Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(072)-84/2024 16.02.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı, İddiaçı nümayəndəsi (vəkil): Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh: Cavabdeh, Cavabdeh vəkili: Şirvan Regional Vəkil Bürosunun vəkili X1, Üçüncü şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sahibliyin müdafiəsi” tələbinə dair iddia ərizəsi əsasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sahibliyin müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (vəkil) Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək, İddiaçı Cavabdeh qarşı “sahibliyin müdafiəsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını, eləcə də İddiaçı və onun nümayəndəsi (vəkil) Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ərizəsini tam və obyektiv araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddiaçı tərəfin vəsatəti ilə iddia ərizəsi geri qaytarılamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “sahibliyin müdafiəsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-84/2024
Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №e-2(072)-84/2024
16.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver