Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-2884/2024 02.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlu, İddiaçı Cavabdeh qarşı mənzildən çxarılma və konpenasiyay alınaraq verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çxarılma və konpenasiyay alınaraq verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələb üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə tərəfindən müəyyən olundu ki, iddia ərizəsi hazırlanarkən iddiaçı tərəfindən ərizəyə dövlət rüsumu ödənilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda ərizənin verilməsinə görə 120 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İddia ərizəsindən də göründüyü kimi hazırki iddianın qiyməti 22000 manat təşkil edir və iddiaçı tərəfindən tələbə münasibətdə 156 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və ərizəni vermiş şəxsə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq… Qərara aldı: İddiaçı Cavabdeh qarşı mənzildən çxarılma və konpenasiyay alınaraq verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim:Elxan Əmirəliyev İş № 2-(073)-2884/2024 Məhkəmədən kənar prosessual hərəkətlərin aparılması haqqında Protokol Cəlilabad Rayon Məhkəməsi 02 oktyabr 2024-cü il Cəlilabad şəhərində Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çxarılma və konpenasiyay alınaraq verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxılır. Məhkəmədən kənar prosessual hərəkətlər saat 12:15-də başladı. İddiaçı Cavabdeh qarşı mənzildən çxarılma və konpenasiyay alınaraq verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb qərardadı və qərardaddan şikayət vermə qaydasını və müddətini elan etdi. Protokol 02 oktyabr 2024-cü ildə tərtib edildi. Hakim: E.Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2884/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-2884/2024
02.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver