Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-397/2024 20.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Publik hüqüqi şəxsin cavabeh Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Publik hüqüqi şəxs məhkəmədə iddia qaldıraraq Cavabdeh 3297 manat əmlakına dəyən zərərin əvəzi, 54 manat dövlət rüsumu, 500 manat hüquqi yardıma görə ödənilən pul alınaraq “Xaçmaz Regional Xüsusi X3” Publik hüquqi şəxsinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi AB432531 №-li,”02”08 2011-ci il tarixli texniki pasporta əsasən **-AA-*** dövlət nömrə nişanlı, “Toyota Hilux” markalı avtomaşın onlara məxsusdur. 23 fevral 2023-cü ildə təxminən saat 14:40 radələrində Xaçmaz rayonu, Xuray kənd ərazisindən keçən 8-ci kmdə Cavabdeh idarə etdiyi VAZ 21154 markalı, **-NR-*** qeydiyyat nişanlı avtomobili Xudat şəhəri istiqamətində 80-90 km/saat surətlə hərəkət etdirərkən qarşı yola çıxmış və o yuxarıda qeyd olunan avtomaşını idarə edərkən onunla yol-nəqliyyat hadisəsi baş vermişdir. Bununla bağlı Daxili İşlər Nazirliyinin X1 işlər üzrə istintaq və təhqiqat şöbəsində araşdırma aparılmış və müəyyən edilmişdir ki, iş üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin, 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddəsinin tələblərə riayət etməklə onun hadisənin qarşısını almağa imkanı olmuşdur. Sürücü Cavabdeh “Maksimum surətin məhdudlaşdırılması” qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşıdırlmış yol sahəsində 80-90 km/saat surətlə hərəkətdə olmuş və ARİXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması yuxarıda qeyd olunan qərarla təsdiq olunur. Yol–nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına 8297 manat ziyan dəymişdir. Həmin məbləğdən 5000 manatın ödənilməsi sığorta şirkəti tərəfindən həyata keçirilmiş, qalan 3297 manat ziyanın ödənilməsi dəfələrlə cavabdehə müraciət olunmasına baxmayaraq ödənilmir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron ərizə göndərərək, iddianı müdafiə etdiyini, iştirakları olmadan məhkəmə iclasının keçirliməsini xahiş etmişdir. Eyni zamanda iddianı dəqiqləşdirərək Cavabdeh 3045 manat dəymiş zərərin, 54 manat dövlət rüsumunun, 500 manat hüquqi yardıma görə ödənilən pulun alınaraq “Xaçmaz Regional Xüsusi X3” Publik hüquqi şəxsinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, iddiaçı tərəf zərəri şişirdilmiş məbləğdə göstərmişdir. İddia tələbinin 3045 manat hissəsini qəbul edir, iddiaçı tərəfin vəkilə çəkdiyi xərci qəbul etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, **- AA-*** dövlət nömrə nişanlı, “Toyota Hilux” markalı avtomaşına 8297 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 585 nömrəli qiymətləndirmə aktından müəyyən olunur ki, **-AA-*** dövlət nömrə nişanlı, “Toyota Hilux” markalı avtomaşına 8297 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 9217 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, «Xalq Sığorta” ASC tərəfindən 5000 manat məbləğində pul X5 hesabına köçürülmüşdür. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh barəsində İXM-nin 327.1 maddəsi ilə inzibati tanbeh tədbirləri görülməsi üçün BDYPİ-nin YPXA-na göndərilməsi qərara alınmışdır. X7 barəsində inzibati tənbeh tədbirləri görülməmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 53 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3045 manat məbləğində pul və 53 manat dövlət rüsumu alınaraq İddiaçı Publik hüqüqi şəxsin xeyrinə ödənilsin. İddia qalan hissəsə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №e-2(067)-397/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-397/2024
20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver