Məhkəmə qərarları › İş №e-2(067)-1014/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1014/2023

04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1014/2023 04.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 8995 (səkkiz min doqquz yüz doxsan beş) manat ziyanın, ödənilmiş ekspertiza tətqiqatı ilə bağlı çəkilmiş 200 (iki yüz) manat xərcin və 112 (yüz on iki) manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, istifadə və mülkiyyət hüququ ona məxsus olan ** OY *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli, 7E-16434 nömrəli elektron etibarnamə ilə vermişdir. Lakin, cavabdeh xx.xx.2022-ci il tarixdə həmin avtomobillə ünvan 1 ünvanın qarşısında “Yol hərəkəti haqqında” Qanunun 36.1.3-cü bəndinin tələblərini pozaraq Chevrolet markalı ** MZ *** dövlət qeydiyyat nişanlı və Daewo markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Törədilən yol nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobil istismara yarasız hala düşmüşdür. Yol nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər Nəsimi RPİ Təhqiqat Şöbəsində müvafiq araşdırma aparılmış və araşdırma zamanı sübuta yetirilmişdir ki, yol nəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş vermişdir. Cavabdeh barəsində Nəsimi RPİ-nin TŞ-nin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir və həmin qərar əsasında İXM-nın 327.1-ci maddəsi ilə inzibati tənbehin tətbiq olunası üçün iş Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Cavabdeh barəsində onun təqsirini subut edən DYP tərəfindən tərtib edilən İXP5206020 nömrəli, xx.xx.2022-ci il tarixli Protokol tərtib edilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi zamanı avtomobilin istismara yararsız hala düşməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli Mərkəzi Bankın reyestrinə daxil edilən Müstəqil ekspert Əhməd Talıblı tərəfindən “Qiymətləndirməyə dair Hesabat” tərtib olunmuşdur. Bu akta əsasən nəqliyyat vasitəsinin dəyən zərərin qiyməti 8995 (səkkiz min doqquz yüz doxsan beş) manat təşkil etmişdir. Vurulmuş zərərin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə çoxsaylı şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq, hər hansı bir addım atılmamış, vurulmuş ziyan bu günə kimi ödənilməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddiasını müdafiə etdiyini və məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəf izahatında göstərmişdir ki, iddianı müdafiə edir. İddia ərizəsində qeyd etdiyi kimi qəza nəticəsində avtomobilə cavabdeh tərəfindən zərər dəymişdir. Bununla bağlı cinayət işinin başlanması və rədd edilməsi barədə qərar da vardır. Eyni zamanda protokol da tərtib edilmişdir. İddiaçının avtomobilində dəymiş zərər sübutlarla öz təsdiqini də tapmışdır. Buna dair ekspertizanın qiymətləndirmə barəsində fikirləri əks olunmuş sənəd də var. Həmin sənədin surətini də iş materiallarına əlavə ediblər. Həmin sənəddən də göründüyü kimi, 8995 manat məbləğində zərər dəymişdir. Göründüyü kimi, iddianın tam şəkildə reallığı əks etdirir. İddianın reallığı əks etdirməsinə, ekspertizanın qiymətləndirmə barəsində fikirlərinin olmasına görə ekspertizaya ehtiyac görmür. Bunu həm də müddət baxımından da deyir. Əvvəlki məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qismən qəbul etmir. Etirazı var. Avtomobil nasaz olduğu üçün qəza baş verib. Cinayət işinin başlanması və rədd edilməsi barədə qərar var. Qəbul edir. Bu qərardan heç bir şikayət verməmişdir. Düşünür ki, iş ekspertizaya təyin olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən olunmalıdır. Belə ki, iş materiallarında olan Nəsimi rayonu DYPŞ-nin TP ******* №-li, xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan cinayət işinin rədd edilməsi barədə qərarından müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, BA-2712/ME saylı Qiymətləndirməyə dair hesabatdan müəyyən olunur ki, uyğun metodların tətbiqi eyni zamanda etibarlı mənbələrdən alınmış məlumatların təhlili nəticəsində aparılmış hesablamalara uyğun olaraq Toyota Prius markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı məxsus nəqliyyat vasitəsinin zərər dəyərinin qiyməti 8995 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi 20 iyun 2023-cü il tarixli, 9/2514 saylı ekspert Rəyindən görünür ki, 2007-ci il buraxılışlı “Toyota Prius”markalı, 99OY271 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8395.0 manat müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-ci maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və s) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahibləriə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. Baxılan işdə iddiaçı cavabdehin səbəb olduğu yol-nəqliyyat hadisəsi nəticəsində ona dəyən maddi zərərin əvəzinin ödənilməsini tələb edir ki, bu hal iş materiallarında olan cavabdehin baş vermiş yolnəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvəyə minmiş inzibati tənbeh vermə barədə qərarla sübuta yetirilmiş, həmçinin məhkəmə araşdırması zamanı cavabdehin avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya zərər vurulması öz təsdiqini tapmışdır. Cavabdehin avtomobillə törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya zərər vurulması təsdiq olunduğundan, müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. İş üzrə məhkəmə icraat zamanı verilmiş ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, məhkəmə hesab edir ki, həmin rəy və məbləğ digər sübutlarla yanaşı qiymətləndirilməklə, hazırki mübahisənin həllində əsas götürülərək, avtomobilin təmir-bərpa xərci ekspert rəyinə əsasən 8395.0 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 8395.0 manat məbləğində pul və və 112 (yüz on iki) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul **********000 alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABЗ013601**********3944, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** АЗ34ЖТРЕ******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar