Məhkəmə qərarları › İş №e-2(067)-862/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-862/2023

06.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-862/2023 06.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin X1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: LPO İddiaçı ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh qanunsuz sahibliyində və istifadəsində olan ipoteka predmeti və tutma yönəldilən “Hyundai Elantra” markalı **-FX-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh alınaraq LPO İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə hazırlıq icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2016cı il tarixli 2(003)-1524/2016 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmişdir. Göründüyü kimi hazırki iddiaya məhkəmədə baxılmalı deyil. Məhkəmə hesab edir ki, iş üzrə hazırlıq icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, qeyd olunan əmlak üzrə icra tədbirlərinin hərəkətə keçirilməsi ilə bağlı iddiaçı tərəf müvafiq icra qurumuna müraciət etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin hazırlıq icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar