Məhkəmə qərarları › İş №e-2(073)-1156/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1156/2024

17.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1156/2024 17.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Siğorta Şirkəti ASC-nin Cavabdeh qarşı 350 manat məbləğində vurulmuş zərər və 30 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Atəşgah” Siğorta Şirkəti” ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 350 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ««Atəşgah” Siğorta Şirkəti” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, «Atəşgah” Siğorta Şirkəti” ilə X2 arasında 26 avqust 2020-cü il tarixli PAT ********** nömrəli siğorta müüqaviləsi bağlanmışdır. «Atəşgah” Siğorta Şirkəti” ASC tərəfindən ** BD *** dövlət qeydiyyat nişanlı “VAZ 21053” markalı avtonəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2021-cİ il tarixdə, saat 12 radələrində Kürdəmir rayonunun ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 21053” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat, ** DF *** dövlət qeydiyyat nişanlı “Hyundai i 20” markalı avtonəqliyyat ilə toqquşmuş və nəliyyat vasitəsinə zərər yetirmişdir. Sözügedan yol-naqliyyat hadisəsi nəticəsinda ** DF *** dövlət qeydiyyat nişanlı “Hyundai i 20” markalı avtomobilə dəymiş zərərə göra Cəmiyyət tərəfindan 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə subroqasiya hüququ yaranmışdır. Kürdəmir rayon DYPŞ-nin tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. İddiaçı «Atəşgah” Siğorta Şirkəti” ASC-i avtonəqliyyat vasitsainə dəymiş zərərə görə ödənilməli olan 350 (üç yüz əlli) manat məbləğində pulun Cəmiyyətin hesabına ödanilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Kürdəmir rayon DYPŞ tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Kürdəmir rayonunda yol nəqliyyat hadisəsi baş vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, TP 447650 saylı İnzibati Xətalarla bağlı Tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə məsuliyyətə cəlb edilmiş və 100 manat məbləğində cərimə edilmişdir. İşdə olan Debit haqqında bildirişdən ödəniş məlumatlarından görünür ki, X1 350 (üç yüz əlli) manat məbləində pul köçürülmüşdür. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli Siğorta Aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində ** DF *** dövlət qeydiyyat nişanlı “Hyundai i 20” markalı avtonəqliyyat vasitəsinə 350 (üç yüz əlli) manat zərər sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq ««Atəşgah” Siğorta Şirkəti” ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar