Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-638/2024 05.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə dəymiş ziyana görə ödənilmiş 1290 (min iki yüz doxsan) manat məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 32,90 (otuz iki manat doxsan qəpik) manat və bank xidmət haqqı əvəzi olan 0,40 (qırx qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21011” markalı, ** BD *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz C230” markalı, ** LG *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə “Mercedes Benz C230” markalı, ** LG *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Mercedes Benz C230” markalı, ** LG *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə 1750 ( bir min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan avtomobili idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranır. Cavabdeh təqsirli olması isə Hacıqabul Rayon Məhkəməsinin 3(071)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə öz əksini tapır. İş materiallarına əlavə olunmuş Azari Express poçt xəbərnaməsindən göründüyü kimi borcun ödənilməsi ilə bağlı pretenziya məktubu Cavabdeh tərəfindən qəbul edilmişdir. Ödənilmiş 1750 manat məbləğində sığorta ödənişindən Cavabdeh tərəfindən 460 (dörd yüz altmış) manat İddiaçı Sığorta Şirkəti ASC-yə ödəniş həyata keçirilmiş, qalan məbləğ, yəni 1290 (bir min iki yüz doxsan) manat məbləğində pul vəsaiti hal-hazırda ödənilməmiş qalmaqdadır. Buna görə də 1290 (min iki yüz doxsan) manat məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 32,90 (otuz iki manat doxsan qəpik) manat və bank xidmət haqqı əvəzi olan 0,40 (qırx qəpik) manat pul vəsaitinin Cavabdeh İddiaçıSığorta Şirkəti ASC-nin xeyrinə tutulması xahiş edilmişdir. Hacıqabul rayon Məhkəməsinin e-2(071)-638/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair e- 2(071)-638/2024 saylı mülki iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirir ki, iddianı 1290 manat hissədə qəbul edir. Borc məbləğini hissə-hissə ödəməyə hazırdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 3(071)- 82/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Vaz 21011” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul şəhəri M.Hüseynzadə küçəsindən A.Abdullayev küçəsinə dönərkən X3 idarə etdiyi “Mercedes Benz C230 minik” markalı 99-LG683 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq, inzibati xəta törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Avtomaşınlara maddi ziyan dəymişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərarda da müəyyən edildiyi kimi, Cavabdeh İXM-nin 332.4-cü maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan 103926 nömrəli sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan üzrə sığorta ödənişi 1750 manat təşkil edir. İş materiallarında olan Hacıqabul RPŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 159- 4902-1222 saylı arayışa əsasən müəyyən edilir ki, Vaz 21011 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən idarə edilmişdir. Nəqliyyat vasitəsinin mülkiyyətçisi isə X2 olmuşdur. Yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. İş materiallarında olan sığorta müqaviləsinin elektron sənəd formasında çıxarışa əsasən müəyyən edilir ki, “Az 21011” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC ilə icbari sığorta müqaviləsi mövcud olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 5568 nömrəli ödəniş tapşırığının surətinə əsasən müəyyən edilir ki, digər nəqliyyat vasitəsinin sahibi X4 103926 saylı sığorta aktına əsasən 1750 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-cü il tarixli pretenziya məktubundan müəyyən edilir ki, subroqasiya qaydasında qeyd olunan məbləğin ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman “Vaz 21011 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətində olmaqla Cavabdeh tərəfindən idarə olunmuşdur. Hadisə zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Həmçinin iş materialları ilə təsdiq olunur ki, cavabdeh xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinib inzibati məsliyyətə cəlb edilmiş və həmin hadisə nəticəsində “Mercedes Benz C230” markalı, ** LG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin dəyərini təşkil edən 1750 manat sığortaçı İddiaçı ASC tərəfindən zərərçəkmiş şəxsə tam şəkildə ödənilmişdir. Hazırda iddiaçı Cavabdeh təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq ödədiyi 1750 manat məbləğində pulun 460 manatını cavabdeh ödəmiş 1290 manat pulun cavabdehdən subroqasiya qaydasında onun xeyrinə tutulmasını xahiş edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya verilmiş, lakin tələb icra edilməmişdir. Məhkəmə iş materialları ilə yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinməsini və iddiaçı tərəfindən 1760 manat məbləğində sığorta ödənişinin zərər çəkmiş şəxsə verilməsinin təsdiq olunmasını nəzərə alaraq qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Mülki Məcəllənin 936.1-ci maddsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1290 (min iki yüz doxsan) manat məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 32,90 (otuz iki manat doxsan qəpik) manat və bank xidmət haqqı əvəzi olan 0,40 (qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 1290 (min iki yüz doxsan) manat məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 32,90 (otuz iki manat doxsan qəpik) manat və bank xidmət haqqı əvəzi olan 0,40 (qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-638/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-638/2024
05.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver