Məhkəmə qərarları › İş №e-2(071)-852/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-852/2024

10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-852/2024 10.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmənin ilkin hazırlıq iclası xx.xx.2024-cü ilə tarixə təyin edilmiş, bununla bağlı olaraq tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçıya məhkəmə iclası barədə bildiriş xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus elektron məhkəmə informasiya sistemindəki elektron kabinetə yerləşdirilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında o, iştirak etməmiş, həmçinin bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclası iddiaçının iştirakını təmin etmək məqsədilə təxirə salınaraq xx.xx.2024-cü il tarixə saat 12:45-ə təyin edilmişdir. Tərəflərə yenidən məhkəmə iclasının vaxtı və yeri barəsində iddia ərizəsində qeyd olunan ünvana bildiriş, həmçinin mobil nömrələrə SMS bildiriş göndərilməklə məlumat verilmişdir. Bildiriş xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus elektron məhkəmə informasiya sistemindəki elektron kabinetə yerləşdirilməsinə və SMS bildiriş iddiaçıya çatdırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına təkrarən gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Odur ki, məhkəmə göstərilənlərə əsasən hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddia baxılmamış saxlandığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114, 185-ci, 259-cu və 260-cı və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi andan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar