Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-108/2023 21.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pulun alınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Chevrolet” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 800 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Kia Rio” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Chevrolet” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “Chevrolet” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini müvafiq etibarnamə olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Chevrolet” markalı **- EK-*** qeydiyyat nişanlı avtomobilə 800 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 100852 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Chevrolet” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 800 manat məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması DYPŞ-nin TP ******* inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 800 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Araz Allahverdiyev məhkəməyə ərizə ilə müraciət edərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdehin məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD 629854 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Kia Rio markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanması barədə elektron sistemdən çıxarışdan görünür ki, “Kia Rio” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. İş materiallarına əlavə edilmiş 100852 nömrəli sığorta aktından görünür ki, "xxxx" MMC-yə məxsus olan və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari qaydada sığortalanmış Kia Rio markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Bakı şəhəri ərazisində Chevrolet markalı, **- EK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq hesablanmış 800 manat sığorta ödənişi faydalanan şəxsə ödənilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 10225 nömrəli ödəniş tapşırığı və həmin tapşırığa əlavə edilmiş siyahıdan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Chevrolet markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 800 manat məbləğində pul vəsaiti avtomobilin sahibinə (X2) ödənilmişdir. İş materiallarından görünür ki, Cavabdeh Bakı şəhər X9 İdarəsinin rəisi polis polkovniki Rəşad Piriyev tərəfindən izahatı alınarkən idarə etdiyi “Kia Rio” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X1 idarə etdiyi “Chevrolet” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ara məsafəsi saxlamadığı üçün arxadan vuraraq zərər yetirdiyini və hadisə zamanı xəsarət alan olmadığını bildirmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərruatları barədə arayışdan görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan Kia Rio markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsi vaxtı ayıq vəziyyətdə olmuş, lakin nəqliyyat vasitəsini etibarnaməsi olmadan idarə etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər X9 İdarəsinin inzibati tənbeh vermə haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 21:00-da “Kia Rio” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozulması və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə İXM-nin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, MMC-yə məxsus Kia Rio markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi xx.xx.2021-ci il tarixədək Cavabdeh etibar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 800 manat sığorta ödənişini 10 iş günü müddətində İddiaçı Sığorta Şirkəti ASC-nə ödəməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" MMC-nin mülkiyyətində olan Kia Rio markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari qaydada sığortalanmışdır. "xxxx" MMC tərəfindən həmin avtomobilin idarə edilməsi üçün cavabdeh X3 xx.xx.2021-ci il tarixədək etibarnamə verilmişdir. Etibarnamənin qüvvədə olma başa çatdıqdan sonra, yəni 11 noyabr 2021-ci il tarixdə Bakı şəhərində Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Kia Rio” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X1 idarə etdiyi “Chevrolet” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində “Chevrolet” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 800 manat məbləğində maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olduğuna görə inzibati tənbeh vermə haqqında qərara əsasən Məmmədov X4 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə, eyni zamanda nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə həmin Məcəllənin 332.1ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Chevrolet” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 800 manat zərər avtomobilin qanuni sahibinə ödənilmişdir. Məhkəmə, işin qeyd olunan faktiki hallarını nəzərə alaraq və yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, cavabdeh avtomobili etibarnamə olmadan idarə etdiyinə görə sığorta ödənişi etmiş iddiaçının hadisənin baş verməsində təqsirli olan cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də, cavabdehdən subroqasiya qaydasında 800 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №e-2(071)-108/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-108/2023
21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver