Məhkəmə qərarları › İş №e-2(068)-218/2023

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-218/2023

14.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-218/2023 14.11.2023 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 854 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(005)-4173/2022 saylı qətnaməsi üzrə İddiaçı qanuni təmsilçisi Nümayəndə və Cavabdeh müştərək qaydada cəmi 1709 manat məbləğində pul vəsaitinin tutularaq X3 ödənilməsinə qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti versələr də, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsinin həmin qətnaməsində borcun müştərək qaydada tutulması qeyd edilsə də, icra şöbəsi 1709 manat pulun hamısını İddiaçındən tutmuşdur. Hazırda Cavabdeh əvəzinə ödədikləri pulları haqlı olaraq geri tələb edirlər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan qanuni qüvvəsini almış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(005)-4173/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh və İddiaçı MMC-nə qarşı “yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı MMC-dən müştərək qaydada “Hyundai Accent” minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1454 manat, 45 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 210 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilməlidir. Həmçinin, qətnamədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli yol vərəqəsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “Toyota Prius (Hibrid)” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman iddiaçının idarə etdiyi “Hyundai Accent” minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sonuncuya maddi zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və bu inzibati tənbeh vermə haqqında qərarla da təsdiq olunmuşdur. İşdə olan İddiaçı MMC-nin hesabdan çıxarışından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(005)-4173/2022 saylı icra sənədi borclu İddiaçı MMC tərəfindən tam şəkildə icra edilmişdir. İşdə olan 30 avqust 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı, toplanmış və tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixində İddiaçı MMC-yə məxsus “Toyota Prius (Hibrid)” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən X3 məxsus “Hyundai Accent” minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilin sahibinə maddi ziyan vurulmuşdur. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. Bundan sonra X1 tələbi əsasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı MMC-dən müştərək qaydada “Hyundai Accent” minik markalı **-DY- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1454 manat, 45 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 210 manat olmaqla, cəmi 1709 manat məbləğində pul vəsaiti X1 xeyrinə tutulmuş, sözügedən qətnamə əsasında verilmiş 22(005)-4173/2022 saylı icra sənədi hazırkı tələb üzrə İddiaçı MMC tərəfindən tam şəkildə icra edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcələnin 509.2-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi qeyd edilən norma imperativ xarakter daşımaqla başqa şəxsin, o cümlədən qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a. vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququnun olması və həmin hüququn zərərin əvəzi şəxs tərəfindən ödənildikdən sonra yaranması qaydasını müəyyən edir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı işçisinin, yəni Cavabdeh vurduğu zərərin əvəzi İddiaçı MMC tərəfindən tam şəkildə ödənilmiş, bu səbəbdən də iddiaçı MMCnin cavabdehə qarşı subroqasiya qaydasında iddia irəli sürmək hüququ yaranmışdır. Nəticədə Cavabdeh vurulmuş ziyana görə iddiaçıya cəmi 854 manat borcu qalmış və həmin borcun tələb edilməsi mülki qanunvericiliyin tələblərinə tam uyğundur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 854 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 854 (səkkiz yüz əlli dörd) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar