Məhkəmə qərarları › İş №e-2(071)-941/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-941/2025

21.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-941/2025 21.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi" barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş maddi zərərə görə 3680 (üç min altı yüz səksən) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 24 iyul 2024-cü il tarixdə təqribən saat 10:40 radələrində idarə etdiyi “Hyundai İ402 markalı ** XG *** qeydiyyat nişanlı avtomobillə Xırdalan dairəsində Xırdalan şəhəri istiqamətində hərəkətdə olarkən Sumqayt istiqamətindən 2-ci dərəcəli yoldan dairəyə daxil olan “Hyundai Elantra” markalı ** LK *** nömrəli avtomobil iddiaçının avtomobilini sağ tərəfdən vurdu. Zərbədən iddiaçının avtomobili yolun kənarında yerləşən beton səkilərə və yol nişanına çırpıldı. Hadisə zamanı xəsarət alan olmadı. Hadisəni törədən “Hyundai Elantra” markalı ** LK *** nömrəli avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh olmuşdur. Bu hadisə ilə bağlı Soltanov X1 Yol Patrul Xidməti İnspektorunun xx.xx.2024-cü il tarixli TP6656160 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək 40 manat məbləğində cərimə edilmişdir. Cavabdehin idarə etdiyi avtonəqliyyat vasitəsi icbari sığorta müqaviləsinə əsasən Paşa Sığorta ASC-də sığortalanmışdır. Paşa Sığorta ASC tərəfindən dəymiş zərərin məbləği 8470 (səkkiz min dörd yüz yetmiş) manat müəyyən edilmişdir. Bundan sonra sığorta şirkəti tərəfindən iddiaçıya 4796 manat pul ödənilmişdir. Dəymiş ziyanın 3680 (üç min altı yüz səksən) manatını cavabdehdən tələb etmək məcburiyyətində qalmışdır. Çünki hadisə zamanı iki avtonəqliyyat vasitəsi zədələnmişdir. Sığorta şirkəti tərəfindən məbləğ iki yerə bölünmüşdür. Cavabdeh xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyini və heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı çıxışında bildirmişdir ki, iddianı müdafiə edir. Cavabdeh vurulmuş maddi zərərə görə 3680 (üç min altı yüz səksən) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir və bu barədə ərizə yazaraq məhkəməyə təqdim etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 304216 saylı, xx.xx.21024-cü il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabatdan müəyyn edilir ki, “Hyundai İ40” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 8470 manat ziyan dəymişdir. İş materiallarında olan X3 Xidməti İnspektorunun xx.xx.2024-cü il tarixli TP6656160 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək 40 manat məbləğində cərimə edilmişdir. xx.xx.2026-cı il tarixdə Meyar Ekspertiza MMC-nin xx.xx.2026-cı il tarixli, M-010- TEM/2026 nömrəli hesabatı məhkəməyə daxil olmuşdur. Toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində, İddiaçı məxsus avtomobildə dəyişdirilməli, təmir edilməli olan detalların və görüləcək işlərin xidmət haqqının dəyəri ümumi olaraq 8710 manat olaraq müəyyən edilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Cavabdeh təqsiri ucbatından avtonəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində İddiaçı avtomobilinə maddi ziyan vurulmuşdur. Sığorta şirkəti tərəfindən 8470 manat ödəniş edilmiş və bu ödəniş iki hissəyə bölünmüşdür. Hazırda iddiaçı cavabdehdən avtomobilə vurulan ziyanın tam həcmini tələb edir. Cavabdehin məhkəmə iclasında verdiyi izahatdan və məhkəməyə təqdim etdiyi ərizədən məlum olur ki, cavabdeh iddia tələbini qəbul edir və dəymiş ziyanı qarşılamağa razıdır. Ekspertiza rəyinə əsasən avtomobilin bərpası üçün təmir xərcləri 8710 manat olaraq müəyyən edilmişdir. Avtomobilə vurulmuş ziyanın 4796 manatı sığorta şirkəti tərəfindən qarşılanmışdır. Beləliklə işin faktiki hallarını, ekspertiza rəyini və tərəflər arasında razılıq olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 3680 (üç min altı yüz səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən Ekspertiza xərci Cavabdeh aid edilməli və ondan 300 (üç yüz) manat pul vəsaiti tutularaq “X2” MMC-nin hesabına ödənilməlidir. (Kapital Bank, Filialın kodu 200026, VÖEN **********, SWİFT AİİBAZ2XXXX, AZ37NABZ********************, Benefisiarın hesabı AZ43AİİB400800K**********102, Benefisiarın VÖEN-i **********) Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 3680 (üç min altı yüz səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ekspertiza xərci Cavabdeh aid edilsin və ondan 300 (üç yüz) manat pul vəsaiti tutularaq “X2” MMC-nin hesabına ödənilsin. (Kapital Bank, Filialın kodu 200026, VÖEN **********, SWİFT AİİBAZ2XXXX, AZ37NABZ********************, Benefisiarın hesabı AZ43AİİB400800K**********102, Benefisiarın VÖEN-i **********). Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar