı komplekt (komplektə daxildir 1 ədəd brilyant qaşlı boyunbağı, bir ədəd brilyant qaşlı qolbağ, bir ədəd brilyant qaşlı üzük, bir güt brilyant qaşlı sırğa); 2). 585 əyarlı, 3.8 qram çəkidə, 700 (yeddi yüz) manat dəyərində bir ədəd brilyant qaşlı nişan üzüyü-naturada alınması mümkün olmadıqda isə həmin əşyaların dəyəri və məhkəmə xərci olaraq 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-72/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-72/2025
28.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver