Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-418/2024 27.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 8927,75 (səkkiz min doqquz yüz iyirmi yeddi manat yetmiş beş qəpik) manat, mənəvi ziyana görə isə 4000 (dörd min manat) manat, ödənilmiş 128,78 (yüz iyirmi səkkiz manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun, ümumilikdə 13.056,53 (on üç min əlli altı manat əlli üç qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 24 Avqust 2023 tarixdə Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti ünvanında olan zaman İddiaçı balasında olan 77 AD markalı 880 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşarkən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ünvanında yerləşən mənzilin 10 mərtəbəsindən cam-balkon sınaraq avtomobilin üzərinə tökülmüşdür. O, cavabdehlə əlaqə saxlayıb avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. O da avtomobildə olan zərərin onun təqsirindən olduğunu qəbul etməmişdir. Onun haqlı tələblərinə baxmayaraq dəymiş zərəri ödəməkdən imtina etmişdir. Avtomobili yoxlatdığı avtoservisin verdiyi rəsmi məlumata görə qeyd olunan zərərin aradan qaldırılması üçün 8927,75 manat vəsait tələb olunur. İş üzrə iddiaçı məhkəməyə ərizə göndərərək iddia tələbinin geri götürülməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul olunmalı və mülki iş üzrə icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4.-cü maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyil, tərəflərin hüquq və mənafeyini pozmur. Bununla əlaqədar iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraatına xitam veriməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №e-2(067)-418/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-418/2024
27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver