Məhkəmə qərarları › İş №e-2(067)-2131/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2131/2025

02.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2131/2025 02.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə, cavabdeh X18, onun nümayəndəsi-vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X22, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı çıxarışın ləğvi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinə dair Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X19 mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair xx.xx.2018-ci il tarixli, **********46 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinin satılmasına dair Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X27 ilə Cavabdeh2 arasında Quba regional “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1447 saylı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat haqqın cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İsmayılova (Həsənquliyeva) Şövkət İspəndiyar qızı xx.xx.1977-ci ildə X20 ilə rəsmi nikah daxil olmaqla ailə qurmuşdur. X12 xx.xx.2022-ci ildə vəfat etmşdir. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 saylı evin 12 saylı mənzili ərindən miras qalmışdır. xx.xx.2024-cü ildə Abşeron rayonu 1 saylı Notariat ofisində vərəsəlik işi açılmış və ona 2V-53 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən onun mülkiyyətinə verilmişdir. Bundan başqa, yoldaşı X4 ünvan 2indən torpaq sahəsi almışdır. Belə ki, ünvan 2ində yaşayan Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X10 Torpaq və Xəritəçəkmə Komitəsinin Xaşmaz rayon torpaq şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli tarixli, JN:0175 saylı, 30207038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsini Xaçmaz rayonu 1 saylı Notariat kontorunda bağlanmış xx.xx.2007-ci il tarixli, 4Ə/01-155 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 6000 manata əri X3. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X10 Torpaq və Xəritəçəkmə Komitəsinin Xaşmaz rayon torpaq şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli tarixli, JN:0175 saylı, 30207038 Kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əslini mərhum X12na təqdim etmişlər. Lakin, əri xəstə olduğu üçün torpaq sahəsinə dair çıxarış ala bilməmişdir. Buna görə də Abşeron rayonu 1 saylı notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X45n 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli məktub verərək əri X11 miras qalmış əmlak barəsində elektron arayış verilməsini xahiş etmişdir. Notariat ofisinin məktubunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X45n 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmiş və İdarədən ona xx.xx.2024-cü il tarxili cavab məktubu verərək bildirmişlər ki, ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı o, Xaçmaz rayon polis şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında Xaçmaz rayon polis şöbəsi tərəfindən təhqiqat aparılaraq müəyyən olunmuşdur ki, Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X27 əri X2 ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinə dair Dövlət Aktının arxiv arayışını əldə edərək, xx.xx.2018-ci il tarxində hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almışlar və öz mülkiyyətlərinə keçirmişlər. Bundan sonra isə Quba regional “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1447 saylı Alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini Cavabdeh2 satmışlar. Beləliklə ünvan 2ində yaşayan Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X5 edərək Xaçmaz rayonu 1 saylı Notariat kontorunda bağlanmış xx.xx.2007-ci il tarixli, 4Ə/01-155 Reyestr nömrəli Alqı-satqı müqaviləsinə əsasən, 6000 manata əri X2 ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinə öz adlarına mülkiyyət sənədi alaraq, başqa şəxsə satmışlar və əlavə gəlir əldə etmişlər. Bu da onun vərəsəlik hüquqlarını pozulması ilə nəticələnmişdir. Hesab edir ki, ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinə dair Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X19 mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair xx.xx.2018-ci il tarixli, **********46 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv eilməli, ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinin satılmasına dair Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X27 ilə Cavabdeh2 arasında Quba regional “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1447 saylı alqı-satqı müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçı notariusda alqı-satqı etdiyi üçün torpağın ona məxsus olmasına arxayın olmuş, buna görə də DƏDRX-dən çıxarış almağa tələsməmişdir. Xaçmaz rayonu Qobu-Qıraq kəndində yerləşən 0.80 ha torpaq sahəsinə dair Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X19 mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair xx.xx.2018-ci il tarixli **********46 reyestr nömrəli hüuquların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi, Quba ASAN Xidmət mərkəzində notariat ofisində Cavabdeh2 ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X27 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1447 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2018-ci il tarixli, **********83 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 ünvan 2ində yerləşən 1.73 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair qeydin 0.80 ha hissəsində ləğv edilməsi, məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat haqqın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, Mülki Məcəllənin müvafiq maddəsinə əsasən alqı-satqı müqaviləsi alıcı və satıcı arasında yaranmış münasibətlərdir, əmlakın satışı ilə bağlı onlar arasında razılaşmalar olur və notariat orqanında rəsmiləşdirilir. Cavabdeh1 demişdir ki, həmin qadınlar torpağın onlara aid olmasını bildirib müqavilə imzaladıblar. Cavabdeh5la Cavabdeh1 arasında razılaşma olmamışdır. Alqı-satqı zamanı alıcı və satıcı arasında müəyyən razılaşma olmalı, müvafiq sənədlər təqdim edilməli, notariusun depozit hesabına pul köçürməsi edilməlidir. Bütün bu hallar olmamış, Cavabdeh5 pulu Elzadə və Atlas adlı qadınlara vermişdir. İş materiallarında olan sübutlar, tərəflərin izahatlarından məlum olur ki, alıcı və satıcı birbirlərini görməmişlər, aralarında razılaşma olmamışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Alqı-satqı müqaviləsi qeyd olunan şərtlərin pozulması ilə bağlandığından Cavabdeh1 adına verilmiş çıxarış ləğv olunmalı, Cavabdeh2 ilə Cavabdeh1 və onun ailə üzvləri arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsz hesab edilməlidir. İddianın təmin olunmasını xahiş edirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, ailəsində ardardınca yas olmuş, 3 övladı, əri vəfat etmiş, başı qarışmışdır, torpaq sahəsi ilə maraqlana bilməmişdir. Elzadə ona qarşı dələduzluq etmiş, onu tapa bilməmişlər. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X18 nümayəndəsi-vəkili Vəkil iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı X7 Cavabdeh2 və qeyrilərinə qarşı irəli sürdüyü iddia tələbi qanunsuz və əsassızdır, ona görə də iddia təmin edilməməlidir. Belə ki, tərəflərindən xx.xx.2018-ci il tarixli, AN-İ № 07004313 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.88 hektar olan torpaq sahəsi hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh2 tərəfindən etibarnamə əsasında Cavabdeh5 tərəfindən alqı-satqı edilmiş və Cavabdeh2 mülkiyyətinə verilmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən sonuncuya torpağa mülkiyyətə hüququ, yəni çıxarış verilmişdir. Həmin torpaq sahəsinə münasibətdə Cavabdeh2 vicdanlı alıcıdır. Mülki Məcəllənin 6-cı maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindədir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Hesab edir ki, onlar alqı-satqı müqaviləsində vicdanlı alıcıdırlar, iddia ərizəsinə əlavə edilmiş 2007-ci il tarixli alqı-satqı müqaviləsinin olması barədə məlumatları olmamışdır. Alqı-satqı müqaviləsi “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notarius ofisi tərəfindən təsdiqlənmişdir. Notariat fəaliyyəti haqqında qanunun tələblərinə əsasən Notariusun təsdiq etdiyi sənədlər dövlətin adından verilmiş sənəd hesab olunur. Həmin alqı-satqı müqaviləsinə əsasən hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. 2007-ci il tarixli alqı-satqı müqaviləsinin olduğunu notarius orqanı öz sistemində görmüşdürsə, müqavilənin mövcudluğunu bildirə bilərdi. Notarius tərəfindən alqı-satqı müqaviləsi təsdiq edilmiş və müvafiq çıxarış verilmişdir. İddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul etməyərək göstərmişdir ki, Elzadə və Atlas ona yaxınlaşaraq torpaq sahəsinin satıldığını demişlər. Qadın ona demişdir ki, torpaq sahəsi onundur, lakin Aydının adına qeydiyyatdadır. Qalib onun xalası oğludur, Qalibə torpağı o təklif etmişdir. 0,80 ha torpaq sahəsini 12000 manat almışdır. “ASAN xidmətə” gələndə müqavilə hazır olmuş, Aydın, oğlu, həyat yoldaşı gəlmişlər. Bir nəfər də qadın gəlmişdir. Aydından torpağın onun olub-olmamasını soruşanda bildirmişdir ki, torpaq onun adınadır, lakin torpağın pulunu qadınlara verəcək, torpaq onlarındır. “ASAN xidmət”də pulu da qadınlara vermişdir, qadın ondan əlavə olaraq ondan 700 manat da pul almışdır ki, müqaviləni rəsmişləşdirəcək. Cavabdeh1la torpağın alqı-satıqısı ilə bağlı görüşləri olmamış, onu ilk dəfə notariusda görmüşdür. Quba “ASAN xidmət” Mərkəzində Notariusun depozit hesabına pul köçürməmişdir. Xaçmaz rayonu Çarxı kəndində onun da torpaq sahəsi var, Qalib gəlib-gedə bilmir, onun torpağına da o baxır, buna qədər torpaq sahəsi boş olmuşdur. Yaxında olan 20 sot torpağı özü başqa şəxsdən almışdır. Notariat əməliyyatları aparılarkən dövlət orqanı işçilərinə inanmış, kiminsə dələduzluq etməsini düşünməmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək, təmin olunmasına etiraz etməmişdir. İş üzrə digər cavabdehlərə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X29, X34, Quba Regional “ASAN xidmət” mərkəzində Notarial Ofisi və DƏDKR X45nin 5 saylı Xaçmaz Ərazi idarəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı göstərmişdir ki, 2007-ci ildə torpağın alqı-satqısından məlumatı olmuşdur. Alqı-satqı işində onlara köməklik edən Elza olmuş, Atlas adlı qadını tanımır. Elza onlarıb qonşusu olub, ona demişdir ki, Cavabdeh1 qardaşı ilə tanış olmuş, torpaq sahəsini qardaşı ona göstərmişdir. Yoldaşı ilə birlikdə Xaçmaz rayonuna gələrək alqı-satqı etmişlər. Onlara 80 sot torpaq sahəsi satılmış, torpağın sənədlərini Elza özü gətirməmiş, Abdulkərim adlı şəxslə göndərmişdir. Həyat yoldaşı 2022-ci ildə vəfat etmişdir. Elza adlı qadın dələduzluq etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili göstərmişdir ki, Elza iddiaçının torpağı sənədləşdirmədiyini bildiyi üçün torpağın başqa şəxsə satılmasına nail olmuşdur. Torpaq sahəsini 4 nəfərə satıb, pul məbləği həmin 4 nəfərin ayrı-ayrı hesabına keçməli idi. Cavabdeh5 öz izahatında bildirmişdir ki, Atlasa 8000 manat pul vermişdir, həmin puldan 4000 manat pulun Cavabdeh1 və onun ailə üzvlərinin bank hesabına köçürülməsi barədə sənəd təqdim edilməmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, torpaq sahəsini o satmamışdır. Ağır xəstəsi olmuş, təcili pul lazım olmuşdur. Dəllal torpaq sahəsini satıb ona 3000 manat pul vermişdir. Torpağı Elza adlı qadına satmışlar, Elza isə torpağı Yaquba satmışdır. O müqaviləni imzalayıb torpağı satmış, kimə satılmasını bilmir, həmin adamı görməmişdir. 2007-ci ildə torpaq sahəsinin kimə satılmasını görməmiş, lakin torpaq vergilərini o ödəmişdir. 2018-ci ildə 2 nəfər qadın əlində torpağın Dövlət Aktı ilə gəlib demişlər ki, torpağa baxmaq istəyirlər. Əvvəl torpağı ona icarəyə vermək istəmişlər lakin razılaşmamışdır. Sonra isə notariusa gedib torpağı satmaq istəmişlər. Notariusda bildirilib ki, bu torpaq sahəsi satılıb, o da təsdiq etmiçdir. Torpaq üçün çıxarış almamış, çıxarışı onun adına həmin qadın almışdır. Elzadə, Atlas adlı başqa bir qadınla və Qubadan gələn bir nəfər oğlanla birlikdə gəlmişlər. Qubadan gələn şəxs Atlas adlı qadının dostu olmuşdur. Torpaq sahəsini alan Mehman adlı şəxsi də tanımır. O çıxarış almamış, onun adına çıxarışın necə alındığını bilmir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh X30 göstərmişdir ki, torpağı 2018-ci ildə Cavabdeh1 və onun ailə üzvlərindən alqı-satqı müqaviləsi bağlamaqla almış, 4000 manat ödəniş etmişdir. Həmin torpaq sahəsinin üzərində ev olmamış, əkin sahəsidir. 2018-ci ildə həmin torpaq sahəsinə dair çıxarış almışdır. Əmlakın əvvəldən başqasına satılmasından xəbərim olmamışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X34 göstərmişdir ki, lombard işlədir, 1 nəfər müraciət edərək təcili pul lazım olduğunu bildirmiş, gecə vaxtları 2000 manat Elzadə adlı şəxsə pul vermişdir. “Prado” markalı avtomobili gətirib girov qoymuşdur. 2 gün sonra Rentakardan gəlib həmin avtomobilin onlara məxsus olmasını bildirmiş və avtomobili aparmışlar. Sonradan bir müddət keçdikdən sonra Elzadə adlı şəxsi axtarıb tapmış, pulunu istəmişdir. Ona bildirmişdir ki, Xaçmazda torpaq sahəsi var, 20 sot torpaq sahəsinə görə ona etibarnamə vermişdir. X38 adlı bir nəfərlə gələrək torpaq sahəsini satacaqlarını bildirmişdir. Quba ASAN xidmət mərkəzində torpağı satıb ona 1000 manat pul qaytarmış, 1000 manat da borclu qalmışdır. Şövkət adlı şəxsi tanımır. Məhkəmə iclasında müəyyən edildi ki, İsmayılova (Həsənquliyeva) Şövkət İspəndiyar qızı xx.xx.1977-ci ildə X20 ilə rəsmi nikah daxil olmaqla ailə qurmuşdur. X12 xx.xx.2022-ci ildə vəfat etmşdir. X4 ünvan 2indən torpaq sahəsi almışdır. Belə ki, ünvan 2ində yaşayan Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X10 Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon torpaq şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli tarixli, JN:0175 saylı, 30207038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsini Xaçmaz rayonu 1 saylı Notariat kontorunda bağlanmış xx.xx.2007-ci il tarixli, 4Ə/01-155 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 6000 manata əri X3. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X10 Torpaq və Xəritəçəkmə Komitəsinin Xaşmaz rayon torpaq şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli tarixli, JN:0175 saylı, 30207038 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əslini X16 təqdim etmişlər. Lakin, iddiaçının əri xəstə olduğu üçün torpaq sahəsinə dair çıxarış ala bilməmişdir. Buna görə də iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X45n 5 saylı Xaçmaz Ərazi İdarəsindən əri X11 miras qalmış əmlak barəsində elektron arayış verilməsini xahiş etmişdir. Lakin iddiaçıya bildirilmişdir ki, ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı iddiaçı Xaçmaz rayon polis şöbəsinə müraciət etmiş, müraciəti əsasında Xaçmaz rayon polis şöbəsi tərəfindən təhqiqat aparılaraq müəyyən olunmuşdur ki, Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X27 əri X2 ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinə dair dövlət aktının arxiv arayışını əldə edərək, xx.xx.2018-ci il tarxində hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almışlar və öz mülkiyyətlərinə keçirmişlər. Bundan sonra isə Quba regional “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1447 saylı Alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini Cavabdeh2 satmışlar. Beləliklə ünvan 2ində yaşayan Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X5 edərək Xaçmaz rayonu 1 saylı Notariat kontorunda bağlanmış xx.xx.2007-ci il tarixli, 4Ə/01-155 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, 6000 manata X2 ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinə öz adlarına mülkiyyət sənədi alaraq başqa şəxsə satmışlar və əlavə gəlir əldə etmişlər. Bu da iddiaçının vərəsəlik hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı məhkəməyə müraciət edərək ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinə dair Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X19 mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair xx.xx.2018-ci il tarixli, **********46 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv eilməsini, ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinin satılmasına dair Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X27 ilə Cavabdeh2 arasında Quba regional “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1447 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdehlər iddianı qəbul etmirlər. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X6 arasında nikah xx.xx.1977-ci ildə bağlanmışdır. Nikahdan sonra qadın İsmayılova soyadını qəbul etmişdir. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2022-ci ildə ölmüşdür. - İddiaçı iddia tələbinin artırılması barədə ərizəsindən görünür ki, ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinə dair Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X19 mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair xx.xx.2018-ci il tarixli, **********46 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv eilməsi, ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinin satılmasına dair Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X27 ilə Cavabdeh2 arasında Quba regional “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1447 saylı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2018-ci il tarixli, **********83 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh2 ünvan 2ində yerləşən 1.73 ha torpaq sahəsi üzərində mülkiyyətə dair qeydin mərhum əri X11 miras qalmış 0.80 ha hissəsində ləğv edilməsi, məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat haqqın cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. -torpağa mülkiyyət hüququna dair JN 175, kod 30207038 olan dövlət aktından görünür ki, Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarına əsasən Cavabdeh1 Məmmədəmin oğlunun, Cavabdeh3, Cavabdeh4, X21 mülkiyyətinə 1.00 hektar torpq sahəsi verilmişdir. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış, notariat işinə əlavə edilmiş AN-İ № seriyalı 00599980 nömrəli 01 fevral 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4, X28 mülkiyyətlərində olan ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsini X3. -AN-İ № seriyalı ******* nömrəli 01 fevral 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4, X28 mülkiyyətində olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi Xaçmaz rayon torpaq şöbəsi tərəfindən xx.xx.1998-cu ildə verilmiş JN:0175 saylı, kodu 30207038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 2ində yerləşən 0.20 ha torpaq sahəsini X1. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında qeydiyyat tarixi xx.xx.2018-ci il olan, **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2i ünvanında yerləşən 0.80 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4, X21 adına daşınmaz əmlakın dövlət reyestrində 236 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. -AN-İ № seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4, X28 mülkiyyətində olan ünvan 2ində yerləşən 0.8 ha torpaq sahəsini Cavabdeh2 satmışlar. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında qeydiyyat tarixi xx.xx.2018-ci il olan, **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2i ünvanında yerləşən 1.73 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 239 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X45 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, JN-175 saylı, Kod 30207038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”-na əsasən 1.0 ha torpaq sahəsinin 0.20 hissəsini Xaçmaz rayon 1 saylı DNK-nun xx.xx.2007ci ii tarixli 4Ə/Ö1-154 nömrəli alqı-satqı müqaviləsi əsasında X35 kərim oğluna, ********** qeydiyyat nömrəli çıxarışa əsasən yerdə qalan 0.80 ha torpaq sahəsini Quba regional “ASAN xidmət” mərkəsi notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-1447 nömrəli alqısatqı müqaviləsi əsasında Cavabdeh2 verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.73 ha torpaq sahəsinin tərkib hissəsidir. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X45 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli çıxarışın alınması ilə bağlı müraciət ərizəsi Cavabdeh1 adınadır. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X45 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 ümumi birgə mülkiyyətində olan ünvan 3ində yerləşən JN-175 saylı, Kod 30207038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət akt”-na əsasən 1.0 ha torpaq sahəsinin 0.20 ha hissəsi Xaçmaz rayon 1 saylı DNK-nın xx.xx.2007-ci il tarixli, 4Ə/01- 154 nömrəli alqı-satqı müqaviləsi əsasında X13 tərəfindən, xx.xx.2018-ci İl tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən yerdə qalan 0,80 ha torpaq sahəsi İsə Quba regional “ASAN xidmət” mərkəzidə notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-1447 nömrəli alqısatqı müqaviləsi əsasında Cavabdeh2 tərəfindən özgəninkiləşdiriimiş və sonuncuların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, Qeyd edirik ki, yuxarıda göstərilən həmin torpaq sahəsi ilə bağlı 2007-cl il tarixi ərzində notariat kontoruna məhdudiyyət və yüklülük haqqında arayışın verilməsinə dair məlumat aşkar edilməmişdir. -04 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh1 və onun ailə üzvləri X8, Cavabdeh4 və X21 barələrində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. X23 barəsində Azərbaycan Respublikası CM-nin 178-cimaddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. X26 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Şikayət vermiş İddiaçı 2007-ci ildə mərhum X12 tərəfindən alınmış ünvan 1i ərazisində yerləşən torpaq sahəsinə mülkiyyət hüququna dair iddiasının mülki xarakterli olması və bu barədə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. -qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-53 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X16 oğlunun vərəsələri qızı X31 və arvadı İddiaçıdır və onların hər biri miras əmlakdan ½ irs almalıdır. -hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi ilə əlaqədar 500 manat məbləğində vəsait köçürülmüşdür. -Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 100 manat dövlət rüsumu köçürülmüşdür. -iş üzrə cavabdeh X18 nümayəndəsi-vəkili Vəkil etiraz ərizəsindən görünür ki, hesab edir ki, sözügedən iddia tələbi hüquqlarını müdafiə etdiyi Cavabdeh2 münasibətdə əsassızdır. Belə ki, Cavabdeh2 ilə Cavabdeh1 Əli oğlu, Cavabdeh4, Cavabdeh3 və X28 arasında xx.xx.2018- ci il tarixli, AN-İ N2 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.8 ha olan torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən isə sonuncuya torpağa mülkiyyət hüququ, yəni çıxarış verilmişdir. Göründüyü kimi, Cavabdeh2 həmin torpaq sahəsinə münasibətdə vicdanlı alıcıdır və onun həmin torpaq sahəsini əldə etməsində hər hansı qanunsuz hərəkət mövcud deyil. Odur ki, qeyd edilənlərə əsasən, hesab edir ki, iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Mülki Məcəllənin 6-ci maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülki- Prosessual Məcəllənin 154-cü maddəsinə görə, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. İddiaya etirazda aşağıdakılar göstərilməlidir: etirazın göndərildiyi məhkəmənin adı, işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (əgər etirazı nümayəndə təqdim edirsə), şahidin və məhkəmə iclasına dəvət etdiyi digər şəxslərin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə, iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar, istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı, olduğu halda vəsatətlər (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, iddia tələblərinin birləşdirilməsi və ya ayrılması, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə), əlavə olunmuş sənədlərin siyahısı. İddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. İşdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdimetməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir. İddiaya etiraz işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndənin imzaladığı etiraza onun işi aparmağa səlahiyyətini təsdiq edən sənədlər əlavə edilir. Yuxarıda göstərilənləri və Mülki-Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, İddiaçı qızının Cavabdeh2 və qeyrilərinə qarşı “Çıxarışın ləğvi, alqı-satqı müqaviləsinin etiarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.4-ci maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1 ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 572.2-ci maddəsinə əsasən bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1162-ci maddəsinə əsasın sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına vəqanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021ci il tarixli Qərarında qeyd olunur ki, Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunur ki, Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2020ci il tarixli Qərarında qeyd olunur ki, əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayılova (Həsənquliyeva) Şövkət İspəndiyar qızı xx.xx.1977-ci ildə X20 ilə rəsmi nikah daxil olmaqla ailə qurmuşdur. X12 xx.xx.2022-ci ildə vəfat etmşdir. Cavabdehlər Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X10 Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon torpaq şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli tarixli, JN:0175 saylı, 30207038 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsini Xaçmaz rayonu 1 saylı Notariat kontorunda bağlanmış xx.xx.2007-ci il tarixli, 4Ə/01-155 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3. X14 qeyd olunan alqı-satqı müqaviləsinə əsasən yaranmış mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan o, vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-53 nömrə ilə qeyd edilmiş şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X14 arvadı İddiaçı miras əmlakdan ½ irs almalıdır. xx.xx.2007-ci il tarixli, 4Ə/01-155 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdehlər Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X27 həmin müqavilənin bağlanmasında iştirak etmələrinə baxmayaraq, X2 ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu xx.xx.2018-ci il tarxində öz adlarına rəsmiləşdirərək hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almışlar. Bundan bir gün sonra isə Quba regional “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1447 saylı alqısatqı müqaviləsinə əsasən həmin torpaq sahəsini Cavabdeh2 satmışlar. Belə olan halda məhkəmə hesab edir ki, idda tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh1 Məmmədəmin oğlunun da etirafına əsasən cavabdehlər mübahisəli torpaq sahəsini satdıqlarını bildikləri halda, həmin torpaq sahəsini yenidən öz adlarına rəsmiləşdirilmiş, daha sonra digər şəxsin adına özgəninkiləşdirmişdir. Cavabdeh2 etrizana münasibətdə məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə əsasən hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Lakin xx.xx.2018-ci il tarixli, 4Ə-1447 saylı alqı-satqı müqaviləsinin bağlanmasında alıcının editbarnəmə üzrə iştirak etmiş nümayəndəsi satıcıları əvvəlcədən görmədiyini, qiymət və digər şərtlərlə bağlı aralarında danışqların olmadığını və satıcıları ilk dəfə alqı-satqı müqaviləsinin bağlandığı gün notariat ofisində gördüyünü bildirmişdir. Bundan başqa, Cavabdeh2 məhkəmə iclasında mübahisəli torpaq sahəsini 12000 manata aldığını bildirsə də, xx.xx.2018-ci il tarixli, 4Ə-1447 saylı alqı-satqı müqaviləsində həmin torpaq sahəsinin 5000 manata satıldığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlar vicdanlılığı istisina edir və xx.xx.2018-ci il tarixli, 4Ə-1447 saylı alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsasdır. Beləliklə, xx.xx.2018-ci il tarixli, 4Ə-1447 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildilməli, həmin müqavilə əsasında verilmiş xx.xx.2018-ci il tarixli, **********83 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 ünvan 2ində yerləşən 1.73 ha torpaq sahəsi üzərində mülkiyyətinə dair qeyd qismən X11 miras qalmış 0.80 ha hissəsində (qismən) ləğv edilməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsiə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2ində yerləşən 0.80 ha torpaq sahəsinə dair Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X19 mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair xx.xx.2018-ci il tarixli, **********46 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Cavabdeh1 Məmmədəmin oğlu, Cavabdeh3, Cavabdeh4 və X27 ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə Quba regional “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 4Ə-1447 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi (AN-İ № 0704313) etibarsız hesab edilsin. xx.xx.2018-ci il tarixli, **********83 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 ünvan 2ində yerləşən 1.73 ha torpaq sahəsi üzərində mülkiyyətinə dair qeyd X11 miras qalmış 0.80 ha hissəsində (qismən) ləğv edilsin. Mülki işə baxılması üşün ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 500 manat məbləğində pul cavabdehlər Cavabdeh1, X22, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar