Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1902/2024 10.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı Akif oğlunun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Akif oğlunun Cavabdehnə qarşı mübahisə mövzusu olan məlumatın yanlışlığı bildirilməklə təkzib edilməsi, ““Novxanı əməliyyatı” İddiaçı üçün düşərli olmadı - “Əmlak nəhəngi” ilə bağlı təftiş başlayır”, “İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: İddiaçı və Eldəniz Qafarov prezidentə sabotaj içində”, “Əmlak Komitəsində həbs dalğası: İddiaçı taladığının cəzasın alacaq”, “İLGİNC: İddiaçı təntənəli ziyafət... - “Daha bizə zaval yoxdur!”, “Dövlət hesabıma milyonlar qazanan GİZLİ OLİQARX.- İLGİNC İDDİALAR,..”” başlığı altında verilmiş məlumatlar “məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həqiqətə uyğun olmayan hesab edilmişdir, İddiaçı Akif oğlu barəsində həqiqətə uyğun olmayan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiqini tapmamış məlumatı dərc etdiyimizə görə ondan üzr istəyirik” ifadəsi ilə İddiaçı Akif oğlundan üzr istənilməsi, həmin məlumatların dərc olunduğu saytda yerləşdirilməsi və sonradan silinməsinin qadağan edilməsi öhdəliklərinin cavabdeh 'Turantv.Az" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Akif oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə mövzusu olan məlumatın yanlışlığı bildirilməklə təkzib edilməsi, ““Novxanı əməliyyatı” İddiaçı üçün düşərli olmadı - “Əmlak nəhəngi” ilə bağlı təftiş başlayır”, “İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: İddiaçı və Eldəniz Qafarov prezidentə sabotaj içində”, “Əmlak Komitəsində həbs dalğası: İddiaçı taladığının cəzasın alacaq”, “İLGİNC: İddiaçı təntənəli ziyafət... - “Daha bizə zaval yoxdur!”, “Dövlət hesabıma milyonlar qazanan GİZLİ OLİQARX.- İLGİNC İDDİALAR,..”” başlığı altında verilmiş məlumatlar “məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həqiqətə uyğun olmayan hesab edilmişdir, İddiaçı Akif oğlu barəsində həqiqətə uyğun olmayan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiqini tapmamış məlumatı dərc etdiyimizə görə ondan üzr istəyirik” ifadəsi ilə İddiaçı Akif oğlundan üzr istənilməsi, həmin məlumatların dərc olunduğu saytda yerləşdirilməsi və sonradan silinməsinin qadağan edilməsi öhdəliklərinin cavabdeh 'Turantv.Az" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Akif oğlunun vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı Akif oğlu hazırda Əmlak Məsələləri Dövlət Xidmətində şöbə müdiri vəzifəsində işləyir. İş yerində və yaxınları arasında etibarlı və dövlətinə sadiq şəxs kimi xarakterizə edilən İddiaçı, cavahdeh tərəfindən paylaşılan məlumatlar nəticəsində dərin mənəvi əzab və stress yaşamış və paylaşılan məlumatlara görə üzüntü keçirmişdir. Cavabdeh internet saytında hüquqlarını müdafiə etdiyi şəxs barəsində hər hansı əsas olmadan və irəli sürülən əməllərin törədilməsini təsdiq edən qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı olmadan həmin məlumatları paylaşmışdır. Belə ki, cavabdeh “Novxanı əməliyyatı” İddiaçı üçün düşərli olmadı - “Əmlak nəhəngi” ilə bağlı təftiş başlayır... başlıqlı məlumatda qeyd etmişdir ki, “Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən İddiaçı siyasi kariyerası sual altına düşüb. Buna səbəb şöbə müdirinin Novxanıda keçirdiyi “sonuncu əməliyyat” olub”. Bu barədə diaaz.info-ya göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: “Mediada “Novxanı əməliyyatı” kimi təsnif olunan bu olayın mahiyyətini qısaca xatırlatmalı olsaq, qeyd edək ki, hər şey İddiaçı Novxanı çimərliyi sahilindəki “Metallurq” qaçqın düşərgəsini zəbt etməsi ilə başladı. Həmin düşərgənin önəmli bir hissəsini məşhur iş adamlarından birinə satan İddiaçı qaçqın evlərini dağıtması, onları 30 ildir məskumlaşdıqları yerdən didərgin salması vətəndaşların ciddi etirazına səbəb oldu. Nəticədə İddiaçı ismi qısa zamanda mediada məşhurlaşsa da, harınlamış məmura “gözün üstə qaşın var” deyən tapılmadı. Belə olan halda məcburi köçkünlər bütün dövlət qurumlarına, əlaqədar instansiyalara şikayət məktubları göndərməyə başladı. Bütün bunların nəticəsi olaraq İddiaçı fəaliyyətinin təftiş olunmasına qərar verilib. İlk təftiş prosesi isə “Novxanı əməliyyatı” ilə bağlı aparılacaq. Xatırladaq ki, artıq bu qərardan qorxuya düşən İddiaçı və məşhur iş adamı Novxanıdakı inşaat prosesini dayandırıb. İnşaat işlərinin taleyinə təftiş prosesinin nəticəsinə uyğun qərar veriləcək. Məlumat üçün qeyd edək ki, İddiaçı yalnız Bakı deyil, ölkə miqyasında başlıca əmlak nəhənglərindən biri hesab edilir. Şöbə müdiri min hektarlarla torpaq sahəsinə, yüzlərlə mənzilə sahib olsa da, onların heç birini öz adına rəsmiləşdirməyib. Məqsəd “gözə girməmək”, “kasıb məmur” imicini qorumaq olub. Ancaq təftiş prosesindən sonra İddiaçı bu imicinin darmadağın olacağı birmənalıdır. Çox güman ki, təftişin nəticəsi olaraq şöbə müdiri sadəcə əmlakını ilə deyil, həm də azadlığı ilə vidalaşmalı olacaq”. Bundan başqa cavabdeh “İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı İddiaçı və Eldəniz Qafarov prezidentə sabotaj içində” başlıqlı məlumatda qeyd etmişdir ki, “Uzun müddətdir müzakirə olunan, vətəndaşları və müvafiq qurumları narahat edən problem, deyəsən, artıq həllini tapır. Söhbət sənədsiz evlərə çıxarışların, müvafiq digər sənədlərin verilməsi məsələsindən gedir. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin açıqlaması ictimaiyyətdə böyük ümidlər yaradıb. Amma sözügedən qurumun bu işin öhdəsindən gələ biləcəyini düşünmək çətindir. Bir zamanlar bu sahədə Kərəm Həsənov kimi odioz oliqarxın tam hökmranlığı olduğu halda indi Mətn Eynullayevin eyni idarəçilik güçünə sahib olduğunu demək olmaz Turantv.az ALFA xəbər-ə istinadən xəbər verir ki, burda xidmət rəisindən daha çox digər fiqurlar söz sahibinə çevrilib. Məsələn, adi yerölçənlikdən məmumların sevimlisinə çevrilmiş Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən İddiaçı. İddiaçı dövlət torpaqlarını məmurlara peşkəş etməsi qarşılığında aldığı Range Rover zamanla özü nəhəngliyində problemə çevrilməkdədir. Şöbə müdiri lovğalıq edərək ona tam məxfi ortamda təqdim edilən avtomobillə bağlı yaxın çevrəsinə açıq məlumat verməsi onunla yanaşı, ona həmin avtomobili hədiyyə edən şəxsi də çətin vəziyyətə salıb. Məhz həmin iş adamı ilə birgə Novxanıda yerləşən “Metallurq” düşərgəsində qaçqınları məskunlaşdığı ərazinin qeyri qanuni zəbti Bəşirov üçün ciddi problemlər yaradıb. Əmlak makleri ona zamanında avtomobil hədiyyə etmiş məşhur general qardaşıyla birgə köçkün düşərgəsində villalar inşa etmək üçün onlarla ağacı ağır texnika vasitəsilə məhv edib. Dövlət torpaqları hesabına milyonlar qazanan İddiaçı Tükiyədə də nəhəng biznes imperiyası yaradıb. Tez-tez Türkiyəyə səfərlər edən Taleh Bağırov öz biznesini Azərbaycandan kənarda genişləndirməkdə maraqlıdır. Əmlak Məsələləri Dövlət Xidmətində qanunsuz yollarla nəhəng biznes imperiyası quran məmurlardan biri də Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini Eldəniz Qafarovdur. Paytaxt ərazisində biznes üçün ən uğurlu nöqtələrin zəbti Eldəniz Qafarovun adı ilə bağlıdır. Gediş-gəlişin çox olduğu ərazilərdə boş torpaq sahələrini, hətta səki, park və zibilxanaları belə zəbt edən müdir müavini, qısa zamanda bu ərazilərdə ictimai iaşə obyektləri və mağazalar inşa edərək öz biznes imperiyasını durmadan genişləndirir. Tutduğu vəzifə və yüksək ranqlı məmurlarla qurduğu dostluq münasibəti ona zəbt etdiyi əraziləri qısa zamanda sənədləşdirməyə, əməlinə qanuni don geyindirməyə imkan verir. Belə bir mühitdə isə sənədsiz evlərin sənədləşdirilməsi prosesinin şəffaflığı inandırıcı görünmür. Nəzərə alsaq ki, bu məsələ ölkə rəhbərliyinin vətəndaşlara vədlri sırasındadır, demək, Mikayıl Cabbarovun idarəsində prezidentə qarşı sabotaj mafiyası fəaliyyət göstərir. Bundan əlavə cavabdeh “Əmlak Komitəsində həbs dalğası: İddiaçı taladığının cəzasın alacaq” başlıqlı məlumatda qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini X1 Prezidentin xüsusi nümayəndəsi təyin olunması Xidmət daxilində ciddi təlatümlər yaradıb. Belə ki, Elçin Yusubovun himayəsi altında olan kadrlar təşviş içindədir və bu sırada dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən İddiaçı durumu daha ağırdır. Adi bir yerölçənlikdən məmur oliqarxa qədər yüksəlişini məhz Elçin Yusubova borclu olan İddiaçı indi Xidmətdə havadan asılı vəziyyətdə qalıb. İddiaçı müəyyən dairələrdə Elçin Yusubovla bağlı təyinatı özünün xilası kimi dəyərləndirsə də, əslində mövcud reallıq xeyli dərəcədə fərqlidi. Çünki şöbə müdirinin nə deməyindən asılı olmayaraq, Elçin Yusubovun indiki həssas məqamda İddiaçı yaratdığı çoxsaylı problemlərə ortaq olacağı inandırıcı görünmür. Xidmət rəhbərliyi hesab edir ki, onlar üçün davamlı başağrısına çevrilən İddiaçıla xudafizləşmək vaxtıdır. Rəhbərliyin fikrincə, bu, şöbə müdiri və onun mediada doğurduğu mənfi ictimai rezonansdan qurtulmağın ən yaxşı yoludur. Bütün bunları nəzərə alan Xidmət rəhbərliyinin yaxın vaxtlarda İddiaçıla vidalaşacağı gözlənilir. Lakin Xidmət rəhbərliyində təmsil olunan bəzi şəxslər hesab edir ki, İddiaçı sadəcə işdən uzaqlaşdırılması yetərli olmaya bilər. Belə ki, bəzi yetkililər hesab edir ki, şöbə müdiri öncə törətdiyi qanunsuzluqlara görə cavab verməli, etdiyi əməllərə görə cəzalandırılmaldır. Çünki işdən çxıarılmağı onu etdiyi qanunsuzluqların məsuliyyətindən azad etmir. Bu mənada İddiaçı sadəcə işdən qovulacağı, yoxsa həm də məsuliyyətə cəlb ediləcəyi indiki məqam üçün mübahisə predmeti olaraq qalır. AzToday.az mediada yayılan məlumatlara istinadən xəbər verir ki, Elçin Yusubovun himayəsi altında kasıblığın daşını atan İddiaçı, dövlət torpaqları ilə məmurlar arasında maklerlik edib. Dövlət balansındakı milyonluq torpaq sahələrini məmurların dostluğunu qazanmaq üçün onlara qəpik-quruşa təklif edən Bəşirov, əvəzində məmurlardan “hədiyyə” adı ilə böyük pullar, bahalı avtomobillər qazanıb. İddiaçı bağışlanan və haqqında mətbuatda danışılan Range Rover də məhz bu xidmətinə görə şöbə müdirinə verilib. Dövlət torpaqları hesabına milyonlar qazanan İddiaçı Tükiyədə də nəhəng biznes imperiyası yaradıb. Tez-tez Türkiyəyə səfərlər edən Taleh Bağırov öz biznesini Azərbaycandan kənarda genişləndirməkdə maraqlıdır. Amma indi vəziyyətin kritikliyi İddiaçı da yaxşı məlumdur. Bu səbəbdən də şöbə müdiri son bir ayda dostluq əlaqəsində olduğu bütün iri ranqlı məmurlara müraciət edərək ona kömək etmələrini istəyib. Lakin görünən odur ki, kimsə İddiaçı kömək etmək niyyətində deyil. Bundan sonra cavabdeh “İLGİNC: İddiaçı təntənəli ziyafət... - “Daha bizə zaval yoxdur!”” başlıqlı məlumatda qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İddiaçı bugünlərdə məşhurrestoranların birində təntənli ziyafət verib. Buna səbəb Əmlak Məsələləri Dövlət Xidmətinin keçmiş rəis müavini Elçin Yusubovla bağlı ölkə başçısının verdiyi Sərəncam olub. Məlum Sərəncama əsasən X2 Xankəndi, Ağdərə və Xocalı üzrə nümayəndəsi təyin edilib”. Bu barədə dia-az-a göndərilən məqalədə daha sonra qeyd olunur “Məhz bu təyinatdan vəcdə gələn İddiaçı baş verənləri əsl bayram əhval-ruhiyyəsi ilə qeydedib, təşkil etiyi ziyafətə bir sıra məmur-oliqarxları, iş adamlarını dəvət edib. Son bir ilə yaxıdır ki, ölkə mediaısnın hədəfində olan, çoxsaylı qanunsuz əməlləri ilə gündəmə gələn və işdənqovulmaq, məsuliyyətə cəlb olunmaq təhlükəsi ilə üzləşən İddiaçı bu təyinatı öz xilası kimi qiymətləndirib. İddiaçı təşkil etdiyi ziyafətdə açıq şəkildə bildirib ki, “daha bizəzaval yoxdur, artıq heç kim bizə heç nə edə bilməz”Elçin Yusubovla münasibətlərinin “əladan əla” olduğunu bildirin şöbə müdiri, artıq heç nədən qorxmadığını bəyan edib”.“İddiaçı Elçin Yusubovla bağlı təyinatı özünün xilası kimi dəyərləndirsə də, əslində mövcud reallıq xeyli dərəcədə fərqlidir” deyən müəllif daha sonra dia-az.info-ya yazır: “Birincisi, Prezidentin məlum sərəncamı İddiaçı yox, Elçin Yusubova göstərilən etimaddır və ikincinin bu etimadı nə dərəcədə doğruldacağını zaman göstərəcək. İkincisi, İddiaçı sabiq rəisinin vəzifəyə getməsi İddiaçı etdiyi qanunsuz əməllərinm məsuliyyətindən azad etmir. Üçüncüsü, İddiaçı Elçin Yusubov tərəfindən himayə ediləcəyinə inansa da, Elçin Yusubovun bu məsələdə sərgiləyəcəyi mövqe tamam fərqli ola bilər. Daha doğrusu, şöbə müdirinin nə deməyindən asılı olmayaraq, Elçin Yusubovun indiki həssas məqamda İddiaçı yaratdığı çoxsaylı problemlərə ortaq olacağı inandırıcı görünmür. Bu, Elçin Yusubova lazım da deyil. Çox güman ki, İddiaçı bu təyinatdan isyifadə edərək öz mövqeyinin möhkəmləndiyi yalanına digər məmurları da inandırmaq və onların da dəstəyinə əldə etməyə çalışır. Elçin Yusubovun adından, Prezidentin ona göstərdiyi etimaddan şəxsi maraqları üçün istifadə etməyə çalışan İddiaçı, öz qanunsuz əməllərini bu yolla pərdələməyə, həmin əməllərin mövqündə dayanmağa çalışır. Ümumilikdə isə, “daha bizə zaval yoxdur” ifadəsi ilə gələcək qanunsuzluqların anonsunu verən İddiaçı bilməlidir ki, X3 dediyi kimi, bu ölkədə toxunulmaz adam yoxdur. Rüşvət və korrupsiyaya, qanunsuz əməllərə yol verən bir çox nazirin, icra başçısı və digər yetkililərin hənbsxanadan keçən yolu buna nümunədir. Ona görə yaxşı olar ki, şöbə müdiri bu cür ziyafətlər təşkil etmək əvəzinə etdiyi qanunsuzluqları aradan qaldırmaq haqqında düşünsün. Bəlkə o zaman yaxşı nəyəsə ümid edə bilər”. Bundan əlavə cavabdeh Dövlət hesabına milyonlar qazanan gizli oliqarx ilginc iddialar” başlıqlı məlumatda qeyd etmişdir ki, Bir müddət öncə mətbuatda Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İddiaçı qısa zamanda qanunsuz yollarla milyonlarla manat vəsait əldə etdiyi, hətta bəzi məmurların ona Range Rover hədiyyə etməsi ilə bağlı yazılar yer alıb. İddiaçı yazılanları nə təsdiq, nə də təkzib etməməsi bu məlumatlarda həqiqət payının yüksək olduğunu göstərir”. Bu barədə DİAAZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: “Xidmət rəisinin müavini Elçin Yusubovun himayəsi altında “kasıblığın daşını atan”, kölgədəki oliqarxlardan birinə çevrilən İddiaçı, dövlət torpaqları ilə məmurlar arasında maklerlik edir. Dövlət balansındakı milyonluq torpaq sahələrini məmurlara xoş getmək, onların dostluğunu qazanmaq üçün onlara qəpik-quruşa təklif edən Bəşirov, əvəzində məmurlardan “hədiyyə” adı ilə böyük pullar, bahalı avtomobillər qazanır. Yəni dövlət büdcəsi pul itirdiyi halda Bəşirovun fərdi büdcəsi sürətlə şişir. Özgə cür desək, Bəşirov hamam suyu ilə dost tutur, dövlət torpaqları hesabına dolayısı yolla milyonlar qazanır. Ona bu işdə mane olan, yaxud mane ola biləcək adamları isə işdən qovdurur. İddiaçı bağışlanan və haqqında mətbuatda danışılan Range Rover də məhz bu xidmətinə görə şöbə müdirinə verilib. Dövlət torpaqlarını məmurlara, iş adamlarına dəyər-dəyməzinə satan şöbə müdiri, bu gün ölkənin ən məşhur oliqarxalarının sevimlisidir. İddiaçı dövlət torpaqlarını məmurların adına “su qiymətinə” sənədləşdirir, sonra isə bunun əvəzində həmin torpaqların dəyərinin yasrısı qədər “nəmər” alır. Dövlət torpaqları hesabına milyonlar qazanan İddiaçı Tükiyədə də nəhəng biznes imperiyası yaradıb. Tez-tez Türkiyəyə səfərlər edən Taleh Bağırov öz biznesini Azərbaycandan kənarda genişləndirməkdə maraqlıdır. Şöbə müdirinin Türkiyədəki biznesi, Azərbaycanda hansı məmurlarala əlaqə qurması, bu dostluqdan nələr qazanması haqqında yeni məlumatlar verəcəyik”. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq. Hüquqlarını müdafiə etdiyi İddiaçı bu paylaşımlarda qeyd edilənləri qəbul etmir və böhtan hesab edir. Nəzərə alsaq ki, yazılanlarda oxuculara çatdırılmaq istənilən şey iddiaçının vəzifə cinayəti törətməsidir ki, bu mütləq qaydada məhkəmə qərarı ilə öz təsdiqini tapmalıdır. İndiki halda isə nəinki məhkəmənin, ümumiyyətlə hər hansı istintaq orqanın deyilənlər barəsində bu və ya digər qərarı mövcud deyil. Belə olan halda paylaşımda deyilənlərin həqiqət olmasını sübut etmə vəzifəsi bilavasitə cavabdehin üzərinə düşür və məlumatlar həqiqət olmadığından o, bunu sübut edə bilməyəcəkdir. Belə olan halda, qeyd edilən məlumatın yanlışlığı bildirilməklə təkzib edilməsi, iddiaçıdan üzr istənilməsi, bunlar barədə nəticə hissəsində göstərilən məzmunda məlumatın mübahisə mövzusu olan məlumatın dərc olunduğu saytda yerləşdirilməsi və sonradan silinməsinin qadağan edilməsi öhdəlikləri cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, hüquqi ünvanı Cəlilabad rayonu Eçara kəndi, ev 0, mənzil 0 olan Cavabdeh 15 noyabr 2019-cu il tarixdə Dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək, müəyyən etdi ki, Cavabdeh MMC tərəfindən ““Novxanı əməliyyatı” İddiaçı üçün düşərli olmadı - “Əmlak nəhəngi” ilə bağlı təftiş başlayır”, “İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: İddiaçı və Eldəniz Qafarov prezidentə sabotaj içində”, “Əmlak Komitəsində həbs dalğası: İddiaçı taladığının cəzasın alacaq”, “İLGİNC: İddiaçı təntənəli ziyafət... - “Daha bizə zaval yoxdur!”, “Dövlət hesabıma milyonlar qazanan GİZLİ OLİQARX.- İLGİNC İDDİALAR,..”” başlığı altında yayımlanmış məlumatlar cavabdeh tərəfindən müəllif olaraq dərc edilmiş məlumatlardır ki, həmin məlumatlar da İddiaçı Akif oğlunun şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsinə yol verilmişdir. Belə ki, Cavabdeh internet saytı həmin yayımlanmış müraciətlərdə göstərdiyi halları təsdiq edən hər hansı sübutu, həmçinin, İddiaçı Akif oğlunun xidməti fəaliyyətində qanun pozuntuları və qanunsuz əmlaklarının olması barədə sübutu məhkəməyə təqdim edə bilməmiş, nəticə etibarı ilə Cavabdeh internet saytının yalan fikirləri Azərbaycan Respublikasının MM-nin 23-cü maddəsi (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) ilə nizamlanan hüquq münasibətləridir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətini dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçının şərəfini və ləyaqətini ləkələyən yalan məlumatlar nəticəsində mənəvi zərərə məruz qalmasını, yəni həmin məlumatların məhz cavabdeh tərəfindən yayılması, həmin məlumatların yalan olması, habelə idiaçının mənəvi zərərə məruz qalması, həmin zərərin cavabdehin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsi, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması və onun nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Yayılmış məlumatların həqiqətə uyğun olmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Eləcə də, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Həmin qərarın 10-cu bəndində qeyd olunur ki, «Kütləvi informasiya vasitələri haqqında» 21 iyul 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən bu və ya digər kütləvi informasiya vasitəsində yayılmış, həqiqətə uyğun olmayan məlumat rəsmi xəbərlərdə olmuşdursa; informasiya agentliklərindən və ya dövlət orqanlarının agentlərindən və ya dövlət orqanlarının, ictimai orqanın mətbuat bölmələrindən alınmışdırsa; Milli Məclisin iclasında deputatların, ictimai birliklərin və siyasi partiyaların qurultaylarında, plenumlarında nümayəndələrin çıxışlarında, habelə dövlət orqanlarının və ictimai orqanların vəzifəli şəxslərinin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə; qabaqcadan lentə yazılmadan efirə gedən müəllif çıxışlarında, yaxud qanuna uyğun olaraq redaktə edilməli olmayan mətnlərdə yayılmışdırsa bu məlumatlara görə kütləvi informasiya vasitələri, habelə curnalist məsuliyyət daşımır. Lakin bu yollarla yayılmış məlumatların da təkzib edilməsi üçün maraqlı şəxslər məhkəmədə iddia qaldıra bilərlər. Bu zaman məhkəmə onlardan məlumat daxil olmuş vətəndaşları və təşkilatları işə cəlb etməli, həmin məlumatların doğru olmasını sübut etmək vəzifəsini onların üzərinə qoymalıdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh MMC İddiaçı Akif oğlu barəsində internet saytında həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Məlumatlardan isə görünür ki, ifadə olunmuş fikirlər İddiaçı Akif oğlunun şərəf və ləyaqətini ləkələyir, həmin yalan məlumatlar cəmiyyətdə iddiaçı haqda mənfi təsəvvürlərin formalaşmasına səbəb olur ki, bu da belə deməyə əsas verir ki, həmin düzgün olmayan məlumatlar iddiaçının şərəf və ləyaqətinə toxunur, onun işgüzar nüfuzuna xələl gətirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin mənasına görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Akif oğlu barəsində Cavabdeh internet saytında ““Novxanı əməliyyatı” İddiaçı üçün düşərli olmadı - “Əmlak nəhəngi” ilə bağlı təftiş başlayır”, “İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: İddiaçı və Eldəniz Qafarov prezidentə sabotaj içində”, “Əmlak Komitəsində həbs dalğası: İddiaçı taladığının cəzasın alacaq”, “İLGİNC: İddiaçı təntənəli ziyafət... - “Daha bizə zaval yoxdur!”, “Dövlət hesabıma milyonlar qazanan GİZLİ OLİQARX.- İLGİNC İDDİALAR,..”” başlıqlar altında yaydığı məlumatlar, iddiaçının şərəfvə ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən yalan və böhtan xarakterli məlumatlar hesab edilməli və həmin başlıqlar altında yayılmış məlumatların cavabdeh tərəfindən təkzib edilməsi, cavabdehin “Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həqiqətə uyğun olmayan hesab edilmişdir, İddiaçı Akif oğlu barəsində həqiqətə uyğun olmayan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiqini tapmamış məlumatı dərc etdiyimizə görə ondan üzr istəyirik" ifadəsi ilə iddiaçıdan üzr istəməsi, həmin təkzibin və üzrhaqlığın Cavabdeh internet saytında yerləşdirilərək dərc edilməsi və dərc edildikdən sonra silinməsinin qadağan edilməsi öhdəlikləri Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı Akif oğluna ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Akif oğlu barəsində Cavabdeh internet saytında ““Novxanı əməliyyatı” İddiaçı üçün düşərli olmadı - “Əmlak nəhəngi” ilə bağlı təftiş başlayır”, “İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: İddiaçı və Eldəniz Qafarov prezidentə sabotaj içində”, “Əmlak Komitəsində həbs dalğası: İddiaçı taladığının cəzasın alacaq”, “İLGİNC: İddiaçı təntənəli ziyafət... - “Daha bizə zaval yoxdur!”, “Dövlət hesabıma milyonlar qazanan GİZLİ OLİQARX.- İLGİNC İDDİALAR,..”” başlıqlar altında yaydığı məlumatlar, iddiaçının şərəfvə ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən yalan və böhtan xarakterli məlumatlar hesab edilsin. ““Novxanı əməliyyatı” İddiaçı üçün düşərli olmadı - “Əmlak nəhəngi” ilə bağlı təftiş başlayır”, “İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: İddiaçı və Eldəniz Qafarov prezidentə sabotaj içində”, “Əmlak Komitəsində həbs dalğası: İddiaçı taladığının cəzasın alacaq”, “İLGİNC: İddiaçı təntənəli ziyafət... - “Daha bizə zaval yoxdur!”, “Dövlət hesabıma milyonlar qazanan GİZLİ OLİQARX.- İLGİNC İDDİALAR,..”” başlıqlar altında yayılmış həmin məlumatların cavabdeh tərəfindən təkzib edilməsi, cavabdehin “Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həqiqətə uyğun olmayan hesab edilmişdir, İddiaçı Akif oğlu barəsində həqiqətə uyğun olmayan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiqini tapmamış məlumatı dərc etdiyimizə görə ondan üzr istəyirik" ifadəsi ilə iddiaçıdan üzr istəməsi, həmin təkzibin və üzrhaqlığın Cavabdeh internet saytında yerləşdirilərək dərc edilməsi və dərc edildikdən sonra silinməsinin qadağan edilməsi öhdəlikləri Cavabdeh üzərinə qoyulsun. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı Akif oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1902/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1902/2024
10.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver