Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-158/2024 15.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi ilə, İddiaçı, X2 və Qurbanov Rəşadın iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən tərtib edilmiş 105 marşrut nömrəli xx.xx.2023-cü il tarixli aktın əsasında onun abonent hesabına əlavə edilmiş 2451,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ailəsi ilə birlikdə Hacıqabul rayonu, Navahi kəndində yaşayır. Beləki, 02 avqust 2023-cü il tarixində su idarəsinin işçiləri gəlib onun evinin su təminatı məqsədilə su təchizahtı və su sayğacı qovşağının vəziyyətini yoxlamaq üçün onun ünvanına gəlmişlər, ünvana baxış keçirmişlər. Eyni zamanda da yoxlanılma haqqında akt tərtib etmişlər. Həmin aktda tərəflərindən ünvana baxış keçirilən zaman onun ana xətdən qeyri-qanuni olaraq boru vasitəsi ilə su çəkdiyi, boru vasitəsi ilə 15 sot həyətyanı sahəsini suvardığı və nohurun doldurulmasına istifadə etdiyini aşkar edildiyi bildirdilər. O həmin əməlləri törətdiyi üçün 200 manat məbləğində inzibati cərimə olunmuş və həmin cərimə məbləğinidə ödəmişdir. Lakin Su idarəsi onun abonent hesabına qanunsuz olaraq həddindən artıq çox məbləğdə 4720,20 manat və 2451,60 manat məbləğində ümumilikdə 7171,80 manat məbləğində borc hesablayaraq əlavə etmişdirlər. Bu məbləğlərdən 4720,20 manat olan hissəsi silinmiş, 2451,60 manat olan hissəsi isə hələ də, onun aonent hesabında borc kimi qalmışdır. O , həmin məbləğin əsassız olduğunu düşünür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, həmin xətti qonşularla yığılıb bir çəkmişlər. Akt yazılanda o, işdə olduğunu və evdəkilərdən də icazə almadığlarını bildirdi. Həyətdə video çəkiliş edib getmişlər. Həmin xəttə içmək üçün 1 ədəd krant qoyduğunu bildirdi. Odur ki, hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Tağıyev Səxavət izahatında bildirdi ki, iddiaçı onun qonşusudur. İddiaçı həyətində olan çuxura yaxınlıqda olan taxıl sahələrinin suvarılmasında ərazidə yığılıb qalmış suyun vasitəsilə dolur. Həmin su vasitəsilə eyni zamanda həyətyanı sahədə olan ağaclara sulanır. İddiaçı heç vaxt qeyri-qanuni xətdən istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 S.Tağıyevlə eyni məzmunlu izahat vermişdir. Məhkəmə, iddiaçının və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən fərdi yaşayış evinə dair İddiaçı yaşayır. Cavabdeh tərəfindən həmin ünvanın ana xətdən qeyri-qanuni olaraq boru vasitəsi ilə su çəkdiyi, boru vasitəsi ilə 15 sot həyətyanı sahəsini suvardığı və nohurun doldurulmasına istifadə etdiyinə görə 2451,60 manat borc hesablanmışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş CD Diskdə olan video görüntülərə baxış keçirilmişdir. Baxış zamanı, həqiqətəndə iddiaçıya məxsus həyətyanı sahəyə bitişik olan taxıl sahələrinin suvarılmasından sonra orada yığılıb qalmış iddiaçı tərəfindən çəkilmiş arx vasitəsilə onun həyətyanı sahəsində olan çuxura dolur. Məhkəmə iclasında tərəflərin izahatları və təqdim edilmiş iş materialları ilə müəyyən edildi ki, iddiaçı ana xətdən yaşadığı qeyri-qanuni olaraq boru vasitəsi ilə su xətti çəkilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il 262 saylı qərarının 1.2.5-ci bəndinə əsasən tullantı suları – istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 5.15-ci bəndində qeyd edilmişdir ki, istehlakçının verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən fərdi yaşayış evində ana xətdən qeyri-qanuni olaraq boru vasitəsi ilə su çəkilmədiyi müəyyən olunduğundan, həmin ünvana cavabdeh tərəfindən məhz ana xətdən qeyri-qanuni olaraq boru vasitəsi ilə su çəkdiyinə görə əsassız hesablanmış 2451,60 manat məbləğində borc pul silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********000) ana xətdən qeyri-qanuni olaraq boru vasitəsi ilə su çəkilərək boru vasitəsi ilə 15 sot həyətyanı sahəsini suvardığı və nohurun doldurulmasına istifadə etdiyinə görə Cavabdeh ASC tərəfindən hesablanmış 2451,60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-158/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-158/2024
15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver