Məhkəmə qərarları › İş №e-2(066)-938/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-938/2024

19.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-938/2024 19.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Nicat Mübariz oğlunun katibliyi iddiaçı Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinkasının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinkasının Cavabdeh qarşı “Pul tələbi barədə” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinkası tərəfindən imzalanmış Cavabdeh qarşı “Pul tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3974 (üç min doqquz yüz yetmiş dörd) manat və ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat pulun alınıb, iddiaçı Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinkasının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinkasının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə göstərdi ki, Cavabdeh 02 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinkasına 24 həftəlik hamiləliklə vaxtından qabaq doğuş təhlükəsi diaqnozu ilə 1-ci mama-ginekologiya şöbəsinə daxil olmuşdur. 07 aprel 2023-cü il tarixdə xəstənin təzyiqi konservativ müalicəyə tabve olmadığı üçün hamiləliyi təcili qeysəriyyə kəsiyi əməliyyatı ilə sonlandıraraq, uşaq dünyaya gətirmişdir. Həmin gün saat 20:13 radəələrində cərrahi yolla diri cinsi qadın, çəkisi-870 qram olan döl xaric edilmişdir. Ana Cavabdeh kafi vəziyyətdə 10 aprel 2023-cü il tarixdə evə yazılmış, uşaq isə neonatologiya şöbəsində nəzarətdə qalmışdır. Uşaq dünyaya gələrkən, dərin morfofunksional yetkinsizlik fonunda tənəffüz çatışmamazlığı ələmətləri olmuşdur. Yenidoğulmuşa digər bakterial agentlər tərəfindən törədilən sepsisi, repirator distress sindromu, yarımçıqdoğulmuşların anemiyası, yenidoğulmuşun hemorragik sindromu, dəqiqləşmiş neonatal sarılıq, vaxtından əvvəl doğulmuş uşaq (29 həftə), doğuş zamanı son dərəcə az bədən çəkisi diaqnozu ilə kilinkada yenidoğulmuşların reaminasiya və intensiv terapiya şöbəsinə köcürülmüş və 08 iyun 2023-cü il tarixdə şərti-kafi vəziyyətdə evə buraxılmışdır. Bütün bunlarala əlaqədar klinkanın xəzinəsinə 7747 (yeddi min yeddi yüz qırx yeddi) manat ödənilmiş, 3974 (üç min doqquz yüz yetmiş dörd) manat borcu qalmışdır. Bu borc ilə əlaqədar olaraq Cavabdeh əri X2 ərizə yazaraq həmin borcunu ayda 200 (iki yüz) manat olmaqla ödəyəcəyinə söz vermiş olsa da ödəməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. O, məhkəməyə teleqramma ilə müraciət edərək, iddianın əsassız olmasına görə təmin edilməməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinkasının nümayəndəsi Nümayəndəizahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Epkrizdən məlum olir ki, Cavabdeh 02 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinkasına 24 həftəlik hamiləliklə vaxtından qabaq doğuş təhlükəsi diaqnozu ilə 1-ci mama-ginekologiya şöbəsinə daxil olmuşdur. 07 aprel 2023-cü il tarixdə xəstənin təzyiqi konservativ müalicəyə tabve olmadığı üçün hamiləliyi təcili qeysəriyyə kəsiyi əməliyyatı ilə sonlandıraraq, uşaq dünyaya gətirmişdir. Həmin gün saat 20:13 radəələrində cərrahi yolla diri cinsi qadın, çəkisi-870 qram olan döl xaric edilmişdir. Əməliyyat erkən zahılıq dövrü fəsadsız keçmişdir. Cavabdeh 10 aprel 2023-cü il tarixdə izahlı şəkildə müvafiq məsləhət və təyinat verilərək, qadın məsləhətxanaslnln nəzarəti altında uşaqsız (uşaq isə neonatologiya şöbəsində nəzarətdə qalmala) evə yazılmışdır. Mülki işə əlavə edilmiş Epkrizdən məlum olir ki, Cavabdeh vaxtından əvvəl doğulmuş uşaq (29 həftə), doğuş zamanı son dərəcə az bədən çəkisi diaqnozu ilə kilinkada yenidoğulmuşların reaminasiya və intensiv terapiya şöbəsinə köcürülmüş və 08 iyun 2023cü il tarixdə şərti-kafi vəziyyətdə evə buraxılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinkasının baş həkimi Fariz Camalova klinkanın koordinasiya və statistika şöbəsinin müdri Lamiyə Məmmədovanın 05 iyun 2023-cü il tarixli xitməti məktubundan məlum olur ki, Cavabdeh 02 mart 2023-cü il tarixdə klinkaya yerləşdirilmiş və 07 aprel 2023-cü il tarixdə xəəstəyə qeysəriyyə əməliyyatı icra edilib, vaxtından əvvəl doğulmuş yenidoğulmuş küvez aparatına yerləşdirilmiş, xəstə yaxınları tərəfindən 5847 (beş min səkkiz yüz qırx yeddi) manat ödəniş edilmiş, xəstənin borcu 5980 (beş min doqquz yüz səksən) manat təşkil edir. Xəstə borcunun ödənilməsi üçün vaxt istəyir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinkasının drektorunun müalicə işləri üzrə müavini Fariz Camalova xəstə Cavabdeh yaxını əri X1in 07 iyun 2023-cü il tarixli ərizəsindən məlum olur ki, o, xəstə Cavabdeh vaxtından əvvəl doğmuş olduğu qız uşağı üçün yaranmış 5980 (beş min doqquz yüz səksən) manat borcunu ayda 200 (iki yüz) manat olmaqla ödəyəcəyinə söz vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 02 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinkasına 24 həftəlik hamiləliklə vaxtından qabaq doğuş təhlükəsi diaqnozu ilə 1-ci mama-ginekologiya şöbəsinə daxil olmuşdur. 07 aprel 2023-cü il tarixdə xəstənin təzyiqi konservativ müalicəyə tabve olmadığı üçün hamiləliyi təcili qeysəriyyə kəsiyi əməliyyatı ilə sonlandıraraq, uşaq dünyaya gətirmişdir. Ana Cavabdeh kafi vəziyyətdə 10 aprel 2023-cü il tarixdə evə yazılmış, uşaq isə neonatologiya şöbəsində nəzarətdə qalmışdır. Uşaq dünyaya gələrkən, dərin morfofunksional yetkinsizlik fonunda tənəffüz çatışmamazlığı ələmətləri olmuşdur. Yenidoğulmuşa digər bakterial agentlər tərəfindən törədilən sepsisi, repirator distress sindromu, yarımçıqdoğulmuşların anemiyası, yenidoğulmuşun hemorragik sindromu, dəqiqləşmiş neonatal sarılıq, vaxtından əvvəl doğulmuş uşaq (29 həftə), doğuş zamanı son dərəcə az bədən çəkisi diaqnozu ilə kilinkada yenidoğulmuşların reaminasiya və intensiv terapiya şöbəsinə köcürülmüş və 08 iyun 2023-cü il tarixdə şərti-kafi vəziyyətdə evə buraxılmışdır. Cavabdeh 3974 (üç min doqquz yüz yetmiş dörd) manat borcunu iddiaçıya ödəməmişdir.Ona görə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olduğuna görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi, bu normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki mülki işdə isə Cavabdeh tərəfindən iddiaçıya bunlarala əlaqədar klinkanın xəzinəsinə 7747 (yeddi min yeddi yüz qırx yeddi) manat ödənilmiş, 3974 (üç min doqquz yüz yetmiş dörd) manat borcu qalmışdır. Cavabdeh vəd edilən pulu ödəməmiş, 3974 (üç min doqquz yüz yetmiş dörd) manat məbləğində pulu ödəməməklə, özündə saxlayıb, əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.” Sadalanan qanunvericilik aktı normalarını və işin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və ona görə də, təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinkasının Cavabdeh qarşı “Pul tələbi barədə” iddiası təmin olunsun. Cavabdeh 3974 (üç min doqquz yüz yetmiş dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyyə Klinkasına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar