Məhkəmə qərarları › İş №e-2(073)-284/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-284/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-284/2024 07.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 18675 manat maddi ziyanın və 147 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş zərərə görə 18675 manat və 147 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan «AUDİ A7» markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə 26 avqust 2023-cü il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 3 mkr bazarının qarşısından keçən tunelə çatarkən, Cavabdeh idarəçiliyində olan «Toyota Prius» markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçının avtomobilinə zərər vurmuşdur. 27 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən təqsirli bilinmişdir. Dəymiş zərərin müəyyən edilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş və həmin MMC-nin 24 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən «AUDİ A7» markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 23675 manat qiymətləndirilmişdir. Dəymiş zərərin 5000 manat hissəsi sığorta tərəfindən ödənilmiş, lakin qalan məbləğin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı cavabdehdən vurduğu ziyanı ödəməsini dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri, Nəsimi RPİ-nin TŞ-nin 13 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materiallar Nəsimi RPİ-nin DYPŞ vasitəsi ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan Bakı şəhəri, Nəsimi RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli protokoldan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli, 01/02-503 PS saylı dəymiş zərərin həcminin müəyyən edilməsi üçün qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus «AUDİ A7» markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin ümumi məbləği 23675 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan «AUDİ A7» markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə 26 avqust 2023-cü il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 3 mkr bazarının qarşısından keçən tunelə çatarkən, Cavabdeh idarəçiliyində olan «Toyota Prius» markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçının avtomobilinə zərər vurmuşdur. 27 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən təqsirli bilinmişdir. Dəymiş zərərin müəyyən edilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş və həmin MMC-nin 24 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən «AUDİ A7» markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 23675 manat qiymətləndirilmişdir. Dəymiş zərərin 5000 manat hissəsi sığorta tərəfindən ödənilmiş, lakin qalan məbləğin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı cavabdehdən vurduğu ziyanı ödəməsini dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında Cavabdeh İddiaçı avtomobilinə vurulmuş maddi ziyana görə 18675 manat borcunun olması cavabdehin özünün etiraf ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı vurulmuş zərərin miqdarı 18675 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh dəymiş zərərə görə 18675 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 147 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 18675 (on səkkiz min altı yüz yetmiş beş) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 147 (bir yüz qırx yeddi) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar